Masalli folkloru 2


Sənin atan qanan kişidi də



Yüklə 1,65 Mb.
səhifə70/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   66   67   68   69   70   71   72   73   ...   189

Sənin atan qanan kişidi də



Həə bi ləzgi gəlir, mollanın yanına ki, can qardaş, ala bı beş şirvanı, mənim atama bi yasin oxu. Kişi iki, üc dəyğə oxu­yur, ayaqqabısını geyir, çıxır çölə paprız çəkməyə. Görür ki, bi dənə cip gəlir. Varrı adamın biri dayandı orda. Gördü yüz dollar verdi ona bi yasin oxutdurmağa. Bının özünə də ma­rağlı olur ki, yəni yasinçün yüz dollar?! Gözzüyür, göz­zü­yür, ayə, bir saat, saat yarım, bu yasini qutarmır bu molla. Nəisə o molla qutarır yasini, maşın gedən kimi tez girir mol­la­nın yanına. Deer:

– Ə kişi, mən səə beş sirvan verdim, iki kəlmə oxudun qurtardın, mən çıxdım çölə. Bi saat yarımdı onun atasına ya­sin oxuyursan.

elə başa düşür ki, yasinnər fərqlidi. Da bilmir ki, ya­sin elə yasindi də.

Molla da baməzə olur, deer, adə, onun atası qanmır də. Ona görə saat yarımdı oxuyuram, gücnən başa salıram. Səən atan qanan kişidi də. İki kəlməynən başa saldım, çıxdı getdi.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin