Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə37/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   33   34   35   36   37   38   39   40   ...   189

Qoy luğab salsın



Bir qonşu yağlı-yavandan nə bişirsə, o biri qonşu ax­şam­dan köç-külfətnən kəsdirərmiş onun qapısını. Bu qonşu bir gün uşaqlarını gözdə-qulaqda qoyur ki, bu geçə qonşuya bozbaş verdi yoxdu. Şər təzə qaralıbmış ki, qonşu soruşur, ay bala, dədən evdədir, uşaq deyir ki, yox. Qonşu da fikirləşir uşaq məni aldadır, hay verir arvad-uşaq, keçirlər çəpərin üs­tü­dən. Cana gələn ev yiyəsi him-cim eləyir ki, qazanın ağzını açmasınlar, görək nə olar.

Gecə kecir. Uşaqlar sakit qalmırlar. Gələn qonşunun arvadı dözə bilməyib deyir:

– Aaz, niyə şam yemirsiz, axı şamın vaxtı keçir...

Bu biri qonşunun arvadı deyir:

– Ay bacı, qoy xörək libağ salsın dana.

Gələn qonşunun arvadı ona belə cavab verir:

– Aaz, arvad döyülük, üç saatdan çox keçib, indiyə xörək çoxdan lubağını salıb.

Kor-peşman olan qonşu arvad xörəyi ortaya qoymağa məcbur olur.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin