Bi şah vardı, qonşu kətdən bi qız istiyirdi. Cavan oğlan idi, şahlığ verilmişdi ona.
Qız xəbər göndərdi:
– Nə bacarır? Şahdı, şahdı də, bəs nə bacarır, hansı sənəti bacarır?
Dedi:
– Mən şaham.
– Dedi:
– Şahsan, bə saba şahlıqdan çıxdın, neyniyəcəysən? Acmı qalacaxsan? Sən gəl bi sənət öyrən.
Şah çox fikirrəşdi, çox fikirrəşdi, bə mən nə sənəti öyrənim? Axırda bı getdi xalçaçılığı öyrəndi. Öyrəndi, öyrənən kimi də qıza xəbər göndərdi ki, bəs mən xalça toxumağı öyrənmişəm.
Qız onnan razılaşdı. Nəisə, bı qızı aldı, vaxt keçdi, günlər ötdü, şah bi gecə yenə çıxdı ölkəsini gəzməyə, bı ölkədə quldur dəstəsi var idi. Bir yerə gəldi gördu ki, belə xeyli adam var, qapıda da adam dayanıb. Yaxınnaşdı ki, nə məsələdi?
Dedi ki, bı elə-belə olmaz. Olar ki, mən də icəri girim? İki qapı vardı, şahı bi qapıdan yox, o biri qapıdan apardılar. Şah ayağını içəri qoyan kimi düşdü zirzəmiyə. Bir gün, iki gün, üç gün, beş gün, nəisə, gəlillər orda bını dindirillər, deyillər, əziyyət verillər nəisə. Görür bının bırdan xılas olmağına çarə yoxdu. Bılar deyəsən axırda məni öldürəcəklər.
Dedi:
– Yaxşı, məni öldürdüz, bundan nə qazanacaqsuz? Heç nə. Ama mən yaxşı xalça toxumağı bacarram. Sizinçin yaxşı hədiyyə bir xalça toxuyaram.
Baxdılar bir-birinə razılaşdılar, bını onsuz da öldürəcük, bi dənə xalça toxusun, hələ görək xoşumuza gəlir, gəlmir.
Şah toxuya-toxuya xalçanın üstünə yazdı ki, mən filan yerdəyəm, özüm də əsirəm. Xalçanı toxudu, bi aya təhvil verdi bılara. Özü də dedi:
– Bı xalçanın qiyməti yoxdu. Elə bir adama satın ki, onun çoxlu pulu olsun.
İstiqamət də verdi ki, gedin filan yerdə bir adam var, ona satın, onda pul çoxdu, onu tanıyıram. Apardılar şahın imarətinə gördülər ki, doğurdan da bu kimsə varrr adamdı, girdilər içəri.