Silisium (Si) boz çuqunun alınmasına kömək edən elementdir. O, dəmir ilə kimyəvi birləşmə (FeSi və Fe3Si2) əmələ gətirir və qrafitin ayrılıb çıxmasına kömək edir. Beləliklə, çuqunda silisiumun miqdarının artırılması onda dəmir karbohidridlərinin azalmasına və çuqunun kəsici alətlərlə emal olunması qabiliyyətini artırır, ərimə temperaturunu aşağı salır və çuqunun soyumasının yavaşımasına kömək edir. Boz çuqunda silisiumun miqdarı 0,5% –dən 5% -ə qədər dəyişə bilər.
Manqan çuqun bərkidikdə və soyuduqda dəmir karbidlərinin (FeC) davamlılığını artırır ki, bu da ağ çuqun alınmasına kömək edir. Boz çuqunda manqanın da 0,5% -1,0%ə qədər olmasına yol verilir, çünki manqan çuqunun möhkəmliyini yüksəldir, kükürdün mənfi təsirini azaldır, habelə çuqunun duru axıcılığını yaxşılaşdırır.