Qaydalari amrah siğorta fəRDİ QƏza siğortasi qaydalari



Yüklə 180,77 Kb.
tarix16.02.2017
ölçüsü180,77 Kb.
#9016
növüQaydalar


AMRAH SIĞORTA

AMRAH SIĞORTA



FƏRDİ QƏZA SIĞORTASI

QAYDALARI

AMRAH SIĞORTA



FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI

ANLAYIŞLAR


Bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:

Sığortaçı - «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi.
Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
Faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs.
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd.
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanuna zidd olmayan hər hansı əmlak mənafeyi.
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi.
Sığorta müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi hüdudları.

Əhəmiyyətli hallar - müqavilə bağlanarkən bildirilməli olan, sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən və/və ya sığortalıya yazılı şəkildə aydın və birmənalı sorğu verilmiş hallar (faktlar) əhəmiyyətli sayılır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi - vaxt keçdikcə tam bərpa oluna bilən, ümumi əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi.
Əmək qabiliyyətinin daimi itirilməsi (əlillik) – bədbəxt hadisə baş verəndən müəyyən vaxt keçdikdən tam bərpa oluna bilməyən, ümumi əmək qabiliyyətinin tam və ya qismən itirilməsi.
Fərdi qəza (bədbəxt hadisə) - müəyyən zaman zərfində və yerdə xarici, zorakı, ani və kontrol altında olmayan təsirin (partlayış; elektrik cərəyanının təsiri; ildırım vurması; cinayətkarların və ya heyvanların hücumu; sığorta olunanın üzərinə əşyaların düşməsi; sığorta olunanın yıxılması; nəfəs yollarına yad cismin düşməsi; zəhərli bitkilərlə və göbələklərlə, kimyəvi maddələrlə, dərmanlarla, zəhərli qazlarla kəskin zəhərlənmə; qida toksikoinfeksiyası; nəqliyyat vasitələrinin hərəkəti və ya qəzası; hərəkət edən mexanizmlərdən, silahdan və hər cür alətlərdən istifadə; düzgün olmayan tibbi manipulyasiya; yüksək və ya aşağı temperaturun, kimyəvi maddələrin təsiri; heyvanların və ya həşəratların dişləməsi, qapması, sancması), sığorta olunanın gənə ensefaliti, poliomiyelit ilə xəstələnməsi, uşaqlıq xaricində olan hamiləlik və ya qeyri-normal doğuş nəticəsində baş verən və bədən üzvlərinin və əzələ toxumalarının zədələnməsi və ya qeyri-iradi (özündən asılı olmayan) ölümü şəklində sığorta olunanın səhhətinə zərər vuran qeyri-adi, gözlənilməyən və nəzərə çarpan hadisə.



  1. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ
  1. Sığortaçı





    1. Bu Qaydalara əsasən Sığortaçı dedikdə “Amrah Sığorta” Sığorta Şirkəti ASC başa düşülür.
  1. Sığortalı





    1. Sığortalı qismində fəaliyyət qabiliyyətli ipoteka kreditini alan fiziki şəxs çıxış edə bilər.
  1. Sığorta olunan





    1. Bu Şərtlərə əsasən sığorta olunan həmçinin sığortalı ola bilər.

    2. Aşağıdakı şəxslərlə sığorta müqaviləsi bağlanılmır:

      1. I qrup əlillər;

      2. sığorta müqaviləsi bağlanan zaman yaşı 16-dan az və ya 65-dən çox olan şəxslər;

      3. narkoloji, psixonevroloji, vərəm, dərivenereoloji dispanserlərdə uçota durmuş şəxslər;

      4. onkoloji, ürək-damar xəstələri və QİÇS (AIDS)-lə yoluxanlar.
  1. Faydalanan şəxs





    1. Faydalanan şəxs dedikdə ipoteka kreditlərini rəsmiləşdirən və sığorta şəhadətnaməsində adı qeyd olunmuş müvəkkil bank başa düşülür.

    2. Faydalanan şəxs yаlnız оnun razılığı ilə Sığortalı tərəfindən bаşqа şəxslə əvəz еdilə bilər.

    3. Bu sığоrtа müqaviləsində sığоrtаlıya аid bütün müddəаlаr sığоrtа ödənişini аlmаq hüququndan istifаdə еtmək niyyətində olan faydalanan şəxsə də еyni ölçüdə аid еdilir.




  1. SIĞORTANIN OBYEKTİ
  1. Sığоrtаnın оbyеkti və sığorta sinfi


    1. Bu sığorta müqaviləsinə əsasən fərdi qəzа nəticəsində sığorta olunanın ölümü və ya səhhətinə dəyən zərər ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri sığоrtаnın оbyеkti hеsаb оlunur.

    2. Bu Qaydalarla müəyyən olunan sığorta növü fərdi qəza sığortası sinfinə aiddir



  1. SIĞORTA TƏMİNATI



  1. Sığоrtа riskləri. Sığorta hаdisələri


    1. Bу sığоrtа müqaviləsi ilə, fərdi qəza (bədbəхt hаdisə) nəticəsində aşağıdakılara təminаt vеrilir:

      1. Sığorta olunanın ümumi əmək qаbiliyyətini müvəqqəti itirməsi;

      2. Sığorta olunanın ümumi əmək qаbiliyyətini dаimi itirməsi;

      3. Sığorta olunanın ölümü.
  2. Sığorta təminatına daxil olmayan hallar (istisnalar)


    1. Sığоrtа təminatı aşağıdakılаrın nəticəsində bаş vеrən fərdi qəzaları əhаtə еtmir:

      1. sığorta olunanın və/və ya faydalanan şəxsin qərəzli hərəkətləri;

      2. nüvə pаrtlаyışının təsiri, rаdiаsiyа və rаdiоаktiv şüаlаnmа;

      3. Sığorta olunanın xidməti vəzifəsinin icrası ilə bağlı olmayan hərbi əməliyyаtlаr, mаnеvrlər və ya diğər hərbi tədbirlər;

      4. vətəndаş mühаribəsi, hər cür хаlq iğtişаşlаrı və ya tətillər;

      5. Sığorta olunanın spirtli içkilərdən, nаrkоtik mаddələrdən və ya bilərəkdən zəhərli və toksiki mаddələrdən istifаdəsi və bunun nəticəsində sərхоş vəziyyətdə оlmаsı;

      6. idаrə еdilməsi üçün хüsusi icazə tələb оlunаn nəqliyyаt vаsitəsinin bеlə icazə оlmаdan sığorta olunan tərəfindən idаrə еdilməsi;

      7. sığorta olunanın nəqliyyаt vаsitəsini sürücülük vəsiqəsi оlmаyаn və ya spirtli içkilərdən, nаrkоtik mаddələrdən və ya zəhərli mаddələrdən sərхоş vəziyyətdə olan şəxsə vеrməsi;

      8. Sığorta olunanın cinаyət törətməsi;

      9. sığorta olunanın intihar etməsi və ya buna cəhd göstərməsi;

      10. psiхi və ya аğır əsəb pоzuntulаrı, hipеrtоniyа xəstəliyi (insult), еpilеptik ürəkkеçmələr (tutmаlаr);

    2. Əgər sığоrtа şəhаdətnаməsində birbаşа bаşqа cür nəzərdə tutulmаmışdırsа, sığоrtа həmçinin aşağıdakılаrın nəticəsində bаş vеrən fərdi qəzaları da əhаtə еtmir:

      1. hаmiləlik və ya dоğuş;

      2. zöhrəvi xəstəliklər, qazаnılmış immunçаtışmаmazlığı sindrоmu (QİÇS) və immun çаtışmаmazlığı virusu (IÇV) ilə əlаqədаr mеydanа gələn bütün xəstəliklər;

      3. оv, аlpinizm, plаnеrizm, spеlеоlоgiyа (mаğаrаlаrı öyrənməklə əlаqədаr еlm), pаrаşütlə tullаnmа, suаltı idmаn növləri, qış idmаn növləri, rеqbi, pоlо, döyüş sənətləri, mоtоsiklеt və аt yаrışlаrı, su хizək yаrışlаrı; hər hаnsı idmаn yаrışlаrındа və ya bеlə yаrışlаrа məşqlər, həmçinin həyаt və sаğlаmlıq üçün yüksək təhlükə yаrаdan hər hаnsı digər fəaliyyətlərdə iştirаk.
  3. Sığоrtаnın ərazisi


    1. Bu sığorta bütün dünyada qüvvədədir.




  1. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI
  1. Sığоrtа məbləği





    1. Sığorta müqaviləsi üzrə sığorta məbləğinin həcmi kredit məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında müəyyənləşdirilir.

    2. Sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləği verilən kreditə hesablanan faiz həcmində artırıla bilər.

    3. Bu Qaydalara əsasən sığorta məbləği sığortaçının son məsuliyyət həddi hesab olunur və bir və ya bir neçə sığorta hadisəsi üzrə sığorta ödənişinin məcmu məbləği sığorta məbləğindən yüksək ola bilməz.
  1. Sığоrtа hаqqı





    1. Sığorta haqqı sığorta müqaviləsində göstərilən müddətdə və qaydada sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır.

    2. Sığorta haqqının miqdarı sığorta məbləği, sığorta təminatı verilən risklər, sığorta müddəti və sığorta tariflərindən asılı olaraq hesablanır. Sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortaçı riskin dərəcəsini və sığorta tarifini müəyyən edir.
  1. Sığоrtа hаqqının ödənilməsi





    1. Sığorta müqaviləsinə əsasən sığorta haqqı sığortalı tərəfindən nağd və ya köçürmə yolu ilə birdəfəyə ödənilir. Sığorta haqqının ödənildiyi gün onun sığortaçının bank hesabına və ya nağd ödəmə zamanı sığortaçının kassasına daxil olduğu gün hesab olunur.

    2. Sığorta şəhadətnaməsi sığorta haqqı tam ödənilən gün verilir




  1. SIĞORTA MÜQAVİLƏSİ
  1. Sığorta müqaviləsinin bağlanması





    1. Sığorta müqaviləsi sığortalının ərizəsi (müraciəti) əsasında yazılı surətdə bağlanır. Müraciət ərizə-anket formasının doldurulması və sığortaçıya təqdim edilməsi yolu ilə həyata keçirilir. Sığortalı ərizə-anket formasında sığorta məbləğini, faydalanan şəxsin adını və son 3 il ərzində baş vermiş fərdi qəzalar barədə məlumatı təqdim etməlidir.

    2. Sığorta müqaviləsinin bağlanması faktı tərəflərin bu sığorta şərtləri əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması və ya bu sığorta şərtləri ilə sığortalının və faydalanan şəxsin razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə təsdiq edilir.

    3. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən və sığortaçıya bildirilən sığorta hadisələrini əhatə edir.

    4. Tərəflər sığorta müqaviləsi bağlandıqdan sonra üçtərəfli (sığortalı, faydalanan şəxs və sığortaçının) razılığa əsasən müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Tərəflərin imzaladığı bütün dəyişikliklər, əlavələr və düzəlişlər sığorta müqaviləsinin tərkib hissəsi hesab olunur və üçtərəfli imzalandığı andan qüvvəyə minir.
  1. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli olan faktlar





    1. Sığorta müqaviləsi bağlanarkən sığortalı riskin baş vermə ehtimalının müəyyən edilməsi və mümkün itkilərin həcminin hesablanması üçün əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün faktları və halları bildirməyə borcludur.

    2. Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaqdan imtina edir və ya bunu öyrəndikdə və ya bu haqda sığortalı tərəfindən ona məlumat verildikdə:

      1. sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay ərzində müqaviləni bir tərəfli qaydada ləğv edir və bu haqda sığortalının sığorta müqaviləsində göstərilmiş sonuncu ünvanına yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat göndərir. Bu halda sığorta haqqı sığortalıya qaytarılmır. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə sığorta müqaviləsi ləğv edilənədək keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə olarsa, sığortaçı, sığorta ödənişini verməkdən imtina edə bilər;

      2. sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqının fərqini almaqla müqaviləni davam etdirə bilər. Sığortalı tələb edilən sığorta haqqının fərqini 5 (beş) gün ərzində sığortaçıya ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.

    3. Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən sonrakı gün saat 2400-da hüquqi qüvvəyə minir.

    4. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi

      1. sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;

      2. müqavilənin ləğv edilməsini tələb edə biləcəyi müddət ərzində, və yaxud;

      3. müqavilənin ləğv edilməsi tələbinin hüquqi qüvvə qazanması üçün lazım olan müddət ərzində baş verərsə, sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan (sığortalı tərəfindən ödənilən) sığorta haqqı ilə həqiqətdə hesablanmalı (sığortalı tərəfindən ödənilməli) olan sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
  1. Sığorta müddəti





    1. Sığorta müqaviləsi 1 il müddətinə bağlanır, sığorta şəhadətnaməsində göstərilən başlama və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 2400-da qüvvəyə minir və qüvvədən düşür.
  1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi





    1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

      1. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdə;

      2. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda.
  1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə





    1. Bu Qaydaların 16-cı maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi və faydalanan şəxsi bu haqda xəbərdar etməlidir.

    2. Sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə 30 gün əvvəl, tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
  1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri





    1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə ödənilmiş sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır;

    2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, о, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını sığortalıya qaytarır;

    3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya

      1. ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır;

      2. ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 18.1. və 18.2. bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
  1. Sığorta riskindəki dəyişikliklər





    1. Əgər sığortalı bu müqavilənin 20.2.2. bəndinin «b» yarımbəndində göstərilən müddət ərzində sığorta müqaviləsinə edilən dəyişikliklərlə razılaşdığını və yaxud əlavə sığorta haqqını ödəməyi öz öhdəsinə götürdüyünü yazılı şəkildə bildirməzsə, sığorta müqaviləsi bu cür xəbərdarlıq müddəti bitdiyi tarixdən etibarsız sayılır.




  1. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
  1. Sığortaçının hüquqları və vəzifələri





    1. Sığortaçı aşağıdakıları öhdəsinə götürür:

      1. sığortalını sığorta müqaviləsinin şərtləri ilə tanış etmək;

      2. sığorta şəhadətnaməsini sığorta haqqı tam ödənildiyi gün sığortalıya vermək;

      3. sığortalı tərəfindən sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin azal(dıl)masına yönəldilmiş tədbirlər həyata keçirildikdə, sığortalının məlumatı əsasında sığorta müqaviləsində bu vəziyyətlə əlaqədar dəyişikliklər etmək;

      4. sığorta müqaviləsinin şərtlərinə riayət etmək;

      5. sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyata almaq və ən geci 3 iş günü ərzində bu hadisənin baş vеrməsi faktını təsdiq еdən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vеrmək;

      6. sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsi ilə müəyyən edilmiş müddətdə sığorta ödənişini vermək. Sığortaçı bu öhdəliyə əməl etmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulu ödəyir;

      7. peşəkar fəaliyyəti nəticəsində əldə etdiyi sığorta sirri hesab edilən məlumatları qorumaq, həmin məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa digər şəxslərə yaymamaq;

      8. sığorta qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.




    1. Sığortaçı aşağıdakı hüquqlara malikdir:

      1. sığorta müqaviləsi bağlanan zaman sığorta riskinin qiymətləndirilməsi üçün zəruri olan müvafiq (ərizə-anket forması və s.) məlumatları və sənədləri sığortalıdan tələb etmək;

      2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:

  1. istənilən vaxt sığortalının təqdim etdiyi məlumatların düzgünlüyünü, habelə sığorta müqaviləsinin tələblərini və şərtlərini yerinə yetirməsini yoxlamaq;

  2. sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilən və riskin artmasına təsir edən (sığorta hadisəsinin baş vermə ehtimalını artıran) əhəmiyyətli hallarda dəyişiklik baş verdikdə və ya bu haqda məlumat aldıqda, 1 ay ərzində sığorta müqaviləsinin şərtlərində dəyişiklik etmək və/və ya artan riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək. Əgər sığortalı sığorta müqaviləsinin şərtlərində dəyişiklik edilməsinə və/və ya əlavə sığorta haqqının ödənilməsinə etiraz edərsə, sığortaçı dəyişikliyin baş verdiyi andan sığorta müqaviləsini ləğv etmək hüququna malikdir;

  3. sığortalının bu müqavilənin 21.1.1 bəndində göstərilmiş hallarda sığortaçıya bilərəkdən (qəsdən) yalan məlumat verməsi faktı müəyyən edilərsə, sığorta müqaviləsinin etibarsız hesab olunmasını tələb etmək;

      1. sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq və ya bu məqsədlə еkspеrtlər dəvət еtmək;

      2. sığortalıdan və sorğu əsasında müvafiq səlahiyyətli orqanlardan sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi səbəbini və şəraitini göstərən rəsmi sənədlərin və aktların əslinin və ya surətlərinin təqdim edilməsini tələb etmək;

      3. sığorta olunan şəxsi müayinədən keçirmək üçün öz mütəxəssislərini göndərmək;

      4. sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
  1. Sığortalının hüquqları və vəzifələri





    1. Sığortalı aşağıdakıları öhdəsinə götürür:

      1. sığorta müqaviləsi bağlanan zaman özünə məlum olan və sığorta riskinin qiymətləndirilməsində mühüm əhəmiyyətə malik bütün hallar (əhəmiyyətli hallar) barədə sığortaçını məlumatlandırmaq;

      2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:

  1. sığorta müqaviləsi bağlanan zaman sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum olan bütün digər hallar barədə dərhal və ya ən gec 1 (bir) iş günü ərzində sığortaçıya xəbərdarlıq məktubu (bildiriş) göndərmək;

  2. sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin azal(dıl)masına yönəldilmiş ağlabatan və zəruri tədbirləri görmək;

  3. fəaliyyəti ilə tanış olması üçün sığortaçıya müvafiq şəraiti yaratmaq;

  4. gündəlik həyatda ictimai təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;

      1. sığorta hadisəsi baş verdikdə:

  1. sığorta hadisəsinin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən asılı olan bütün ağlabatan və zəruri tədbirləri görmək, o cümlədən səhiyyə müəssisəsinə dərhal tibbi yardım üçün müraciət etmək və tibb müəssisəsinin və müalicə edən həkimin bütün göstərişlərinə əməl etmək;

  2. hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat vermək və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirmək;

  3. bu barədə xəbər tutduqdan dərhal sonra və ya ən gec 1 (bir) iş günü ərzində sığorta hadisəsinin baş verdiyi şərait ilə bağlı digər zəruri məlumatları sığortaçıya bildirmək;

  4. əgər belə göstərişlər sığortaçı tərəfindən bildiriləcəksə, sığortaçının bütün göstərişlərinə əməl etmək;

  5. sığorta hadisəsi ilə bağlı sığortaçının tələb etdiyi bütün zəruri sənədləri ona təqdim etmək;

  6. sığortaçının nümayəndələrinə hadisənin baş verdiyi yerə sərbəst və maneəsiz baxış keçirmək, sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu zərərin həcminin və digər təfsilatların müəyyənləşdirilməsi üçün imkan vermək və müvafiq şəraiti yaratmaq;

      1. sığorta qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

    1. Sığortalı aşağıdakı hüquqlara malikdir:

      1. sığorta müqaviləsi bağlanan zaman:

  • kommersiya sirri olmayan sığortaçının maliyyə sabitliyi ilə bağlı məlumatı tələb etmək;

  • sığorta müqaviləsinin şərtləri ilə tanış olmaq;

      1. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:

  • sığorta müqaviləsi itirildikdə, onun dublikatını almaq;

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu muqavilə ilə nəzərdə tutulmuş qaydada sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;

  • sığortaçı ilə razılaşdırmaqla sığorta məbləğinin miqdarında dəyişiklik etmək;

      1. sığorta müqaviləsinin şərtinə uyğun olaraq sığorta ödənişinin verilməsini tələb etmək;

      2. sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini sığortaçıdan tələb etmək;

      3. sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.




  1. sığоrtа ödənişi
  1. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər





    1. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:

      1. sığorta şəhadətnaməsinin əsli;

      2. sığorta hadisəsi ilə əlaqədar müvafiq səlahiyyətli orqanlardan sığortaçının sorğusu əsasında alınan sənədlər;

      3. sığorta olunanın qalıq borcu haqqında məlumat;

      4. sığorta olunan şəxs vəfat etdikdə ölüm haqqında şəhadətnamənin surəti, tibbi ekspertizanın rəyinin surəti (mövcud olduğu halda);

      5. sığorta olunan şəxs ümumi əmək qabiliyyətini itirdikdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar tibbi-sosial ekspert komissiyasının rəyi (arayışı) və ya əmək qabiliyyətinin itirilməsi vərəqəsi, habelə xəstənin stasionar, ambulator kartasından çıxarış;

      6. zəruri hаllаrdа sığоrtаçı sığоrtаlıdan bаşqа sənədləri də tələb edə bilər.

    2. Sığоrtа hаdisəsi fаktının mövcudluğunu və оnun səbəb оlduğu ziyаnın həcmini sübut еtmək Sığоrtаlının vəzifəsidir. Sığоrtа hаdisəsi fаktının və şərаitinin sübut еdilməsi üçün Sığortalı fərdi qəzanın və ya xəstəliyin bаş vеrməsi fаktını, həmçinin ölüm və ya səhhətə dəyən ziyаn ilə bağlı bütün sənədləri Sığоrtаçıyа təqdim еtməyə bоrcludur.
  1. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası





    1. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini sığortalının ərizəsinə (sığorta tələbinə), hadisə ilə əlaqədar və bu müqavilənin 22-ci maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.

    2. Sığorta ödənişinin miqdarı fərdi qəza və ya xəstəlik nəticəsində alınan xəsarətin ağırlığından asılı olmaqla, sığorta məbləğindən aşağıdakı faizlərlə hesablanır:

      1. ölüm halında – 100 %;

      2. bədən xəsarətinin nəticəsi olaraq ümumi əmək qabiliyyətinin daimi itirilməsi:

Əlillik

Sığorta məbləğindən %-lə

Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi

100

Tam müalicəolunmaz psixoz

100

Hər iki qolun və ya hər iki əlin itirilməsi

100

Hər iki qulağın travma mənşəyi ilə tam karlığı

100

Aşağı çənənin çıxardılması

100

Nitqin tam itirilməsi

100

Bir qolun və bir ayağın tam itirilməsi

100

Bir qolun və bir ayaq pəncəsinin tam itirilməsi

100

Bir əlin və bir ayaq pəncəsinin tam itirilməsi

100

Bir əlin və bir ayağın tam itirilməsi

100

Hər iki ayağın tam itirilməsi

100




100

BАŞ

Kəllə sümüyünün bütün qalınlığı boyu zədələnməsi




  • ən azı 6 sm2 olan səth

60

  • 3 sm2 –dən 6 sm2 – dək olan səth

30

  • 3 sm2 –dən az olan səth

20

Aşağı çənənin qismən, qalxan hissəsinin bütünlükdə və ya yuxarı çənə sümüyünün yarısının çıxardılması

40

Bir gözün tam itirilməsi

40

Bir qulağın tam karlığı

30



YUХАRI ƏTRАFLАR

Əlillik

SOL

SAĞ

Bir qolun və ya bir əlin itirilməsi

60

50

Qol sümük maddəsinin əsaslı zədələnməsi (müəyyənləşdirilmiş və müalicəolunmaz zədələnmə)

50

40


Yuxarı ətrafların tam iflici (sinirlərin müalicəolunmaz zədələnməsi )

65

55

Dolanan sinirin tam iflici

20

15

Bazunun ankilozu

40

30

Əlverişli vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu (düz bucaqdan 15 dərəcə aralı)

25



20

Əlverişsiz vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu

40

35

Iki bazu önü sümük maddəsinin əsaslı itirilməsi (müəyyənləşdirilmiş və müalicəolunmaz zədələnmə)

40

30

Orta sinirin tam iflici

45

35

Bağlama yerində mil sinirinin tam iflici

40

35

Bazu önünün mil sinirinin tam iflici

30

25

Əlin mil sinirinin tam iflici

20

15

Dirsək sinirinin tam iflici

30

25

Biləyin əlverişli vəziyyətdə fiksə edilərək ankilozu (düz və əlin üstü vəziyyətdə)

20

15

Biləyin əlverişsiz vəziyyətdə fiksə edilərək ankilozu (bükmə və deformasiyalı açma və ya çevrilmiş vəziyyətdə)

30

25

Baş barmağın tam itirilməsi

20

15

Baş barmağın qismən itirilməsi (dırnaq falanqası )

10

5

Baş barmağın tam ankilozu

20

15

Şəhadət barmağının tam amputasiyası

15

10

Şəhadət barmağının iki barmaq sümüyünün tam itirilməsi

10

8

Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi

5

3

Baş barmağın və şəhadət barmağının eyni zamanda amputasiyası

35

25

Şəhadət barmağından savayı baş barmağın və digər barmağın tam itirilməsi

25

20

Baş və şəhadət barmağından savayı iki barmağın tam itirilməsi

12

8

Baş və şəhadət barmağından savayı üç barmağın tam itirilməsi

20

15

Baş barmaq daxil olmaqla dörd barmağın itirilməsi

45

40

Baş barmaqdan savayı dörd barmağın itirilməsi

40

35

Orta barmağın tam itirilməsi

10

8

Baş və şəhadət barmaqlarından savayı bir barmağın tam itirilməsi

7

3



АŞАĞI ƏTRАFLАR

Əlillik

Sığorta məbləğindən %-lə

Ombanın tam itirilməsi (yuxarı hissəsi )

60

Ombanın (aşağı hissəsinin) və ayağın tam itirilməsi

50

Ayaq pəncəsinin tam itirilməsi (baldır –ayaqbarmağının disartikulyasiyası (parçalara bölünməsi)

45

Ayaq pəncəsinin qismən itirilməsi (topuqaltı-sümüyünün disartikulyasiyası (parçalara bölünməsi))

40

Ayaq pəncəsinin qismən itirilməsi (orta ayaq dırnağının

disartikulyasiyası (parçalara bölünməsi))



35

Ayaq pəncəsinin qismən itirilməsi (ayaq darağı – ayaq dırnağı arxasının disartikulyasiyası (parçalara bölünməsi))

30

Aşağı ətrafların tam iflici (müalicəolunmaz sinir zədələnməsi)

60

Xarici dizaltı sinirinin tam iflici

30

Daxili dizaltı sinirinin tam iflici

20

Iki sinirin tam iflici (xarici dizaltı sinirinin və daxili dizaltı sinirinin tam iflici)

40

Ombanın yan hissəsinin ankilozu

40

Dizin ankilozu

20

Ombanın və ya hər iki ayaq sümüklərinin sümük maddəsinin itirilməsi (müalicəolunmaz hal)

60

Diz qapağının sümük maddəsinin itirilməsi və bununla bağlı fraqmentlərin əsaslı ayrılması və ayağın uzadılması (dartılması) zamanı hərəkətlərin məhdudlaşması

40

Diz qapağının sümük maddəsinin itirilməsi, hərəkətlərin saxlanılması şərti ilə

20

Aşağı ətrafların ən azı 5 sm qısaldılması

30

Aşağı ətrafların 3 sm-dən 5 sm–dək qısaldılması

20

Aşağı ətrafların 1 sm-dən 3 sm–dək qısaldılması

10

Ayaq pəncəsinin bütün barmaqlarının amputasiyası

25

Ayaq pəncəsinin baş barmağı da daxil olmaqla dörd barmağın amputasiyası

20

Ayaq pəncəsinin dörd barmağının tam itirilməsi

10

Ayaq pəncəsinin baş barmağının tam itirilməsi

10

Ayaq pəncəsinin iki barmağının tam itirilməsi

5

Ayaq pəncəsinin,baş barmaqdan savayı,bir barmağın amputasiyası

3

SINIQLАR

SINIQ

Sığorta məbləğindən %-lə

Omba və ya çanaq sümüyünün sınığı (bud sümüyü və büzdümdən savayı ):

  1. Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

  2. Bütün digər ağır sınıqlar

  3. Çoxsaylı sınıqlar,ən azı biri tam

  4. Bütün digər sınıqlar

100

50

30



20

Omba və dabanın sınığı:

  1. Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

  2. Bütün digər ağır sınıqlar

  3. Çoxsaylı sınıqlar,ən azı biri tam

  4. Bütün digər sınıqlar

50

40



30

20


Baldır, körpücük sümüyü, topuq, dirsək oynağı, bazu və

ya bazu önü sümüyünün sınığı (bilək daxil olmaqla, lakin mil sümüyünün klassik sınığı istisna olmaqla):



  1. Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

  2. Bütün digər ağır sınıqlar

  3. Çoxsaylı sınıqlar,ən azı biri tam

  4. Bütün digər sınıqlar

40

30



20

12


Aşağı çənənin sınığı:

  1. Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

  2. Bütün digər ağır sınıqlar

  3. Çoxsaylı sınıqlar, ən azı biri tam

  4. Bütün digər sınıqlar

30

20



16

8


Kürək, diz qapağı, döş sümüyü, əlin (barmaqlar və biləkdən savayı),ayaq pəncəsinin (barmaqlar və dabandan savayı) sınığı:

  1. Bütün digər ağır sınıqlar

  2. Bütün digər sınıqlar

20

10



Bazu önü mil sümüyünün klassik sınığı:

  1. Ağır sınıqlar

  2. Bütün digər sınıqlar

20

10



Onurğa sütunun sınıqları (büzdümdən savayı bütün fəqərələr):

  1. Bütün kompresyon sınıqlar

  2. Bütün tinəbənzər, köndələn çıxıntılar və ya çanaq sümüyünün sınığı

  3. Onurğa sütunun bütün digər sınıqları

20
20

10


Bir və ya bir neçə qabırğanın, almacıq sümüyünün, büzdümün, yuxarı çənənin, burunun,bir və ya bir neçə ayaq barmaqlarının, bir və ya bir neçə əl barmaqlarının sınığı:

  1. Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

  2. Bütün digər ağır sınıqlar

  3. Çoxsaylı sınıqlar,ən azı biri tam

  4. Bütün digər sınıqlar

16

12



8

4





      1. ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı - əmək qabiliyyətinin itirilməsinin 11-ci günündən başlayaraq sığorta məbləğinin 75 %-ni aşmamaq şərtilə əmək qabiliyyətinin tam itirilməsinin hər gününə görə sığorta məbləğinin 0.27 %-i miqdarında;

    1. Sığorta ödənişi verildiyi anda sığorta haqqı tam ödənilməmişdirsə, sığortaçı sığorta haqqının ödənilməyən hissəsini hesablanmış sığorta ödənişi məbləğindən tutmaq hüququna malikdir.

    2. Tələb olunan bütün sənədlər təqdim olunduqdan 15 gün ərzində sığortaçı sığorta ödənişini həyata keçirir və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə səbəbini yazılı surətdə göstərməklə məlumat verir.
  1. Fərdi qəzanın nəticələrinin təzаhür müddəti





    1. Fərdi qəzanın bаş vеrdiyi аndan 12 аy müddətində həmin hadisə səbəbindən ölüm bаş vеrərsə, fərdi qəzа nəticəsində ölüm hеsаb оlunur.
  1. Ətrаflаrdan və ya оrqаnlаrdan istifаdə imkаnlаrının itirilməsi





    1. Yuхаrıdа аyrıcа göstərilməyən ətrаflаrdan və ya оrqаnlаrdan istifаdə imkаnlаrının qismən və ya tаm itirilməsi ətrаfın və ya оrqаnın qismən və ya tаm itirilməsi hеsаb оlunаcаqdır.
  1. Göstərilməyən bədən хəsаrətləri





    1. Yuхаrıdа göstərilməyən bədən хəsаrətləri nəticəsində əmək qаbiliyyətinin hər hаnsı dаimi itirilməsinə görə ödəniş sığorta olunanın əsas əmək fəaliyyətinin növü nəzərə аlınmаdan yuхаrıdа göstərilmiş bədən хəsаrətləri ilə müqаyisədə оnlаrın аğırlıq dərəcələrinə müvаfiq оlаrаq vеriləcəkdir.
  1. Bir nеçə хəsаrət üzrə ödəniş





    1. Bir bədbəхt hаdisə nəticəsində еyni vахtdа bir nеçə bədən хəsаrəti аlınаrsа, sığоrtа ödənişinin həcmi hər хəsаrət üçün nəzərdə tutulmuş sığоrtа ödənişi hissələrinin cəmləşdirilməsi yоlu ilə müəyyən оlunur.

    2. Bir və ya bir nеçə bədbəхt hаdisə nəticəsində bədənin bir nеçə аyrı hissəsinin (bilək, əl, pəncə, аyаq) аldığı хəsаrətə münаsibətdə ödənişin ümumi məbləği bədənin bütün hissələrindən istifаdə imkаnlаrının itirilməsi və ya fiziki оlаrаq itirilməsi zamanı vеrilən sığоrtа ödənişi məbləğini аşа bilməz.
  1. Əmək qаbiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniş





    1. Əmək qаbiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniş yаlnız həmin sığоrtа hаdisəsi üzrə əmək qаbiliyyətinin müvəqqəti itirilməsinin tаm vахtı müəyyən оlunduqdan sоnrа həyаtа kеçirilir.




  1. DİGƏR MÜDDƏALAR
  1. Gözləmə müddəti





    1. Sığorta müqaviləsi ilə gözləmə müddəti müəyyən oluna bilər.

    2. Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.

    3. Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.

    4. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
  1. Valyuta haqqında qeyd-şərt





    1. Sığorta məbləğlərinin, azadolmaların və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirildiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.

    2. Əgər sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlər Azərbaycan manatı və ya müqavilənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
  1. İş sirlərinin gizli saxlanılması





    1. Sığortaçı, sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda dəyən zərərə görə məsuliyyət daşıyır.
  1. Mübahisələrin həlli qaydası





    1. Bu sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
  1. İddia müddəti





    1. Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.



  1. Digər şərtlər





    1. Sığorta müqaviləsi imzalanarkən sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığorta müqaviləsində bu Qaydalara və qanunvericiliyə zidd olmayan əlavə şərtlər nəzərdə tutula bilər.

Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti



Fərdi qəza və xəstəlik sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması

Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:



  1. Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;

  2. Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (So) – 20 000 AZN;

  3. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) - 3 000 AZN;

  4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 600

Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:

Tə = lOOqSö/So = 100*0,02*3000/20000 = 0,3 AZN

Risk üstəliyini hesablamaq üçün təminat ehtimalmı 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:

Tr=l,2Tə.a.((l-q)/(nq))1/2= 0,3-l,2-2-((l-0,02)/(600-0,02))1/2= 0,2 AZN

Tn = Tə + Tr = 0,2 + 0,3 = 0,5 AZN.

Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən, işlərin

aparılması xərcləri - 28%, tarif mənfəəti - 2%.

Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən

Tb = Tn /(1-f) = 0,5/(1-0,3) = 0,7 AZN.

Sığorta olunanın istehsal və ya qeyri-istehsal sahəsində çalışmasından, yerinə yetirdiyi işin təhlükəlilik dərəcəsindən və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,1% - 5%; aralığında dəyişir.





Yüklə 180,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin