T a m t a b a l m a .Tam tabalma, yenidən faza kristallaşması ilə dənəciklərin xırdalanması ilə əlaqədardır.Tam tabalmadan məqsəd, poladın strukturunu yaxşılaşdırmaqdır, bu da poladın sonradan kəsmə, ştamplama və tabalma ilə emalını asanlaşdırmaq, habelə hazır detallarda xırda dənəvər tarazlıq strukturu almaq üçündür. Tam tabalma üçün poladı 30 – 500 artıq qızdırıb yavaş –yavaş soyudurlar. Tam tabalmanın aşağıdakı növləri vardır: lövhəvarı perlit əldə etmək üçün adi və izotermik tabalma (onda sementit aşqarları lövhələr şəklində olur), dənəvər perlit əldə etmək üçün tabalma (onda sementit aşqarları dənəciklər və ya qlobulzar, yəni kürəciklər şəklində olur).