|
|
səhifə | 83/189 | tarix | 02.01.2022 | ölçüsü | 1,65 Mb. | | #2296 |
|
Bir müştəri bazarda kartof-soğan satan Əliməmmədə yaxınlaşıb deyir:
– Əmi, keçən dəfə səndən aldığım soğan şirin çıxdı. Bu da ondandır?
Əliməmməd halını pozmadan cavab verir:
– Yox, bala, inanmırsan bir diş vur, elə ağlayarsan ki, elə bil əzizlərin ölüb.
Səkkizdən çıxardacağam
Bir nəfər boradigahlı 6-cı sinifdə oxuyan oğluna çox böyük ölçüdə ayaqqabı istəyir. Satıcı təəccübünü gizlədə bilmir:
– Onuncuda oxuyanda bu uşağın ayağına ayaqqabı tapılmaz ki!
– Qoymaram onuncunu qurtarsın, səkkizdən çıxardacağam.
Dostları ilə paylaş: |
|
|