MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR


Kəsici alətlər üçün az legirlənmiş polad



Yüklə 101,22 Kb.
səhifə22/32
tarix02.01.2022
ölçüsü101,22 Kb.
#40371
1   ...   18   19   20   21   22   23   24   25   ...   32
materialşünaslıq-mühazirələr

Kəsici alətlər üçün az legirlənmiş polad. AZ legirlənmiş alət poladı öz kəsicilik qabiliyyəti ilə karbonlu poladdan fərqlənmir və nisbətən böyük olmayan kəsmə sürətlərində işlədilir, çünki artıq 200-2200 temperaturda poladın bərkliyi azalmağa başlayır.

Lakin bu poladın tablamasının böhran sürəti adi karbonlu poladınkına nisbətən azdır, buna görə də közərmə qabiliyyəti daha yüksəkdir, bu da alətin daha iri kəskilərində martensit strukturu almağa imkan verir; bundan əlavə, belə polad karbonlu polada nisbətən az kövrəkdir.

Kəsici alətlər hazırlandıqda az legirlənmiş poladların ən çox yayılmış markaları bunlardır;


  1. X markalı polad –xromlu polad (0,95-1,15%C1,3-1,6%Cr); bu polad kəskilər, burğular, əyələr hazırlamaq üçün işlədilir;

  2. 9XC markalı polad-xrom slisiumlu polad- (0,85-0,95%C, 0,15-1,25%Cr1,2-1,6%Si); bu polad kəskilər, burğular, frezlər, zenkerlər hazırlamaq üçün işlədilir;

  3. B markalı polad-volframlı polad (0,8-1,2%W, 1,05-1,25%C, 0,15-0,30%V); bu polad spiral burğular, yük burğuları, rayberlər və s. hazırlamaq üçün işlədilir.

Tezkəsən polad. Tezkəsən polad qızarmış halda davamlı olan, yəni 600-7000-yədək qızdıqda kəsmə xassələrini itirməyən çoxlegirlənmiş alət poladlardır. O metalı, karbonlu və azlegirlənmiş alət poladlarından 3-4 dəfə artıq sürətlə kəsə bilir. DÖST 9373-60 üzrə tezkəsən poladların aşağıdakı 9 markası müəyyən edilmişdir: P18, P9, P 9Ф5, Р14Ф4, Р18Ф2, Р9К5, 9К10, Р10К5Ф5 P18K5Ф2. Markadakı P-dən (rapid-sürətli) sonra gələn rəqəm volframın miqdarı faizlə göstərir. Vanadium (Ф), kobaltın miqdarı(K) və molibdenin (M) miqdarı uyğun hərflərdən sonra göstərilir.

Mövzu 15. Bərk ərintilər.


Bərk ərintilər. Tökmə və tozvari bərk ərintilər. Metal-saxsı ərintilər.
Son illər ərzində texnikanın yeni sahəsi olan toz metallurgiyası sürətlə inkişaf etməkdədir. Toz metallurgiyasında məmulat metal və qeyri-metal tozlarından preslənmə yolu ilə hazırlanıb sonradan bişirilir.

Metal tozlardan məmulat hazırlanmasının texnoloji prosesinin sxemi saxsı əşyalar istehsalının texnoloji prosesinin sxeminə oxşayır, buna görə həmin prosesə də metal-saxsı prosesi də deyilir. Halbuki metal-saxsı məmulatın tərkibində saxsı materiallar iştirak etmir. Bu üsul 1826-ci ildə rus alimi P.Q.Sobolevski tərəfindən təklif edilmişdir.

Metal-saxsı üsulunun əsas üstünlüyü çətinəriyən metal və əintilərdən (volfram, tantal və bərk ərintilərdən) məmulat hazırlamağın mümkün olmasıdır. Ərinmiş halda bir-birinə qarışmayan metallardan (dəmir-qurğuşun, volfram-mis) habelə metallar ilə qeyri-metallardan (mis-qrafit və s.) və məsaməli materiallardan metal-saxsı məmulat alınması həmin üsulun üstün cəhətləridir. Bu üsulda məmulatın tələb olunan forması yalnız preslənmə yolu ilə təmin edilir, bu da adətən sonradan dəzgahlarda emal etmə tələb olunmayan dəqiq ölçülü məmulat almağa imkan verir. Alınma prosesində tərkib hazırlanır, preslənir və bişirilir, sonradan lazım olsa əlavə olaraq mexaniki və termiki emala uğradılır.


Yüklə 101,22 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin