Söyləyicilər:
Mənsurə Abdullayeva, doğum tarixi 1933, təhsili 7-illik, Qızılağac kəndi
Rübabə Ələkbərova, doğum tarixi 1929, təhsili 7-illik, Qızılağac kəndi
Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi
Mədinə Həsənova, doğum tarixi 1941, 7-illik, Xırmandalı kəndi
Mərziyyə Məmmədova, doğum tarixi 1951, təhsili orta, Səmidxan kəndi
Toplayıcılar:
Çiçək Əfəndiyeva
Nuridə Muxtarzadə
12. QAÇAQ ƏHVALATLARI
Qaçaq Mozu yoxsulların pənahı olub, varrıların düşməni, yəni yoxsullarnan işi olmıyıb. Nəsrullah uşağı olub burda, iki qardaş. Olar bəy olublar. Varlı olublar. Qaçaq Mozunun bir xüsusiyyəti vardı. O qədər cəsur oğlan olub o. Atın yalmanına yatırdı. At sürətnən gedəndə, o da o sürətnən gedirmiş, çox çevikmiş. Rəşid dayım var idi, qoçu dəstələrinnən biri idi Mozunun. Dayım deyirdi bir gün bizi o tayda tutdular – Cənubi Azərbaycanda. Tutdular, sora dəyiş-düyüş elədilər. Mən də Mozunun dəstəsindəydim. Bizi gətirəndə o zaman camaat yığışmışdı ki, görsün bu Mozu nə cür adamdı?
Bu Lənkəranda gəmi gəlib dayanıb, Portda. Camaat da yığışıb nə qədər, baxsınnar ki, Mozu nə təər adamdı. Orda biz düşəndə baxıblar elə biliblər ki, Mozu mənəm. Cüssəli, qollu qüvvəli olduğuma görə. Mozu da qayıdır ki, ay camaat, elə bilirsiz ki, Mozu budu? Mozu mənəm eeee, deer, qamçıya bənzər bi adam idi, arığ, cüssəsiz, sütül bi oğlan idi Mozu. Bunu onun qoçularınnan biri danışıb mənə.
Dostları ilə paylaş: |