Tətbiq edilən termin və anlayışların açıqlanması



Yüklə 223,36 Kb.
səhifə1/3
tarix16.02.2017
ölçüsü223,36 Kb.
#9015
  1   2   3



FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI

Bakı - 2014


Bu Qaydalarla müəyyən edilən sığorta növü fərdi qəza sığortası sinifinə aiddir.




  1. Tətbiq edilən termin və anlayışların açıqlanması.

    1. sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətidir.

    2. sığortalı - sığorta müqaviləsini bağlayan, buna görə sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.

    3. sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir. Bu Qaydalara uyğun olaraq, sığortalı olan fiziki şəxsin özü və sığorta müqaviləsinin bağlanılması anında yaşı 3-dən 65 qədər olan fiziki şəxslər sığorta olunan kimi çıxış edə bilər. Sığortalı həm də sığorta olunan olmadıqda, sığorta müqaviləsinin bağlanmasına sığorta olunanın (və ya onun qanuni nümayəndəsinin) sığorta müqaviləsinin onun xeyrinə bağlanması təklifi ilə yazılı qaydada tanış edilməsi şərti ilə yol verilir.

    4. faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir.

    5. sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

    6. sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və / və ya sığorta olunana verilən sənəddir.

    7. sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs (sığorta olunan).

    8. sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir.

    9. sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

    10. sığorta haqqı - risklərin qəbul edilməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.

    11. sığortanın müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddətdir.

    12. sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi hüdudlarıdır.

    13. sığorta hadisəsi – sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilədə göstərilən risk üzrə baş verən və sığortaçının sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan hadisədir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

    14. sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciətidir.

    15. sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

    16. gözləmə müddəti - sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.

    17. Şərtli gozləmə muddəti - muəyyən edildikdə sığorta hadisəsinin nəticələrinin həmin muddətə bərabər və ya ondan artıq muddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta odənişi sığorta hadisəsinin baş verməsindən kecən həmin muddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.

    18. fərdi qəza - sığorta olunanın iradəsindən asılı olmayan, xarici, qəfil, qısamüddətli (bir neçə saata qədər), qərəzsiz, gözlənilməz şərait və şərtlərdə və nəzarət altında olmayan təsirin (partlayış; elektrik cərəyanının təsiri; ildırım vurması; cinayətkarların və ya heyvanların hücumu; sığorta olunanın üzərinə əşyaların düşməsi; sığorta olunanın yıxılması; nəfəs yollarına yad cismin düşməsi; zəhərli bitkilərlə və göbələklərlə, kimyəvi maddələrlə, dərmanlarla, zəhərli qazlarla kəskin zəhərlənmə; qida toksikoinfeksiyası; nəqliyyat vasitələrinin hərəkəti və ya qəzası; hərəkət edən mexanizmlərdən, silahdan və hər cür alətlərdən istifadə, yüksək və ya aşağı temperaturun, kimyəvi maddələrin təsiri; heyvanların və ya həşəratların dişləməsi, qapması, sancması), nəticəsində baş verən və bədən üzvlərinin və əzələ toxumalarının zədələnməsi və ya qeyri-iradi (özündən asılı olmayan) ölümü şəklində sığorta olunanın səhhətinə zərər vuran qeyri-adi, gözlənilməyən və nəzərə çarpan və sığorta olunanın sağlamlığına zərər vurulduğu və ya onun ölümünə səbəb olan hadisədir.

    19. ümumi əmək qabiliyyətinin daimi itirilməsi (əlillik) - vaxt keçdikcə tam bərpa oluna bilməyən, ümumi əmək qabiliyyətinin tam və ya qismən itirilməsi başa düşülür;

    20. ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi - vaxt keçdikcə tam bərpa oluna bilən, ümumi əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi başa düşülür;

    21. qanunvericilik – Azərbaycan Respublikasının mövcud qanunvericiliyidir;




  1. Sığorta məbləğinin müəyyən edilməsi qaydası

    1. Sığorta müqaviləsi üzrə sığorta məbləği tərəflərin razılığı ilə müəyyən olunur.

    2. Bu Qaydalara əsasən sığorta məbləği sığortaçının son məsuliyyət həddi hesab olunur və bir və ya bir neçə sığorta hadisəsi üzrə sığorta ödənişinin məcmu məbləği sığorta məbləğindən yüksək ola bilməz.




  1. Sığorta riskləri

    1. Sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində dəyə bilən zərərlərdən sığorta təminatı verilir:

      1. fərdi qəza nəticəsində sığorta olunanın ölümü;

      2. fərdi qəza nəticəsində sığorta olunanın əmək qabiliyyətinin daimi qismən və ya daimi tam itirməsi;

      3. fərdi qəza nəticəsində sığorta olunanın əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi(sığorta olunanın gündəlik həyatda fəaliyyətinin məhdudlaşması);

      4. fərdi qəza nəticəsində sığorta olunanın əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi(sığorta olunanın gündəlik peşəkar əmək qabiliyyıtinin əhəmiyyətli dərəcədə məhdudlaşması);

      5. fərdi qəza nəticəsində müalicə xərcləri (fərdi qəzadan sonra ödənilən elə xərclərdir ki, bura tibbi, carrahi və ya digər bərpa xidmətləri, tibb müəssisəsinin peşəkər nümayəndələrinin müvafiq məsləhətləri, tibb bacılarının evdə göstərdiyi xidmət, təcili yardım xərcləri daxildir);

    1. Bu Qaydalara əsasən sığorta təminatı sığorta müqaviləsində göstərilmiş ərazini əhatə edir.




  1. Sığorta risklərindən istisnalar və sığorta təminatında məhdudiyyətlər:

    1. Bu Qaydaların 3.1-ci maddəsində qeyd olunan hadisələr aşağıdakıların nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir:

      1. sığorta olunanın və / və ya faydalanan şəxsin, həmçinin onların tapşırıqlarına əsasən fəaliyyət göstərən şəxslərin sığorta hadisəsinin baş verməsinə yönəldilən bilərəkdən olan və / və ya qəsdli hərəkətləri;

      2. sığorta olunanın sığorta hadisəsi əlamətlərinə malik olan hadisə ilə birbaşa səbəb əlaqəsində olan cinayət tərkibli əməllərin törədilməsi;

      3. ionlaşdırıcı radiasiya şüaları, radioaktiv elementlər, qeyri-radiasiya tərkibli nüvə yanacağı, yanmış nüvə yanacağı, partlayıcı nüvə tərkibli element və ya onun komponentlərindən ibarət təhlükəli radioaktiv, zəhərli, partlayıcı və digər təhlükəli maddələrin bilavasitə və ya dolayı təsiri;

      4. Nəqliyyat vasitəsinin idarəetmə səlayiyyəti(sürücülük vəsiqəsi,müvafiq etibarnamə,müvafiq kateqoriya,müvəqqəti icazə vərəqəsinin vaxtı bitdikdə) olmadan idarə edilməsi və müvafiq səlahiyyəti olmayan şəxsə idarəetməyə verilməsi.

      5. nəqliyyat vasitəsinin sığorta olunan tərəfindən alkoqol, narkotik və ya toksik sərxoşluğu vəziyyətində idarə edilməsi və ya nəqliyyat vasitəsinin idarə edilməsinin sığorta olunan tərəfindən alkoqol, narkotik və ya toksik sərxoşluğu vəziyyətində olan şəxsə verilməsi;

      6. sığorta olunanın intiharı və ya intihara cəhdi;

      7. həkimin göstərişi olmadan (və ya həkimin göstərişi əsasında, lakin göstərilən dozanın pozulması ilə) sığorta olunan tərəfindən narkotik, güclü təsirli və psixotrop maddələrin qəbul edilməsi nəticəsində onun alkoqol, narkotik və ya toksiki sərxoşluğu (zəhərlənməsi);

      8. hamiləlik və doğuşla bağlı cərrahi əməliyyatlar, abortlar, dişlərin müalicəsi, implantasiyası, çıxarılması, bərpa edilməsi və diş üzərində digər əməliyyatlar, cinsin dəyişdirilməsi əməliyyatları, sterilizasiya;

      9. Xəstəlik ilə bağlı vaş verən hadıslər istisna olunur. Xəstəlik dedikdə - хаrici fiziki təsirlər оlmаdan, оrqаnizmin həyаti funksiyаlаrının nоrmаl işləməsinin pоzulmаsı nəzərdə tutulur.

      10. Uşağa və ya ailə üzvlərinə qulluq göstərilməsi lüzumu ilə bağlı əmək qabiliyyətinin müvəqqəti itirilməsi,

      11. sığorta olunanın xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmamağından asılı olmayaraq müharibə, hərbi münaqişələr, düşmən ölkələrinin əməlləri, düşmən aktları, hərbi və ya hərbə bənzər əməliyyatlar (müharibənin elan olub-olunmamağından asılı olmayaraq), işğal, terrorçuluq əməlləri, çevriliş vətəndaş müharibəsi, milli çaxnaşma, qiyamlar, tətillər, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri, kütləvi iğtişaşlar, üsyanlar, inqilablar, silahlı yolla hakimiyyətin qəsb edilməsi və bu kimi digər hallar və onların bilavasitə və ya dolayı nəticələri, həmçinin sığorta olunanın hərbi xidmət keçməsi, hərbi toplantılarda və təlimlərdə iştirak etməsi;

      12. оv, аlpinizm, plаnеrizm, spеlеоlоgiyа (mаğаrаlаrı öyrənməklə əlаqədаr еlm), dağ və su turizmi, pаrаşütlə tullаnmа, suаltı idmаn növləri, qış idmаn növləri, rеqbi, pоlо, döyüş sənətləri, avtomobil, mоtоsiklеt və аt yаrışlаrı, su хizək yаrışlаrı; hər hаnsı idmаn yаrışlаrındа və ya bеlə yаrışlаrа məşqlər, həmçinin həyаt və sаğlаmlıq üçün yüksək təhlükə yаrаdan hər hаnsı digər fəaliyyətlərdə iştirаk.

      13. peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin qismində uçuş halları istisna olmaqla, sığorta olunanın uçan aparatı idarə etməklə uçuşu.

    1. Bu Qaydaların 4.1-ci maddəsində nəzərdə tutulmuş istisna və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı halda tərəflərin razılığı əsasında və əlavə sığorta haqqı ödənilməsi şərti ilə sığorta təminatına daxil edilə bilər.


5. Sığortanın ərazisi

    1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

    2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.

    3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.




  1. Sığorta haqqının hesablanması və ödənilməsi qaydası

  1. Sığorta haqqının miqdarı sığorta məbləği, sığorta təminatı verilən risklər, sığorta müddəti və sığorta tariflərindən asılı olaraq hesablanır. Tarif dərəcəsinin ölçüsü sığorta olunanın cinsiyyəti, yaşı, sağlamlıq vəziyyəti, onun fəaliyyət növündən və əmək şəraitindən asılı olaraq risk qrupu nəzərə alınaraq müəyyən edilir.

  2. Sığorta haqqı sığortalı tərəfindən sığortaçının nümayəndəsinə (sığorta agentinə) və ya xəzinəsinə nağd pulla, yaxud nağdsız hesablaşma yolu ilə ödənilə bilər. Sığorta haqqının ödənilməsi tarixi nağd pulla ödənildikdə - sığortaçının xəzinəsinə daxil olduğu, nağdsız hesablaşma yolu ilə ödənildikdə isə - sığortaçının bank hesabına daxil olduğu tarix sayılır.

  3. Sığorta haqqının ödənilməsi qaydası sığorta müqaviləsi ilə müəyyən edilir.




  1. Sığorta müqaviləsinin bağlanması, ona əlavələr və dəyişikliklər edilməsi qaydası

  1. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.

  2. Sığortaçinın tələb etdiyi halda sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müvafiq ərizə formasını doldurur.

  3. Sığorta müqaviləsinin qüvvəyə minmə və sona çatma anı sığorta şəhadətnaməsi(müqaviləsi)ilə müəyyən edilir.

    1. Sığortaçı sığortalıdan sığorta hadisəsinin baş verməsi ehtimalının müəyyən edilməsi məqsədilə əlavə sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdir.

    2. Sığortaçı sığorta olunan şəxsin tibbi müayinədən keçməsini tələb etmək hüququna malikdir. Tibbi müayinədən keçilməsinə imtina olunması halında sığortaçı sığorta müqaviləsini bağlamamaq hüququna malikdir.

    3. Sığorta müqaviləsi yazılı formada aşağıdakı üsullarla bağlanılır:

      1. Bu qaydalar ilə sığortalının razı olmasının təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılır.

      2. Şəxsi sığortaya aid olan qrup halında sığorta zamanı sığortalı sığorta olunanın kimliyi göstərilən sığorta müqaviləsində sığorta olunan şəxslərin hər birini sığorta müqaviləsinin onlara aid olan bütün şərtləri ilə tanış etməlidir. Bu halda sığorta olunanların sığorta müqaviləsi ilə müvafiq şəkildə tanış edilməsini təsdiq edən sənəd (siyahı və s.) sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsidir. Qrup halında sığorta zamanı şəxsi sığorta müqaviləsində sığorta olunanın kimliyi göstərildikdə tərəflər arasında razılaşmaya əsasən müvafiq olaraq sığorta olunan şəxslərin hər birinə sığorta şəhadətnaməsi verilə bilər.

    1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi 1(bir) illik bağlanılır.

    2. Sığorta müqaviləsi imzalanarkən sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığortalı və sığortaçı bu müqavilənin müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.

    3. Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr mütləq yazılı şəkildə edilməli və tərəflərin imzası ilə təsdiqlənir.

Sığorta müqaviləsinə xitam verilməsi qaydası və onun nəticələri:

    1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

      1. Sığortalı öldükdə;

      2. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

      3. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini sığorta məbləği həddində tam yerinə yetirdikdə;

      4. Sığortaçi və sığortalı hüquqi şəxs ləğv edildikdə.

      5. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

      6. sığorta marağı artıq mövcud olmadıqda(kredit borcu sığorta olunan tərəfindən tam odənildikdə) .

    1. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa,  belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.

    2. Sığortalının tələbi ilə sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta olunana münasibətdə) vaxtından əvvəl xitam verilə bilər. Belə halda sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta olunana münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta olunana üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.

    3. Sığortaçının tələbi ilə sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta olunana münasibətdə) vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta olunan üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta olunan üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.

    4. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta olunana münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta olunan üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta olunan üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.

    5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta olunan üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 7.12-cü və 7.13-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

    6. Sığorta müqaviləsi bu Qaydaların 7.11-ci maddəsində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta olunana münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 7.14-ci və 7.15-cı maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.

    7. Bu Qaydaların 7.10.-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.

    8. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə təşəbbüskar tərəf digər tərəfə və faydalanan şəxsə ən azı 30(otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda  60 (altmış) gün, 3(üç) aydan az müddətə bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.



  1. Tərəflərin hüquq və vəzifələri.

    1. Sığortalı aşağıdakı hüquqlara malikdir:

      1. sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq;

      2. sığorta müqaviləsi bağlanarkən bu Qaydalarla tanış olmaq;

      3. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta şəhadətnaməsi itirildiyi halda, onun dublikatını bu Qaydaların 7.9-ci maddəsinə uyğun olaraq əldə etmək;

      4. sığorta müqaviləsi üzrə istənilən açıqlamanı sığortaçıdan sorğu etmək;

      5. sığortaçının razılığı ilə sığorta məbləğinin və ayrı-ayrı sığorta riskləri üzrə sığorta məbləğlərinin ölçüsünə, sığorta müddətinə, sığorta haqlarının ölçüsünə dair sığorta müqaviləsinin şərtlərini dəyişdirmək. Belə dəyişikliklər sığorta müqaviləsinə əlavə sazişlə rəsmiləşdirilməlidir;

      6. sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;

      7. bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.




    1. Sığortalının vəzifələri aşağıdakılardır:

      1. sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan və / və ya sığortaçının birbaşa sorğu etdiyi, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar(7.2 maddəsi üzrə sığorta müqaviləsinin bağlanması üçün tələb olunan ərzə formasında nəzərə tutulan əlillik dərəcələri) barədə məlumatları sığortaçıya vermək;

      2. sığorta müqaviləsində müəyyən edilmiş məbləğdə və müddətlərdə sığorta haqqını ödəmək;

      3. sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya ən geci 1(bir) iş günü ərzində məlumat vermək;

      4. sığorta müqaviləsinin bağlanılması anında, həmçinin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunana münasibətdə digər sığortaçı ilə bağlanılmış fərdi qəza sığortası müqaviləsi barədə sığortaçıya dərhal məlumat vermək;

      5. sığorta olunanı və faydalanan şəxsi sığorta müqaviləsinin əsaslandığı bu Qaydalarla tanış etmək;

      6. sığorta hadisəsi baş verməzdən əvvəl faydalanan şəxsi yalnız onun razılığı ilə bаşqа şəxslə əvəz etmək;

      7. sığorta hadisəsi hesab edilə bilən hadisələrin baş verməsi barədə bu Qaydaların 8.2-ci maddəsində göstərilən müddətlərdə, qaydada və üsulu sığortaçıya məlumat vermək, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər vermək;

      8. sığorta hadisəsinin baş vermə ehtimalının və sığorta hadisəsi hesab edilə bilən hadisələrin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən asılı olan bütün ağlabatan və zəruri tədbirləri görmək, o cümlədən tibb müəssisəsinə dərhal tibbi yardım üçün müraciət etmək və tibb müəssisəsinin və müalicə edən həkimin bütün göstərişlərinə əməl etmək;

      9. sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, zərərin qiymətləndirilməsi və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) vermək;

      10. sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına və / və ya zərərin qiymətləndirilməsinə imkanı yaratmaq və maneçilik törətməmək;

      11. sığortaçının ona rəsmi bildirilmiş bütün göstərişlərinə əməl etmək;

      12. bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;




    1. Sığortaçı aşağıdakı hüquqlara malikdir:

      1. sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum olan və / və ya etdiyi, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortalıya sorğu vermək;

      2. sığorta müqaviləsi bağlanarkən sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq sığortalının hesabına müayinə olunmasını tələb etmək;

      3. sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırması, və /və ya zərərin qiymətləndirilməsi üçün müstəqil eksperti, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsi təyin etmək. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər;

      4. sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları sığortalıdan, sığorta olunandan və ya faydalanan şəxsdən tələb etmək;

      5. sığorta ödənişinin ödənilməsi zamanı sığorta ödənişi məbləğindən sığortalının sığortaçıya ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq;

      6. sığortalı, sığorta olunan və faydalanan şəxs tərəfindən bildirilmiş məlumatları, həmçinin onlar tərəfindən sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsini yoxlamaq, xüsusən, sığorta olunanın fərdi qəza ilə əlaqədar onun müvəqqəti əmək qabiliyyətsizliyi və ya onun xəstəxanaya yerləşdirilməsi halında onun sağlamlıq vəziyyəti barədə həftəlik tibbi hesabatın təqdim edilməsini tələb etmək;

      7. bildirilmiş sığorta hadisəsi ilə əlaqədar olan hal şahidləri barədə sığortalıdan, sığorta olunandan və ya faydalanan şəxsdən məlumat almaq, həmin şahidləri hadisə ilə əlaqədar dindirmək;

      8. bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.




    1. Sığortaçının vəzifələri aşağıdakılardır:

      1. sığortalını sığorta müqaviləsinin əsaslandığı bu Qaydalarla tanış etmək;

      2. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına  belə hadisələrin baş verməsi faktını və / və ya səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;

      3. sığorta hadisəsi baş verdikdə Qaydaların 9.6-cı maddəsində nəzərdə tutulan bütün sənədlərin əldə olunmasından sonra 15(on beş) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəmək;

      4. sığorta müqaviləsi ilə əlaqədar olan məlumatları sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta sirri kimi saxlamaq;

      5. bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.




  1. Yüklə 223,36 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin