Maşınqayırmanın önləyən inkişafı texniki tərəqqinin əsası və vacib şərtidir



Yüklə 131,26 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü131,26 Kb.
#42894
  1   2   3   4   5   6   7
Mühazirə 1.


GİRİŞ
İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada müxtəlif konstruksiyalı və təyinatlı alət, cihaz, maşın, avadanlıq, qurğu və sairədən istifadə edilməsin. Onların hamısı maşınqayırma sənaye-sinin məhsuludur. Maşınqayırma iqtisadiyyatın bütün sahələrini (sənaye, nəqliyyat, kənd təsərrüfatı, metallurgiya, elektrotexnika, neft və kimya, hərbi sənaye və s.) müxtəlif təyinatlı texnika ilə təchiz etdiyindən, cəmiyyətin inkişafında onun əhəmiyyəti və rolu böyükdür.

Aydındır ki, iqtisadiyyatın hər hansı sahəsinin əhəmiyyətli inkişafını təmin etmək üçün, ilk növbədə, orada istifadə edilən texniki vasitələrin tərəqqisinə nail olmaq lazımdır. Yüksək keyfiy-yətə, mexanikləşdirmə və avtomatlaşdırma səviyyəsinə malik olan yeni texniki vasitəni isə yalnız, ondan da yüksək dəqiqlikli və keyfiyyətli avadanlıq və vasitələrlə təchiz olunmuş maşınqayırma sənayesi səmərəli istehsal edə bilər. Yəni, maşınqayırmanın önləyən inkişafı texniki tərəqqinin əsası və vacib şərtidir.

Maşınqayırmanın müasir inkişafı əsasən, intensiv yolla, yəni mütərrəqi texnoloji prosesləri, kompleks avtomatlaşdırma və mexanikləşdirməni tətbiq etməklə yerinə yetirilməlidir. Rəqəmli proqram idarə etmə (RPI) dəzgahlarından, emaledici mərkəzlərdən, çevik istehsal modulları və sistemlərindən və onlardan qurulmuş avtomatik xətlərdən, həmçinin avtomatlaşdırılmış layihələndirmə və prosesləri idarə etmə sistemlərindən istifadə edilməlidir. Bunlar istehsal məsrəflərinin aşağı salınması, əmək məhsuldarlığının yüksək sürətlə artırılması və maşınqayırma məhsullarının fasiləsiz olaraq sürətli yeniləşdirilməsi şəraitində yerinə yetirilməlidir.

Maşın istehsalı texnologiyası texniki vasitələr və onların tərkib hissələrinin hazırlanması zamanı təsirdə olan qanunauyğunluqlardan, bu qanunauyğunluqları tətbiq və idarə etməklə tələb olunan keyfiyyətə malik məmulun səmərəli istehsalından bəhs edən elmdir.

Insanlar istifadə etdikləri bütün maşın və texniki vasitələri fasi-ləsiz olaraq təkmilləşdirirlər. Onlar istismarda olan maşın və texniki vasitələri daha yüksək dəqiqliyə, istismar göstəricilərinə və məhsul-darlığa malik, insanın fiziki və əqli əməyini daha geniş məkanda əvəz edə bilən yeniləri ilə əvəz edirlər. Təbii ki, qeyd olunan nailiy-yətlər maşınqayırma sənayesinin müdaxiləsi olmadan mümkün deyildir. Məhz buna görə də dünyanın qabaqcıl ölkələrində, respub-likamızda maşınqayırmanın önləyən inkişafına xüsusi diqqət yetirilir.

Maşınqayırmanın inkişafı, əsasən, aşağıdakı istiqamətlərdə fasiləsiz olaraq təmin edilməlidir:


  1. Yeni, yüksək keyfiyyətli konstruksiya materialları yaradılmalı, texniki konstruksiyaların keyfiyyət və istismar göstəriciləri saxlan-maq və hətta yüksəldilməklə onların materal tutumu azaldılmalı, məmuldan istifadə səmərəliliyi yüksəldilməlidir.

  2. Yeni, mütərəqqi emal üsulları, alətlər və dəzgahlar yaradılmalı; mövcud dəzgahlar və başqa avadanlıqlar təkmilləşdirilməli, onların cəldliyi, dəqiqliyi yüksəldilməli, dəzgahlardan səmərəli istifadə və onların yüksək avtomatlaşdırılma səviyyəsi təmin edilməli; nisbətən yüksək kəsmə qabiliyyətli, bərklikli, istiyə və yeyilməyə davamlı alət materialları yaradılmalı; yüksək bərklikli sintetik material və mexaniki bərkidilən, itilənməyən çoxüzlü lövhələrlə təchiz edilmiş alət parkından istifadə intensivliyi və səmərəliliyi yüksəldilməlidir.

  3. Dəzgah, alət, təchizat vasitələri və texnoloji proseslərin layihə-ləndirilməsində, istehsalın təşkili və idarə edilməsində informasiya texnologiyaları və avtomatlaşdırılmış layihələndirmə sistemləri geniş tətbiq edilməlidir.

  4. Aztullantılı və tullantısız emal prosesləri işlənib tətbiq edilmə-lidir. Pəstah və onlardan hazırlanan hissələrin konstruksiya və ölçüləri yaxınlaşdırılmalıdır.

  5. Texnoloji proseslərin avtomatlaşdırılması, proseslərin avtomatlaşdırılmış idarə edilməsi həyata keçirilməlidir. Çevik istehsal sistemlərindən, manipulyator və sənaye robotları ilə təchiz edilmiş texnoloji komplekslərdən, avtomatlaşdırılmış xətlərdən geniş istifadə olunmalıdır. Insansız istehsal sahələri və sexlər yaradıl-malıdır.

Sənaye, aqrar təsərrüfat və məişətin müxtəlif sahələrində çox geniş çeşiddə, miqyasda və təyinata malik texniki vasitələrdən istifadə olunur. Eyni adlı və təyinatlı məhsullar, bir məmulun müxtəlif hissələri bir-birlərini bərabər səviyyədə əvəz edə bilməlidirlər.

Göstərilən təlabatların ödənilməsi yalnız məmullar, düyümlər və onların hissələrinin səthlərinin ölçü, forma və qarşılıqlı vəziyyət və eləcə də keyfiyyət göstəricilərinin müvafiq konstruksiyanın vəzifə-sinin tələb etdiyi diapazon daxilində olduğu halda reallaşa bilər. Bu isə, keyfiyyət göstəricilərinin müəyyən qanunauyğunluqla, məmul və onun hissələrinin təyinatının tələbləri çərçivəsində normalaş-dırıldığı, standartlaşdırıldığı halda mümkündür.



Yüklə 131,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin