Ümumi hissə.
Istehsal olunan məhsulun nomenklaturası.
Ağac lifli tavalar sellüloz tərkibli liflərin, doldurucuların, sintetik plastik kütlənin və xüsusi əlavələrin əsasında hazırlanmış lifli kütlənin isti qəliblənməsi üsulu ilə hazırlanır. Bu tavaların yumşaq (M), yarımbərk (PT), bərk (T) və yüksəkbərk (ST) növlərdə olur. Yumşaq tavaların marka möhkəmliyi az olur (0,4 MPa), əyilmədə möhkəmlik həddinə görə ağac lifli tavalar aşağıdakı markalara bölünür:
M-4, M-12, M-20 markaya uyğun olaraq 0,4; 1,2; 2,0 MPa; PT- 100 markaya uyğun olaraq10 MPa; T-350 və T-400 markaya uyğun olaraq 35 və 40 MPa; ST – 500 markada 50 MPa.
Orta sıxlıq yumşaq tavalarda 150...350 kq/m3 , yarımbərk və bərk tavalarda 400...850 kq/m3, yüksəkbərk tavalarda 950 kq/m3 hədində dəyişir. Ağac lifli tavalar cədvəl 7.1-də göstərilən ölçülərdə istehsal olunur. Həndəsi ölçülərindən kənaraçıxma uzunluğu və eni üzrə ± 5 mm, qalınlığı üzrə isə -3-dən + 1 mm-ə qədər normalaşdırılır.
Ağac lifli tavalar arakəsmələrin, divarlanın, tavanların, döşəmələrin və s. üzlənməsində istifadə olunur. Tikintidə ağac lifli tavalar daha çox üzlük (dekorativ) və istilik-izolyasiya məmulatları kimi tətbiq olunur.
Dostları ilə paylaş: |