Maşınqayırmanın önləyən inkişafı texniki tərəqqinin əsası və vacib şərtidir


Maşın istehsalının məqsəd və vəzifələri



Yüklə 131,26 Kb.
səhifə4/7
tarix02.01.2022
ölçüsü131,26 Kb.
#42894
1   2   3   4   5   6   7
Mühazirə 1.

1.2. Maşın istehsalının məqsəd və vəzifələri
Zaman keçdikcə cəmiyyət, insan zəkası inkişaf edir. Insanların tələbat dairəsi fasiləsiz olaraq genişlənir və daha dərin məzmun kəsb edir. Daha mürəkkəb vəzifəni icra edən, estetik, erqonomik göstə-riciləri nisbətən yüksək olan maşınlara tələbat böyüyür. Lakin çox az sayda təbiət əşyası insanın tələbatını birbaşa ödəmək üçün yarar-lıdır. Odur ki, insan təbiət əşyalarına, cisimlərə müxtəlif vasitələrlə, müxtəlif şəraitlərdə təsir edir, onları dəyişdirir və tələbini ödəyəcək hala salır. Beləliklə, insan istehsal prosesini yerinə yetirir. Insanın başlıca məqsədi müəyyən vəzifəni yerinə yetirən, iş görən maşına malik olmaq, görülməli işi texnika vasitəsi ilə yerinə yetirməkdir. Onun bu məqsədi törəmə məqsədləri doğurur: maşının nəzərdə tutulan funksiyasını, ona yaxın funksiyaları yerinə yetirən maşın-ların konstruksiya, istehsal və s. özəllikləri və bazarın tələbi ilə bağlı məlumatların toplanması, maşının layihə edilməsi və istehsalı.

Insan göstərilən məqsədlərinə çatmaq üçün maşın istehsalı və istismarının müvafiq mərhələlərini həyata keçirir: müvafiq məlumat-lar toplayır, maşını layihə edir, onu istehsal və nəhayət istismar edir.

Istehsal prosesi iki əsas məqsədə xidmət edir:

- insanın təlabatını ödəyən, layihədə göstərilən keyfiyyətdə məmul (maşın, qurğu və s.) istehsalı,

- məmulun istehsalına minimum əmək sərfi (çəkilən xərclərin minimumluğu).

Cəmiyyətin inkişafı da, elə, insanın qarşılıqlı sıx əlaqədə olan bu iki məqsədinin nəticəsidir.

Məmul istehsalına iki növ əmək sərf edilir: canlı və maddi-ləşmiş (keçmiş) əmək. Istehsal prosesi zamanı insanın sərf etdiyi fiziki və zehni əmək canlı əmək hesab edilir. Məmul istehsalında istifadə edilən texniki vasitələrin: - avadanlıq, alət, tərtibat və s. öncədən istehsalına sərf edilmiş əmək maddiləşmiş əmək adlanır. Aydındır ki, texnika və texnologiya fasiləsiz olaraq inkişaf edir. Bunun nəticəsində, istənilən konstruksiyalı maşın istehsalına sərf olunan canlı əməyin payı tədricən azalır, maddiləşmiş əməyin payı isə artır.

Məmul istehsalının təşkili onun tərkib hissəsi olan bir sıra vəzifələrin müsbət həllini təmin etməlidir:

- məmul rəqabət qabiliyyətinə malik olmalı və bu qabiliyyəti uzun müddət saxlamalıdır;

- məmulun layihə edilməsi və istehsalı, mümkün qədər, qısa müddətdə yerinə yetirilməlidir.

- məmul istehsalı və onun istismarı ətraf mühitin, cəmiyyətin sağlam həyatına, ekologiyaya zərər vurmamalıdır;

- maddi və mənəvi sərvətlərdən, enerji mənbələrindən, ərazidən və insan əməyindən səmərəli istifadə olunmalıdır, və s.



Yüklə 131,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin