Maykl Parenti: Əyləncələrin siyasi xarakteri



Yüklə 73,45 Kb.
Pdf görüntüsü
tarix07.04.2017
ölçüsü73,45 Kb.
#13611

        № 

2                                                                                                 Tiraj:

 ∞

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Maykl Parenti: Əyləncələrin siyasi xarakteri 

Əyləncə  vasitələri  (kino,tamaşa,sənədli  film  və  s)  ciddi  siyasi  senzuraya  məruz 

qalır.Hətta “Nyu York taymz” da etiraf edir ki, “məhsul və standartlar şəbəkəsi”, yəni “senzura” 

seksual  və  mədəni xarakterli mövzulara  qarşı nəzarəti  dayandırıb.Amma  senzuraçılar  şəbəkəsi 

televiziya  filmlərində  siyasi  motivləri  diqqətlə  izləyir.Ölkədə  polemikalar  yaradan  televiziya 

şoularına  sponsorluq  edənlər  xoşagəlməz  hallar  yaşayır  və  efir  vaxtı  almaqda  çətinlik 

çəkirlər.Fəhlələrlə  bağlı  və  ya  antiimperialist  istiqamətli  filmlər  nadir  hallarda  çəkilir.Belə 

filmlər  böyük  studiyalar  və  banklar  tərəfindən  maliyyə  dəstəyi  almır  və  onların 

yayımlanmasının qarşısı alınır. “Torpağın duzu” “Salvador” “Qırmızılar” “Mateuan” “Romero” 

kimi filmlər taleyi belə olmuşdu.  

Hansı  filmin  siyasi,  hansı  filmin  qeyri-siyasi  sayılması  elə  özlüyündə  siyasi  bir 

qərardır.Ənənəvi dəyər və stereotipləri şübhə altına alan film siyasi, sosial normaların, ənənəvi 

dəyərlərin  hamı  tərəfindən  qəbul  olduğunu  göstərən  filmlər  qeyri-siyasi  hesab  olunur.Geniş 

şəkildə yayılmış bütün əyləncə növləri siyasi xarakter daşıyır.Hətta xüsusi siyasi süjeti olmayan 

kino və tok-şoularda imperializmi, irqçiliyi, avtoritarlığı, silahlanmanı və digər antidemokratik 

dəyərləri  yayan  obrazlar  və  mövzular  ola  bilər.Əyləncə  dünyasında  bədbəxtlik  və  bəla  zalım 

insanların  hərəkətləri  və  intriqaları  nəticəsində  yaranır,  sosial-iqtisadi  sistemin  ədalətsizliyi 

nəticəsində yox.Problemlər ümidsiz qəhrəmanlıqlar və ayrı-ayrı insanların ağılsızlığı ucbatından 

yaranır.Konfliktlər  təşkilatlanmış  şəkildə  deyil,  çoxsaylı  qətllər  və  döyüşlər  yolu  ilə  həll 

olunur.Zorakılığa  qarşı  zorakılıq  edilir.Baxmayaraq  ki,  onları  bir-birindən  ayırmaq 

çətindir.Araşdırmalar  göstərir  ki,  televiziya  verilişlərinə  baxan  insanlar  televiziyaya  az 

baxanlardan  fərqli  olaraq,  cinayətkarlıqdan  çox  qorxurlar.Cinayətkarlıqla  bağlı  filmlər  və 

verilişlər tamaşaçılarda polisin avtoritar qərarları və repressiv  fəaliyyəti ilə razılaşmaq hissinin 

yaranmasına gətirib çıxarır. 

Son  illər  ərzində  tamaşaçıların  təsəvvürlərində  qadın-kişi  və  etnik  qrup 

nümayəndələrinin  obrazı  dəyişmişdir.Qadınlar  və  etnik  azlıq  nümayəndələri  indi  tez-tez  ağıllı 

cəmiyyətdə müəyyən yer tutmuş biri kimi təsvir olunur.Bu dəyişikliyə baxmayaraq , gender və 

etnik stereotiplər cəmiyyətdə geniş yayılmışdır.Ağdərili kişilərlə müqayisədə qadınlar və etnik 

azlıq nümayəndələri aparıcı rollarda daha az çəkilirlər.Film və reklam süjetlərində qadınlar hələ 

də  daha  çox  seksual  obyekt  kimi  və  çox  zaman  kişi  tərəfindən  zorakılığa  məruz  qalan,  onun 

instinktlərinin qurbanı kimi canlandırılır. 

Çox  illər  bundan  əvvəl  afroamerikalılar  qulluqçu  və  küçə  cinayətkarlıqları  rolunu 

oynayırdılar.İndi  isə  onlar polis  və  küçə  cinayətkarlığına  qarşı mübarizə aparan  çox  da  böyük 

olmayan  rollarda  görünürlər.Qaradərili  polis  kapitanı,  qaradərili  hakim  qadın  afroamerikalılar 

yeni şablon rollar olmuşdur.İndi isə onlar televiziya komediya seriallarında komik qəhrəmanları 

oynayırlar.  Amma  afroamerikalıların  işdə  və  həyatda  apardıqları  mübarizə  kinoda  və 

televiziyada  özünün  real  əksini  tapmır.  Qaradərili  aktyorlar  hələ  də  real  həyatda  problemlərlə 

qarşılaşan adi insan rollarını almaqda irqçiliklə qarşılaşırlar. 

 

Bu  siyahıda  geniş  kütlə  üçün  nəzərə  çarpan  istisnalar  olmuşdur.  “Bulvort”  filmində 



ABŞ-ın siyasi sistemi gülüş hədəfinə çevrilir. “Gəzən meyit” filmində edamla bağlı problemlərə 

toxunulur.  “Vətəndaş  aksiyası”,  “Erin  Brokoviç”  filmində  olduğu  kimi  təbiəti  zəhərləyən 

korporativ  şirkətlər  arasındakı  korrupsiyadan  bəhs  olunur.“Sevgili”  filmi  quldarlıq  dövrünün 

qalığı olan münasibətlərə həsr edilib. “Amistad” filmində XIX  yüzillikdə üsyançı qulların real 

həyatı və onlar üzərində qurulan mühakimə təsvir olunur.“İnsayder” filmində isə sənədli şəkildə 

tütün  məhsullarının  əleyhinə materiallar  göstərilir.Fəhlə  sinfinin  ləyaqətli  münasibət  uğrunda 

apardığı mübarizə isə biznesin nəzarətində olan incəsənət vasitələrində xəsisliklər təsvir olunur. 

Dövlət televiziyasında bugünki fəhləyə çətin rast gəlmək olur.Baxmayaraq ki, son illər 

ABŞ-ın  PBS  kanalı  irqçilik  və  gender  problemlərinə  xüsusi  diqqət  ayırmağa  başlayıb,  fəhlə 

sinfinin problemlərinə laqeydlik davam edir.Səbəb odur ki, maliyyə təminatçıları buna neqativ 

münasibət göstərə bilər.Fəhlə sinfinə həsr edilmiş sənədli və ya bədii filmlərin maliyyələşməsini 

həmkarlar təşkilatları öz üzərinə götürəndə, dövlət televiziyalarının rəhbərləri bu qəbildən olan 

filmləri prokata götürmək istəmir, bunu fəhlə mövzusunun “spesifik” olması ilə əsaslandırırlar.

 

 



 

 

 



 

 


 

 

 



LUMEN – TV NO MORE! ( TV-yə YOX! ) 

 

Evimin küncündə kitablar və DVD var. 



Telekanallara baxmaq gülməli və  qəribədir. 

Mənim mənzilimdə antena kəsilib, 

Deməli həyatım  ekranımdan daha vacibdir. 

Yalnız istədiklərinə qulaq as və bax! 

Yalnız sənə lazım olanlara qulaq as və bax! 

Kompüteri gotür, naqillərdən dart qopar: 

Sürüdən çoxdan ayrılmaq lazım idi! 

Hamı Divarlara TV NO MORE yazsın! 

Qoy Teleprodüsser öz zibilinə özü baxsın. 

Yaxşı verilişlər demək olar ki, heç qalmayıb. 

Mən bilmirəm nə, ancaq nəsə çatlayıb. 

Normal insanları isə gecələr göstərirlər, 

Praym - taymı parçalamaq istəyirsən. 

Xəbərlər proqramı - ayrı mövzudur, 

Xəbərlər proqramı - yalan və cəfəngiyatdir! 

Qulaqlarını yalan eşitmək üçün yaxınlaşdırın, 

Pulunu verən tütəyi çalar. 

Redaktorun zövqü pis deyil , 

 

Ancaq məni axmaq hesab edir. 



Reklam fırlanır, biznes irəliləyir, 

Sürüyə görə narahat olma: Sürü də həzm edir. 

Telezombilər, lampa qulları. 

Çoxdan adətləşdirilmiş, vurulmuş ştampları. 

Beynini söndürüb, kanalları dəyişirsən. 

Kanallar çoxdur, yaxşıları azdır! 

 

Hamı Divarlara TV NO MORE yazsın! 



Qoy Teleprodüsser öz zibilinə özü baxsın! 

Hamı Divarlara TV NO MORE yazsın! 

Qoy Teleprodüsser özü baxsın öz... 

Hamı Divarlara TV NO MORE yazsın! 

Qoy Teleprodüsser öz zibilinə özü baxsın! 

Hamı Divarlara TV NO MORE yazsın! 

Qoy Teleprodüsser öz zibilinə özü baxsın! 

Hamı Divarlara yazsın Hamı Divarlara yazsın! 

Hamı Divarlara TV NO MORE yazsın! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

Niyazi Rəcəbov: Kapitalizm bizə vəd etdiyi söz "azadlığı”nı həqiqətən də verə bildimi?

 

 

Liberallar bizi inandırmağa, əslində isə aldatmağa calışırlar ki, guya dünyada haradasa 



“xalis”demokratiya, “azad” KİV mövcuddur. İyirmi illik bazar bumu bizə sübut etdi ki,b ütün 

bu “xalis” və “azad” dünya haradasa reallıqda, bizim yaşadığımız planetdə yox, sadəcə olaraq 

xəyallarda,  fantaziyalarda  mövcud  imiş.  KİV-lərin  azad  olması  haqqında  uydurulmuş 

sentimental hekayəciklər, informasiya vasitələrinin milyonerlər klubunun sərəncamında olduğu 

bir dünyada səssiz kütlənin əzablarına gülməkdən başqa bir şey deyil. Hələ 1921-ci ildə Lenin 

yazırdı  ki  “....Bütün  dünyada  kapitalistlərin  olduğu  hər  yerdə  mətbuat  azadlığı,  burjaziyanın 

xeyrinə olaraq qəzetləri satın almaq, yazıçıları satın almaq, “ictimai fikri” pulla ələ almaq, satın 

almaq və saxtalaşdırmaq azadlığıdır. Bu faktdır. Bu faktı hec kəs heç vaxt inkar edə bilməz” 

Bəli,  bu  sözlər  bir  əsr  əvvəl  necə  qüvvədə  idisə,  bu  gün  də  eyni qüvvədə  və  təsirdədir. 

Özlərini  “Azad”  tribuna  adlandıran  və  bu  sözü  iri şriftlərlə  yazan  hansı  KİV-i  “qaşısanız”, 

altından  kapitalın  sifarişçi əli  çıxacaq...  Bir  neçə  il  bundan  əvvəl  kommunist  inqilabçı  Çe 

Gevaranın anım günü ilə əlaqədar keçirdiyimiz qapalı tədbir polis tərəfindən  dağıdıldı, bizi 22-

ci  bölməyə  apardılar.  Polis  bölməsində  gördüyümüz münasibəti  iki  gün  sonra  Bakıda  fəaliyət 

göstərən  AZADLIQ  radiosunda  da  gördük.  Antiamerikan  açıqlamalarımız  özünü  “Azadlıq” 

radiosu  adlandıran qurum  tərəfindən  əngəlləndi  və  radionun  tarixində  ilk  dəfə  canlı 

efir dayandırıldı  və  biz  studiyadan  çıxarıldıq...  Görəsən  biz  hansı “tabunu”  pozmuşduq?.. 

Sadəcə  olaraq  sözügedən  radionu  ABŞ  dövlətinin maliyyələşdirməsi  amilini  unutmuşduq. 

Verilişin redaktoru öz aləmində mənim sözlərimə “düzəliş” edib deyirdi ki, “bizi ABŞ dövləti 

yox,  Konqres maliyyələşdirir”,  amma  bu  xanım  anlamırdı  ki,  bu  pulun  onlara  hansı 

əllə verilməsinin  heç  bir  fərqi  yoxdur,  məgər  Konqres  ABŞ  dövləti  deyil?.  Bəli, biz 

amerikansayağı  söz  “azadlığını”  Azadlıq  radiosunda  belə  gördük  və  bu münasibəti  daha 

sonralar Soros Fondu və digər bu qəbildən qurumlar tərəfindən maliyyələşdirilən aparıcı KİV və 

mətbuat  mərkəzlərində  də gördük.  Heç  kəs  elə  bilməsin  ki,  bu  ancaq  Azərbaycanda  belədir, 

yox, kapitalizm qanunlarının fəaliyyət göstərdiyi hər bir ölkə də, söz də, mətbuat da, televiziya 

da  hamısı  bir  neçə  media  maqnatının nəzarətindədir  və  onlar  nəinki  öz  ölkələrində,  həmçinin 

bütün dünyada, bir sözlə informasiya bazarını yönləndirirlər. 

İctimai 

rəyin 


80%-i sadəcə 

bir 


neçə 

media 


inhisarına 

məxsus 


KİV-lər 

vasitəsiylə formalaşdırılır.  Onlar  ancaq  informasiya  satmırlar,  həm  də  öz dünyagörüşlərini 

kütləyə  təlqin  edirlər...  Bu  gün  istər Azərbaycanda,  istərsə  də  dünyada  elə  bir  aparıcı,  ictimai 

rəyə  təsir  imkanı  olan  telekanal  yoxdur  ki,  onun  sahibi  milyonçu  və  ya  milyarder olmasın... 

K.Marks 

deyirdi 


ki, 

cəmiyyətin 

hakim 

iqtisadi 



gücü 

olmaq 


həm 

də  


cəmiyyətin  hakim  mənəvi  gücü  olmaq  deməkdir...  “azad”  söz  kapitalizmdə xülyadır.  ABŞ-ın 

sabiq  prezidenti  Nikson deyirdi  ki,  milyardlarla  pulu xərcləyib  atom  silahları  düzəltməkdənsə, 

bundan  da  az  vəsaiti   informasiyaya  xərcləmək  daha  məqbuldur,  çünki  atom  silahlarını 

tətbiq etmək çox az ehtimaldır, amma informasiya həmişə və hər yerdə fasiləsiz olaraq öz işini 

görür. 

Başqa  bir  təbirlə  desək,  “KİV-lər  atom  silahından  daha  dağıdıcı  qüvvədir”  və  bu  gün  bu 



qüvvəyə  sahib  güclər  bütün  cəmiyyətin  rəyini  öz marağına  uyğun  formalaşdırır  və  idarə  edir. 

Kapital  sistemində  insan,  fərd azad  düşüncədən  məhrumdur,  onun  rəyini  media 

maqnatlarının “senzurasından”  keçmiş  informasiya  bazarının  məhsulları formalaşdırır…  Fərd 

ümumi  informasiya  bazarının  istehlakçısı,  alıcısı  və bu  təlqinlərin  sadə  təqlidçisidir.  Fərdin 

özününkü  hesab  etdiyi  rəy əslində  informasiya  bazarının  ona  sırıdıqlarından  başqa  bir 

şey deyildir. 



 

 

 



 

 

Noam Xomskiy: KİV 

vasitəsilə insanları idarə 

etməyin 10 üsulu 

Noam 


Xomskiy 

kütləvi 


informasiya  vasitələrinin  köməyi 

ilə  “manipulyasiya  etməyin  10 

üsulunun” siyahısını tərtib edib. 

1. Diqqətin 

yayındırılması: 

Cəmiyyəti  idarə  etməyin  əsas 

elementini  informasiya  məkanını 

daima az əhəmiyyətli məlumatlarla 

dolduraraq,  insanların  diqqətini 

siyasi  və  iqtisadi  hakim  dairələrdə 

qəbul  olunan  mühüm  problem  və 

qərarlardan 

yayındırmaq 

təşkil 


edir.  Diqqəti  yayındırmaq  üsulu 

vətəndaşlara 

elm, 

iqtisadiyyat, 



psixologiya, 

neyrobiologiya, 

kibernetika  sahəsində  mühüm  biliklər  əldə  etməyə  imkan  verməmək  üçün  olduqca 

əhəmiyyətlidir. 



2.   Problemlər  yaratmaq,  sonra  da  onların  həll  üsullarını  təklif  etmək:  Bu  üsül  həm  də 

“problem-reaksiya-həll” adlanır. Əhali arasında müəyyən reaksiya yaratmaq üçün hər-hansı bir 

“vəziyyət”,  problem  yaradılır  ki,  insanlar  özləri  bunun  həlli  üçün   hakim  dairələrdən  bu 

dairələrin  özlərinə  sərf  edən   tədbirlər  görməyi  tələb  etsinlər.  Məsələn,  şəhərlərdə  zorakılıq 

spiralını açmağa yol vermək ya da qanlı terror aktları təşkil etmək ki, vətəndaşlar təhlükəsizlik 

tədbirlərinin  gücləndirilməsi  haqqında  qanun  qəbul  etməyi   və  vətəndaş  azadlıqlarını 

məhdudlaşdıran siyasət yürütməyi tələb etsinlər. 

Ya da: İqtisadi böhran yaratmaqla sosial hüquqların pozulmasını və şəhər xidmətləri işini 

məhdudlaşdırmağı zəruri pislik kimi qəbul etməyə məcbur etmək. 

3. Tədricən  tətbiq  etmə  üsulu:  Hər-hansı  bir  qeyri-popular  tədbiri  həyata  keçirməyə  nail 

olmaq üçün onu sadəcə olaraq tədricən, günbəgün, ilbəil tətbiq etmək kifayətdir. Məhz bu yolla 

keçən əsrin 80-90-cı illərində prinsipial olaraq yeni sosial-iqtisadi şərtlər (neoliberalizm) qəbul 

etdirildi.  Dövlətin  funksiyasının  sıfra  endirilməsi,  özəlləşdirmə,  inamsızlıq,  qeyri-stabillik, 

kütləvi  işsizlik, artıq  ləyaqətli  bir həyat  təmin  edə  bilməyən  maaş.  Əgər  bunların hamısı  eyni 

vaxtda baş versəydi yəqin ki, inqilaba gətirib çıxarardı. 



4.    Həyata  keçirmə  vaxtının  uzadılması:  Qeyri-popular  qərarı  sırımağın  digər  üsulu  onu 

“ağrılı və zəruri” bir şey kimi təqdim etmək və həmin vaxt onun gələcəkdə tətbiq olunmasına 

vətəndaşların  razılıq  verməsinə  nail  olmaqdır.  Gələcəkdə  hər-hansı  bir  qurbana  razı  olmaq 

indikindən  daha  asandır.  Birincisi  ona  görə  ki,  bu  dərhal  baş  verməyəcək.  İkincisi  də  ki, 

kütlənin  çox  hissəsi  “sabah  hər  şeyin  yaxşılığa  doğru  dəyişəcəyinə”  və  ondan  tələb  olunan 

qurbanlardan yaxa qurtara biləcəyinə sadəlövhcəsinə ümid edir. Bu, vətəndaşlara dəyişikliklərə 

öyrəşmək və vaxtı gələndə onları itaətkarlıqla qəbul etmək üçün daha çox vaxt verir. 

5.    Xalqa  balaca  uşaqlar kimi  müraciət etmək:  Geniş  kütlə  üçün nəzərdə tutulmuş  təbliğat 

xarakterli  çıxışların  əksəriyyətində  elə  dəlillər,  personajlar,  sözlər  və  intonasiya  işlədilir  ki, 

sanki söhbət inkişafdan geri qalan məktəb yaşlı uşaqlardan ya da əqli qüsurları olan şəxslərdən 

gedir.  Bir  insan  dinləyicini  nə  qədər  çox  aldatmaq  istəyirsə,  o  qədər  çox  infantil  ifadələrdən 

istifadə etməyə çalışır. Niyə? Əgər kimsə bir insana sanki onun 12 və daha az yaşı varmış kimi 

davranırsa,  təlqinə əsasən  o  insanın  cavab  reaksiyası  da  12  və  daha az  yaşlı  uşağa  xas  olaraq 

qeyri-tənqidi olacaq. 

6.   Düşünməkdən  daha  çox  emosiyalara  əhəmiyyət  vermək:  Emosiyalara  təsir  etmək 

insanların  rasional  analiz  qabiliyyətini  və  nəticədə  ümumiyyətlə  baş  verənləri  tənqidi  dərk 

etmək  qabiliyyətini  bloklamağın klassik  üsuludur.  Digər  tərəfdən  emosional  faktordan  istifadə 

şüuraltıya  qapı  açmaqla  ora  fikirlər,  arzular,  qorxular,  məcburiyət  və  sabit  davranış  modelləri 

daxil etmək imkanı verir. 

7.   Bacarıqsızlıq yaymaqla insanları cəhalətdə saxlamaq: Ona nail olmaq ki, insanlar onları 

idarə  etmək  və  öz  iradələrinə  tabe  etmək  üçün  istifadə  olunan  vasitə  və  yolları  dərk  etmək 

qabiliyyətinə malik olmasınlar. “Cəmiyyətin aşağı siniflərinə təqdim olunan təhsilin keyfiyyəti 

mümkün  qədər  kasad  və  aşağı  səviyyəli  olmalıdır  ki,  cəmiyyətin  aşağı  siniflərini 

yuxarıdakılardan  ayıran  cəhalət  elə  səviyyədə  olsun  ki,  aşağı  siniflər  onun  öhdəsindən  gələ 

bilməsinlər. 



8.  Vətəndaşları bacarıqsızlıqla fəxr etməyə sövq etmək: Əhaliyə qanmaz, bayağı və 

tərbiyəsiz olmağın dəbdə olduğu fikrini yeritmək. 



9. Özünə  qarşı  təqsir  hissini  gücləndirmək:  İnsanları həyatlarında  baş  verən  bədbəxtliklərin 

onların  əqli imkanlarının,qabiliyyətlərinin  və  ya  göstərdikləri  səylərin  çatışmazlığı nəticəsində 

baş verdiyinə inanmağa məcbur etmək. Nəticədə iqtisadi sistemə qarşı çıxmaq əvəzinə insanlar 

hər şeydə özlərini günahlandırır və özlərini məhvetməyə başlayırlar ki, bu da digərlərilə yanaşı 

fəaliyyətsizliyə  gətirib  çıxaran  sarsılmış  vəziyyət  yaradır.  Fəaliyyət  olmadan  isə  heç  bir 

inqilabdan söz belə gedə bilməz! 



10.   İnsanlar haqqında onların özlərindən çox bilmək: Son 50 il ərzində elmin inkişafındakı 

uğurlar adi insanların bilikləri ilə hakim siniflərin malik olduqları və istifadə etdikləri 

məlumatlar arasında get-gedə artan uçuruma gətirib çıxarıb. 

Biologiya,  neyrobiologiya,  tətbiqi  psixologiyanın  köməyilə  “sistem”  həm  fiziologiya,  həm  də 

psixika  sahəsində  qabaqcıl  biliklər  əldə  edib.  Sistem  adi  insan  haqqında  onun  bildiklərindən 

daha  çox  məlumata  yiyələnməyə  nail  olub.  Bu  o  deməkdir  ki, əksər hallarda  sistem  daha  çox 

səlahiyyətə sahibdir və insanları onların özlərindən daha çox idarə edir. 

Noam  Xomskiy  amerikan  linqvisti,  filosof,  ictimai  xadim,  bir  sıra  kitabların  müəllifi  və  siyasi 

analitik.  Massaçusets  texnoloji  institutunun  dilçilik  üzrə  əməkdar  professoru  və  XX  əsrin 

görkəmli  elm  xadimi.  Onun  dilçilik  nəzəriyyəsi  və  idrak  nəzəriyyəsi  sahəsindəki  fundamental 

əsərləri elmi və müəllimlər cəmiyyətində layiqli ad qazanıb. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan insanı fəhlə, kəndli, müəllim, tələbə, işsiz, evdar qadın və s. olmaqla yanaşı 

həmçinin də çox yaxşı televiziya izləyicisidir. Bu insanlar televiziya vasitəsilə müdafiəsiz, 

çarəsiz və təsirə asan məruz qalacaq hala gətirilmişdir.  

Qəbul edilməsi istənilən mesaj gözə və qulağa xitab etdiyindən televiziyaların fərdlər və 

cəmiyyətlər üzərində təsiri mübahisə edilməzdir. KİV iqtidardakı sinfin ideoloji aləti olduğu 

üçün həmin sinfin maraqları, dəyərləri əzilən kütlələrə yeridilir və güclü, yenilməz dövlət imici 

yaradılır. Bizim insanın bütün mübarizəsi isə daha çox boş vaxt qazanmaqdır, hansı ki həmin 

vaxtı televizor qarşısında öldürməklə dəyərləndirməkdən başqa seçimi yoxdur. 

SSRİ dağıldıqdan sonra yeni formasiyaya keçidlə əlaqədar olaraq media da cəmiyyəti 

manipulyasiya etmək aləti olmaqla bərabər, həm də gəlir gətirməli idi. Televiziyalarda ən gəlirli 

sahə isə reklamlardır. Rəqəmlərə görə təkcə  2008-ci il telekanallarda 700 min 214 reklam 

yerləşdirilib və bu reklamlardan 196 milyon 627 min 124 dollar gəlir əldə edilib. Reklamlar 

daha çox reytinqli verilişlərə, şou proqramlara verilir. Bütün telekanallarda bu proqramların 

məzmunu eyni olduğu üçün əsas məqsəd dahaçox mənfəətdir. Və hədəf kütlə reklam verənin 

tələb yaratmaq istədiyi məhsula yönəlmədikdə, bu proqramların və onların məzmunun heç bir 

əhəmiyyəti qalmır. 

Mənfəətin kapitalizmdə başlıca motiv olduğu aydın olsa da, inqilabi ideyaların kütlələrə 

yayılmasının sistem üçün ölümcüllüyü bu ideyaları kütlələrdən təcrid etməyi zəruri ehtiyaca 

çevirir. Televiziyalar hakimiyyətin propoqandasını, ölkə reallıqları ilə bağlı tək tərəfli 

informasiya yaymaqla ölkədə rifah havası olduğu illuziyasını yaradır. Xəbər proqramları 

dövlətin uğurlu sosial, iqtisadi siyasəti, əhalinin xoş-firavan həyat şəraiti və kriminal xarakterli 

xəbərlərlə dolub-daşır. Lakin sadə xalq bu xəbər proqramlarında BP-nin Xəzər dənizində 

törətdiyi neft fəlakəti, Bənənyarda evlərinə basqın edilib döyülən kənd sakinləri, Sulutəpədə 

evləri sökülənlər, çörək ağacları əllərindən alınan sürücülər, balıqçılar və başqa narazı sosial 

təbəqələr haqqında “dəqiq, vicdanlı və qərəzsiz” məlumata heç vaxt malik olmurlar. Çünki bu 

iqtidardakı sinifin maraqlarına ziddir.  

Bu narazıların etirazı kütləviləşdikdə də televiziyalar əsas funksiyanı öz üzərinə götürürlər. 

Daxili vəziyyəti stabil saxlamaq naminə xarici siyasət ssenarilərini telekanallar bir ağızdan 

oxuyurlar. Bizim ölkə misalında guya düşmən ölkə ilə münasibətlərin gərginləşdiyini, müharibə 

təhlükəsinin yarandığını, ya da danışıqların həlledici mərhələyə keçdiyini bağıran  xəbər  

proqramlarında psevdoziyalılar xalqı etiraz hərəkətləri etməkdə haqqsız çıxarırlar. Bu zaman 

belə sual çıxır ortaya ki, sənə tuşlanmış, lakin səni öldürməyəcək silah nəyə lazımdır? Cavab isə 

sadədir: İtaətdə saxlamağa.



 

 

“Fanzində verilən materiallara görə kapitalizm məsuliyyət daşıyır” 



  SOLFRONT.ORG                                            KOMMUNiST.BiZ 

 

Yüklə 73,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin