WD-LVS/001-2
ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin
və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortaçı - «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında sığorta
fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan
sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta
ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta
müqaviləsinin tərəfi.
Faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs.
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz
qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən
bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin
təsbit edildiyi razılaşma.
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən
sığortalıya verilən sənəd.
Sığorta obyekti - sığortalının qanunazidd olmayan hər hansı əmlak mənafeyi.
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə
uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul
məbləği.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə
müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan
hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə
götürdüyü öhdəlik.
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya
digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət
ərzində baş verən hadisə və ya yaranan hal.
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının və ya faydalanan şəxsin sığortaçıya öz
vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun
olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz
dərəcəsi.
Sığortanın müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə
əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar - müqavilə bağlanarkən bildirilməli olan, sığortaçının müqavilədən imtina etmək və
ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən və/və ya sığortalıya yazılı
şəkildə aydın və birmənalı sorğu verilmiş hallar (faktlar) əhəmiyyətli sayılır.
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi hüdudları.
Mühüm şərtlər - sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv
etmək hüququ verən sığorta müqaviləsinin şərtləri.
Üçüncü şəxslər - sığortalı ilə yaxın qohumluq əlaqəsinə, xidmət müqaviləsi öhdəliklərinə və əmək
münasibətinə malik olmayan şəxslər.
Yaxın qohumlar - bu Qaydaların məqsədləri üçün ər, arvad, valideynlər, övladlar, övladlığa
götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları.
Qəza - heyvanın tələf olmasına və ya bədən xəsarətinə gətirib çıxaran xüsusiyyəti, vaxtı və yeri birmənalı
şəkildə təyin edilə bilən xarici amillərin gözlənilməz və ani təsiri.
Məcburi kəsdirilmə ( məhv etmə) - sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış heyvanın
tələf olma təhlükəsi qaçılmaz olduqda və ya heyvanın gələcəkdə istifadəsi imkanını istisna edən epizootik
və ya sağalmaz (əlacsız və müalicəolunmaz) xəstəliklərlə mübarizə ilə əlaqədar olaraq keçirilən
tədbirlərdə yalnız baytar həkiminin sərəncamı ilə həyata keçirilən öldürmə.
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
2
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanununa,
digər normativ hüquqi aktlarına müvafiq olaraq işlənib hazırlanmışdır və “Bakı Sığorta” ASC-nin
bağladığı bütün heyvanların sığortası müqavilələrinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir.
Bu Qaydalarla müəyyən olunan sığorta növü heyvanların sığortası və ümumi mülki məsuliyyətin sığortası
sinflərinə aiddir.
BÖLMƏ 1. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ
Maddə 1. Sığortaçı
Bu Qaydalara əsasən sığortaçı dedikdə «BakıSığorta» ASC başa düşülür.
Maddə 2. Sığortalı
2.1.
Bu Qaydalara əsasən sığortalı dedikdə sığorta obyektinə münasibətdə əmlak mənafeləri olan və
sığorta şəhadətnaməsində adı göstərilən hər hansı bir fiziki (fəaliyyət qabiliyyəti məhdud olan və ya
fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan
şəxslərdən başqa) və ya hüquqi şəxs başa düşülür.
2.2.
Bu Qaydalar daxilində sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən
Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» qanuna, sığorta
müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən sığortalı adından çıxış
etmək səlahiyyəti olan digər nümayəndələrinin hərəkətləri də aid edilir.
Maddə 3. Faydalanan şəxs
3.1.
Sığorta müqaviləsi sığorta obyektinin qorunmasında maraqlı olan və sığorta hadisəsi zamanı
ödəniş almaq hüququ olan hər hansı başqa şəxsin - faydalanan şəxsin xeyrinə də bağlana bilər.
3.2.
Faydalanan şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
3.3.
Sığorta müqaviləsinin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını müqaviləyə əsasən vəzifə
və öhdəliklərindən azad etmir.
3.4.
Bu Qaydalar və sığorta müqaviləsi ilə sığortalıya aid edilən bütün müddəalar sığortadan
faydalanmaq niyyətində olan faydalanan şəxsə də eyni həcmdə aid edilir.
BÖLMƏ 2. SIĞORTANIN OBYEKTİ
Maddə 4. Sığorta obyekti
Sığortalının mülkiyyətində, istifadəsində və ya sərəncamında olan heyvanlar ilə bağlı Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri bu Qaydalar daxilində
sığortanın obyekti hesab olunur.
Maddə 5. Sığortalana bilən heyvanlar
5.1.
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortalana bilən heyvanlara
aşağıdakılar daxildir:
5.1.1.
6 aylığından 15 yaşına qədər inəklər;
5.1.2.
1 yaşından 15 yaşına qədər camışlar;
5.1.3.
6 aylığından 6 yaşına qədər öküzlər;
5.1.4.
6 aylığından 6 yaşına qədər anac (dişi) qoyunlar və keçilər, 5 yaşına qədər qoçlar;
5.1.5.
4 aylığından 4 yaşına qədər anac donuzlar, 5 yaşına qədər erkək donuzlar (qabanlar);
5.1.6.
1 yaşından 18 yaşına qədər atlar, dəvələr, uzunqulaqlar, qatırlar, marallar;
5.1.7.
4 aylığından xəzli heyvanlar və ev dovşanları;
5.1.8.
5 aylığından yumurtlayan və ətlik quş cinsləri;
5.1.9.
ixtisaslaşdırılmış təsərrüfatlarda (broylerlərdə) istehsal edilən (yetişdirilən) cücələr;
5.1.10.
pətəkdəki arı ailələri;
5.1.11.
heyvanat parkı, sirk, dekorativ, ekzotik və s. bu kimi heyvanlar, quşlar və sürünənlər (bu
heyvanların (quşların) sığortalanması üçün yaş həddlərindəki məhdudiyyətlər sığorta müqaviləsi
bağlanarkən sığortalı ilə sığortaçı arasında razılaşma ilə müəyyən edilir);
5.1.12.
qeydiyyatda olan 3 aylığından 12 yaşına qədər pişiklər və ev, ov, gözətçi itləri.
5.2.
Sığortalana bilməyən heyvanlara aşağıdakılar daxildir:
5.2.1.
xəstə, travmaya məruz qalmış, əldən düşmüş, doğumdan əvvəlki və doğumdan sonrakı
vəziyyətlə əlaqədar olaraq istifadə edilməyən, həmçinin bruselyoz, vərəm, leykoz və digər yoluxucu
xəstəliklərə qarşı ən son aparılan müayinələrdən müsbət reaksiya aşkar edilmiş heyvanlar;
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
3
5.2.2.
yoluxucu xəstəliklərə tutulmama xüsusiyyətinə malik heyvanlar istisna olmaqla, karantin
müəyyən edilmiş yerlərdə və ya təsərrüfatlarda olan heyvanlar;
5.2.3.
fövqəladə vəziyyət elan edilmiş ərazilərdə olan heyvanlar.
BÖLMƏ 3. SIĞORTA TƏMİNATI
Maddə 6. Sığorta riskləri. Sığorta hadisələri
6.1.
Aşağıdakı halların baş verməsi nəticəsində sığorta predmetinin (sığortalanmış heyvan(lar)ın)
itkisi, tələf olması və ya məcburi kəsdirilməsi bu Qaydalara əsasən sığorta hadisəsi hesab olunur:
6.1.1.
bütün növ adi və yoluxucu xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə
əməliyyatı aparılması;
6.1.2.
təbii fəlakətlər: daşqın, fırtına, qasırğa, leysan, dolu, uçqun, zəlzələ, ildırım vurması, boran
və (təsir gücünə və/və ya növünə görə) həmin yer üçün qeyri-adi hesab olunan digər təbiət hadisələri;
6.1.3.
yanğın;
6.1.4.
qəzalar: partlayış, elektrik cərəyanının təsiri, gün vurma və ya isti vurma, şaxtadan donma,
boğulma, zəhərli otlardan və maddələrdən zəhərlənmə, ilan və ya həşəratların sancması, vəhşi
heyvanların və itlərin hücumu, suda boğulma, dərəyə düşmə, nəqliyyat vasitəsinin zərbəsi, sığorta
müqaviləsində nəzərdə tutulmuş müxtəlif növ tədbirlərdə iştirak zamanı və ya digər xarici təsirlərdən irəli
gələn travmatik zədələnmələr;
6.1.5.
üçüncü şəxslər tərəfindən sındırmaq yolu ilə edilən oğurluq, soyğun, qarət.
6.2.
Sığorta müqaviləsində xüsusi göstərildiyi halda, heyvanların sahiblərinin mülki məsuliyyəti.
Mülkiyyətində, istifadəsində və ya sərəncamında olan sığortalanmış heyvanların üçüncü şəxslərin
həyatına, səhhətinə və/və ya əmlakına vurduqları zərərlə bağlı sığortalının zərərin əvəzini ödəmək
öhdəliyinin yaranması bu Qaydalara əsasən sığorta hadisəsi hesab olunur.
6.3.
Sığorta təminatı verilən risklərin və hadisələrin konkret siyahısı sığorta müqaviləsində
(şəhadətnaməsində) öz əksini tapmalıdır.
Maddə 7. Sığorta təminatına daxil olmayan hallar (istisnalar)
7.1.
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı hadisələr nəticəsində dəyən
zərərlər sığortaçı tərəfindən ödənilmir:
7.1.1.
manqo, saqqo, at vəbası, heyvan vəbası, vərəm, bruselyoz, yoluxma ciyər ağrısı
xəstəlikləri;
7.1.2.
müharibə, hər cür hərbi əməliyyatlar və onların nəticələri;
7.1.3.
vətəndaş müharibəsi, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq
iğtişaşları, əmək intizamsızlığı, terror aktları;
7.1.4.
hər hansı atom enerjisinin tətbiq edilməsi, nüvə partlayışı, radiasiya və ya radioaktiv
çirklənmənin birbaşa və ya dolayı təsir(lər)i;
7.1.5.
hər hansı hökumət və ya yerli hakimiyyət orqanlarının tapşırığı ilə heyvanların müsadirə
olunması, rekvizisiyası və yaxud məhv edilməsi;
7.1.6.
sığortalının (faydalanan şəxsin) qəsdən edilmiş hərəkət(lər)i, o cümlədən qəsdən:
səlahiyyətli orqanlar tərəfindən heyvanların saxlanması və yem ver(il)mə qaydalarının pozulması,
heyvanların xəstələnməsi faktı üzrə baytar həkiminə müraciətin vaxtında edilməməsi, xəstəliklərlə
mübarizə məqsədi daşıyan profilaktik tədbirlərin keçirilməsi üzrə baytarlıq xidmətinin (idarəsinin)
göstərişlərinin, eləcə də heyvanların kəsilməsi barədə sərəncamının yerinə yetirilməməsi;
7.1.7.
heyvanların kəsilmə yerinə daşınması, kəsilməsi, dərmanların alınması, xəstəliklərin
nəticələrinin ortadan qaldırılması üzrə karantin və digər tədbirlərin keçirilməsi, heyvanların saxlanıldığı
binaların və digər yerlərin təmir xərcləri, cərimələr, peniyalar, dəbbə pulu kimi dolayı xərclər.
7.2.
Mülki məsuliyyət sığortası sığortalının səbəb olduğu mənəvi zərərin, itirilən gəlirin (qazancın) və
mənfəətin, əldən çıxan faydanın və s. bu kimi dolayı xərclərin ödənilməsinə şamil edilmir.
Maddə 8. Sığortanın ərazisi
8.1.
Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının
ərazisində qüvvədədir.
8.2.
Əgər sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş
verən sığorta hadisələrinə sığorta təminatı verilir.
8.3.
Sığortanın ərazisi, sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə
razılığının alınması şərti ilə genişləndirilə bilər.
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
4
Maddə 9. Sığorta təminatının başlanması və sona çatması
9.1.
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatı aşağıda qeyd edilmiş
hallarda başlanır:
9.1.1.
bu Qaydaların 6.1.2 - 6.1.5 və 6.2 bəndlərində nəzərdə tutulmuş risklər üzrə sığorta
müqaviləsi qüvvəyə mindiyi andan etibarən;
9.1.2.
bu Qaydaların 6.1.1 bəndində nəzərdə tutulmuş risklər üzrə sığorta müqaviləsi qüvvəyə
mindiyi andan etibarən ən az 10 təqvim günü keçdikdən sonra.
BÖLMƏ 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI
Maddə 10. Sığorta məbləği
10.1.
Sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman heyvanların saxlanıldığı yerdə (ərazidə)
heyvanların sığorta (həqiqi) dəyərindən artıq olmamaqla, sığortalı ilə sığortaçı arasında razılaşma
əsasında müəyyən edilir. Hadisə baş verdiyi zaman sığortalanmış heyvanların sığorta məbləği sığorta
(həqiqi) dəyərindən artıq olarsa, artıq olan həmin məbləğ sığortaçı tərəfindən ödənilmir.
10.2.
Mülki məsuliyyət sığortası üzrə sığorta məbləği (məsuliyyət həddi) ümumi və/və ya ayrılıqda
digər şəxslərin həyatına və sağlamlığına, eləcə də əmlakına vurulan zərərə görə sığortalı ilə sığortaçı
arasında razılaşma əsasında müəyyən edilir. Tərəflərin razılaşmasına əsasən heyvanların sahiblərinin
mülki məsuliyyətinin sığortasında sığorta ödənişinin həddi ayrıca bir şəxsin həyatına və sağlamlığına
vurulan zərərə və ya hər bir sığorta hadisəsinə görə müəyyən edilə bilər.
10.3.
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği (məsuliyyət həddi) həmin müqavilə üzrə
verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur.
10.4.
Kökəltmək məqsədilə yetişdirilən kənd təsərrüfatı əmtəə istehsalçılarına məxsus heyvanların (o
cümlədən quşların) sığorta məbləği əmtəə məhsulunun, yəni planlaşdırılmış kəsilmə vaxtında orta hesabla
dəyərindən artıq olmamaqla müəyyən edilir.
10.5.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı sığortaçı ilə razılaşma əsasında bu
Qaydaların 10.1 və 10.3 bəndləri nəzərə alınmaqla, sığorta məbləğinin artırılmasını tələb edə bilər. Bu
halda sığorta müqaviləsinə əlavə tərtib edilməli və əlavə sığorta haqqı ödənilməlidir. Sığorta müqaviləsi
üzrə tam olmayan ay üçün sığorta haqqı tam ayın haqqı kimi ödənilir.
10.6.
Bu Qaydalara əsasən sığorta məbləği sığortaçının son məsuliyyət həddi hesab olunur və bir və ya
bir neçə sığorta hadisəsi üzrə sığorta ödənişinin məcmu məbləği sığorta məbləğindən yüksək ola bilməz.
Maddə 11. Sığorta haqqı
11.1.
Sığorta haqqı sığorta şəhadətnaməsində göstərilən müddətdə və qaydada sığortalı tərəfindən
sığorta üçün ödənilən haqdır.
11.2.
Sığorta haqqının miqdarı sığorta məbləği, sığorta təminatı verilən risklər, sığorta müddəti, sığorta
tarifləri, sığortalanan heyvanların yaşından və saxlanıldığı şəraitdən asılı olaraq hesablanır. Sığortalının
təqdim etdiyi məlumatlar əsasında sığortaçı riskin dərəcəsini və sığorta tarifini müəyyən edir.
11.3.
Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta hadisəsinin baş verməsi ehtimalını nəzərə alaraq
baza sığorta tarif dərəcələrinə artırma və azaltma əmsalları tətbiq edə bilər.
11.4.
Bir ildən az müddətə bağlanan sığorta müqavilələri üzrə sığorta haqları illik sığorta haqqından
aşağıdakı faizlərlə hesablanır:
Sığorta müddəti 1 aydan çox olmazsa
Sığorta müddəti 2 aydan çox olmazsa
Sığorta müddəti 3 aydan çox olmazsa
Sığorta müddəti 4 aydan çox olmazsa
Sığorta müddəti 5 aydan çox olmazsa
Sığorta müddəti 6 aydan çox olmazsa
Sığorta müddəti 7 aydan çox olmazsa
Sığorta müddəti 8 aydan çox olmazsa
Sığorta müddəti 9 aydan çox olmazsa
Sığorta müddəti 10 aydan çox olmazsa
Sığorta müddəti 11 aydan çox olmazsa
-
-
-
-
-
-
-
-
-
-
-
illik sığorta haqqının 25 %
illik sığorta haqqının 30 %
illik sığorta haqqının 40 %
illik sığorta haqqının 50 %
illik sığorta haqqının 60 %
illik sığorta haqqının 70 %
illik sığorta haqqının 75 %
illik sığorta haqqının 80 %
illik sığorta haqqının 85 %
illik sığorta haqqının 90 %
illik sığorta haqqının 95 %
Maddə 12. Sığorta haqqının ödənilməsi
12.1.
Sığorta müqaviləsinə əsasən sığorta haqqı sığortalı tərəfindən nağd və ya köçürmə yolu ilə
birdəfəyə və ya hissə-hissə ödənilə bilər. Sığorta haqqının ödənildiyi gün onun sığortaçının bank hesabına
və ya nağd ödəmə zamanı sığortaçının kassasına daxil olduğu gün hesab olunur.
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
5
12.2.
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta haqqı (və ya onun
razılaşdırılmış ilkin hissəsi) sığorta şəhadətnaməsi imzalandığı gündən etibarən ən gec 15 gün ərzində
(hissə-hissə ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə)
sığortaçıya ödənilməlidir.
12.3.
Əgər sığorta haqqı (və ya onun ilkin hissəsi) müəyyən olunmuş müddət(lər)də sığortaçıya
ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir və sığortaçı həmin müqavilə üzrə heç bir
məsuliyyət daşımır.
12.4.
Əgər sığorta haqqını sığortalının tapşırığı əsasında başqa bir şəxs ödəyirsə, həmin şəxs bununla
əlaqədar olaraq sığorta müqaviləsindən irəli gələn heç bir hüquq əldə etmir.
BÖLMƏ 5. SIĞORTA MÜQAVİLƏSİ
Maddə 13. Sığorta müqaviləsinin bağlanması
13.1.
Sığorta müqaviləsinin bağlanması üçün sığortalı və yaxud onun nümayəndəsi müqavilə bağlamaq
niyyəti barəsində sığortaçıya ərizə-anket formasını doldurmaqla müraciət edir.
13.2.
Müraciətdə heyvanlar haqqında dəqiq məlumat (növü, cinsi, yaşı, rəngi, nişanələri, saxlanıldığı
yer, sığorta məbləği, seçilən sığorta riskləri, sığorta müddəti və s. bu kimi) və aşağıdakı sənədləri təqdim
etməlidir:
13.2.1.
sığortalanan heyvanların siyahısı (siyahıda həmçinin əgər varsa, eyniləşdirmə nişanlarını,
damğa və ya heyvanın (birka) nömrəsi də qeyd edilməlidir);
13.2.2.
rayon baytarlıq idarəsindən heyvanların sağlamlıq vəziyyəti ilə əlaqədar arayış (edilmiş
peyvəndlər və onlara qarşı reaksiyalar da qeyd edilməlidir);
13.2.3.
sığortalanan heyvanların pasportu (və ya onu əvəz edən digər sənəd).
13.3.
Sığorta müqaviləsinin bağlanması faktı bu Qaydalar əsasında hazırlanmış sığorta şərtləri əlavə
edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
13.4.
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının (və
ya onun razılaşdırılmış ilk hissəsinin) ödənilməsindən sonra qüvvəyə minir.
Dostları ilə paylaş: |