Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу


IV BÖLMƏ: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili



Yüklə 0,51 Mb.
səhifə4/9
tarix04.12.2023
ölçüsü0,51 Mb.
#172462
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-4Y

IV BÖLMƏ: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili.
Bu bölmədə əks olunur:
– əsas, ehtiyat və yardımçı idarəetmə məntəqələrinin yerləri, tərkibi, mühafizə tədbirləri və əməliyyat qruplarının məntəqədə fəaliyyət qaydaları;
– idarəetmə məntəqələrinin rabitə, xəbərdarlıq və informasiya vasitələri ilə təchiz olunması və onlardan istifadə etmə qaydaları;
– fövqəladə hadisələrin gözlənilməsi və ya baş verməsi barədə rəhbər heyətin eləcə də işçilərin xəbərdar edilməsi qaydaları;
– mülki müdafiə qüvvə və vasitələrinin “gündəlik fəaliyyət” , “yüksək hazırlıq” və “fövqəladə hadisə” rejimlərində idarə edilmə qaydaları;
– mülki müdafiə qüvvələri ilə rabitənin təşkili və idarəetmə pozulduqda onun bərpa edilməsi üzrə tədbirlər.


Əlavələr:

  1. Fövqəladə hadisələr zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas mülki müdafiə tədbirlərinin təqvim planı.

  2. İşçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması cədvəli.

  3. İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik (doza ölçən) nəzarət cihazları ilə təmin olunması cədvəli.

  4. Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat cədvəli.

  5. Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında).

  6. İdarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi.

  7. İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə).

  8. İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan köçürülməsinin hesabatı (aidiyyəti üzrə).

  9. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaq mülki müdafiə qüvvə və vasitələrinin hesabatı.



Mühafizə qurğularının növləri, təchizatı, saxlanılması və istifadə
qaydaları.

Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya əleyhinə daldanacaqlar, sadə daldalanacaqlar, zirzəmilər və başqa yeraltı tikililər) respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir. Mühafizə qurğuları fondu aşağıdakı qayda üzrə yaradılır:


- şəhərlərdə və yaşayış məntəqələrində olan yeraltı qurğularda kompleks halında istifadə etmək hesabına;
- burada sosial-məişət, istehsal və təsərrufat təyinatlı otaqlar, binalar yerləşdirmək, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda onların bir qisminin əhalinin mühafizəsi üçün uyğunlaşdırılması və istifadə edilməsini nəzərdə tutmaqla;
- mühafizə üçün yararlı yeraltı və yerüstü bina və qurğuları, dağ-mədən yerlərini təbii kaha və mağaraları yoxlamaq və qeydə almaqla;
- yaranmış vəziyyəti nəzərə almaq, zirzəmiləri və digər yeraltı tikililəri daldalanacaq kimi düzəltməklə;
- xalq təsərrufatı təyinatlı ayrıca yeraltı qurğular tikmək, lazım gəldikdə onları mühafizə üçün uyğunlaşdırmaqla;
- təhlükəli dövrdə kütləvi sürətdə sadə daldalanma yerləri düzəltməklə (tikməklə);
- hökümətin qərarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya əleyhinə daldalanacaqları tikməklə;
- bütün mülki müdafiə mühafizə qurğularını əhalinin dərhal daldalanması üçün texniki istismar hazırlığı halında saxlamaqla.
Əhaliyə şəxsi və koorperativ mülkiyyət formasında mühafizə qurğuları tikmək, tövsiyə edilir. Belə hallarda mülki müdafiə orqanları lazımi metodiki yardım göstərir. Mülkiyyət formasından asılı olmayaraq, bütün mövcud mülki müdafiə mühafizə qurğuları fondundan (sığınacaqlar və daldalanacaqlar) mülki müdafiə orqanlarının müəyyən etdiyi qaydalar üzrə təsərrufat, məişət və mədəni məqsədlər üçün istifadə edilə bilər, amma onların yenidən qurulmasına konstruksiyalarında dəyişikliyə icazə verilmir.
Fövqəladə hallar zamanı əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər kompleksinə mühəndis- mühafizə sistemi deyilir.
Sığınacaq – orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur.
Təyinatına görə sığınacaqlar kollektiv mühafizə vasitələridir və idarəetmə məntəqələrinin mühafizəsi üçün və əhalinin mühafizəsi üçün qurğulardır.
Mühafizə qurğularının konstruktiv planlaşdırma qərarları, qurğulara sülh və müharibə dövrlərində istifadə olunması şərtlərinə qoyulan tələblər “II-11-77 nömrəli tikinti və norma qaydaları” na (СНиП-II-11-77) və digər normativ sənədlərə müvafiq olaraq olaraq yerinə yetirilir. Sığınacaqlar:
Yerləşdirilməsinə görə:
- binadan ayrı tikilən qurğular;
- bina ilə birğə tikilən qurğular;

Binadan kənar tikilən sığınacaq


Bina ilə birlikdə tikilən sığınacaq

Tikilmə müddətlərinə görə:


- əvvəlcədən tikilən qurğular;
- teztikilən qurğular;
Yüklənən konstruksiyaların materiallarına görə.
- dəmir-beton konstruksiyalı qurğular;
- daş divarlı qurğular;
- meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular;
Sığınacaqlarda əsas və yardımçı təyinatlı otaqlar olur.
Əsas təyinatlı otaqlar:
-sığınma otaqları və əhalinin daldalanması və yerləşdirilməsi üçün bir iki və üç mərtəbəli taxtlar yerləşdirilən otaqlardır.
Sığınacaqlarda əsas və yardımçı təyinatlı otaqlar olur;
Əsas təyinatlı otaqlar;
-sığınma otaqları - əhalinin daldalanması və yerləşdirilməsi üçün bir iki və üç mərtəbəli taxtlar yerləşdirilən otaqlardır.
Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar qoyularkən hər adam üçün 0,5 kv.m, üçmərtəbəli taxtlar qoyularkən 0.4, bir mərtəbəli olduqda isə 0,6 kv. m . hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi 1,5 kub.m olmalıdır. Otaqların hündürlüyü 3,5 m-dən çox olmamalıdır. Hündürlük ən azı 1,85 m olmalıdır.
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45x0,45m, yuxarı mərtəbələrdə uzanma yeri isə 0.55x1,8 m.hesabı ilı müəyyən edilir. Sığınacaqların geniş sahəli otaqları 50-75 nəfərlik otaqlara bölünür. Sığınacaqlarda hər 500 adam üçün sahəsi 2kv.m. olan bir sanitariya qovşağı nəzərdə tutulur. Qəza və zədələnmə halları üçün sığınacaqdakı qablarda hər adam üçün sutkada 3 l hesabı ilə içməli su ehtiyatı nəzərdə tutulur.
. Otaqlarda daxili havanın həcmi 1,5 kub.m, hündürlüyü 3,5m-dən çox olmamalıdır. Hündürlük ən azı 1,85 m olmalıdır.
Mühafizə qurğularının hermetikliyini təmin etmək üçün xüsusi sıxıcı mexanizmlə təmin edilmiş polad qapılardan istifadə edilir. Qapılar sıxıcı qurğularla yanaşı onların kənar hissəsi qalın rezin məmulatı ilə əhatə edilir ki, mexanizm vasitəsi ilə çərçivəyə sıxılan qapı hermetikliyi tam etsin.
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45x0,45 metr, yuxarı mərtəbələrdə uzanma yeri isə 0.55x1,8 metr hesabı ilı müəyyən edilir. Sığınacaqların geniş sahəli otaqları 50-75 nəfərlik otaqlara bölünür. Sığınacaqlarda hər 500 adam üçün sahəsi 2kv.m. olan bir sanitariya qovşağı nəzərdə tutulur.
Qəza və zədələnmə halları üçün sığınacaqdakı qablarda hər adam üçün sutkada 3 litr hesabı ilə içməli su, 6 litr texniki su ehtiyatı nəzərdə tutulur.
Sığınacaqların hava təminatı sistemi əsasən 2 rejimdə işləyir. Bunlara tmiz havalandırma sistemi-yəni ətraf mühitdə heç bir zəhərləyici və radioaktiv maddələr olmzsa sadəcə hava çəkilərək sadə süzgəcdən keçərək sığınacağa verilməsi deməkdir.
Yanğın və partlayış təhlükəli obyektlərdə isə əsasən 3 rejimli sığınacaqlar inşa edilir. 3-cü rejimli sığınacaqlara oksigen balonları yeləşdirilir ki, ətraf mühitdə qatı tüstü və süzücü-uducu süzgəclərin zərərsizləşdirə bilmədiyi mddələr ətrafda olarsa bu zaman sığınacaq ətraf mühitdən izolə edilir və sığınanların oksigenlə təminatı oksigen balonları vasitəsi ilə təmin edilir.

İdarəetmə məntəqəsi- obyektin rəhbər heyətin və MM qərargahının yerləşməsi üçündür. İdarəetmə məntəqəsi sığınacaqlarda rəhbər heyət üçün yaradılır və müharibə dövründə rəhbər heyət tabeliyində olan struktura rəhbərlik etmək üçün yaradılır. Rəhbər heyətə fövqəladə hallar zamanı idarəetməni təmin etmək üçün bütün rabitə və informasiya və xəbərdarlıq sistemi sülh dövründə yəni qabaqcadan sığınacaqda hazırlanaraq daim işçi vəziyyətdə saxlanılması təmin edilir.


Sığınacaqda hazırlanmış idarəetmə məntəqəsi


Dövlət rəhbər heyəti üçün idarəetmə məntəqəsindən əlavə şəhrdən kənar (təqribən paytaxtdan 100-150 km məsafədə) idarəetmə məntəqəsi də tikilir. Belə məntəqə müharibə dörü öz fəaliyyətini davam etdirən dərəcəli obyektlərin ən böyük iş növbəsində 600 və bundan artıq adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur.


İdarəetmə məntəqəsində işləyən şəxslərin ümumi sayı ən çoxu 10 nəfər olur və hər adam üçün 2kv.m. sahə hesablanır. Bəzi iri müəssələrdə idarəetmə məntəqələrində işləyənlərin sayı 25 nəfərə qədər artırıla bilər.
Tibb məntəqəsi – sığınacaqda daldalanan adamlara ilk tibbi yardım göstərmək üçündür. Daldalanan adamların sayı 900-1200 nəfər olanda tibb məntəqəsinin sahəsi 9kv.m. müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər üçün tibb məntəqəsinin sahəsi 1kv.m. artırılır.
Mühafizə qurğusunun sənədləri
Mühafizə qurğusunda aşağıdakı sənədlər olmalıdır:
- mühafizə qurğusunun pasportu;
- mühafizə qurğusundan müharibə dövründə istifadə etmək üçün təlimat;
- mühafizə qurğusunun saxlanılmasına nəzarət jurnalı;
- mühafizə qurğusunun planı;
- mühafizə qurğusunda olan avadanlığın, alətlərin və əmlakın siyahısı;
- hava təminatının istismar sxemi;
- enerji təminatının istismar sxemi;
- su təminatının və kanalizasiya sisteminin istismar sxemi;
- dizel elektrik stansiyasına xidmət etmək üçün təlimat;
- süzücü-ventilyasiya avadanlığına xidmət etmək üçün təlimat;
- fərdi mühafizə vasitələrindən istifadə etmək üçün təlimat;
- mülki müdafiənin xəbərdarlıq siqnalları;
- mühafizə qurğusunda mikroiqlimin və havadakı qaz tərkibinin göstəricilərinin qeydiyyat jurnalı.
Radiasiya əleyhinə daldanacaqları (RƏD)
Radiasiyadan qoruyan daldalanacaqlar – daldalanan adamların, ərazidə radiaktiv zəhərlənmə zamanı ionlaşdırıcı şualanmadan, zərbə dalğasının zəif təsiri dairəsində isə həmçinin dağilan konstruksiyaların qırıntılarından mühafizəsini təmin edən qurğulardır.
Sığınacaqlarla müqayisədə radiasiya əleyhinə daldalanacaqlar (RƏD) daha geniş əhəmiyyətə malikdir. Onlar həm şəhərlərin ehtimal olunan zəif dağıntılar zonasındakı müəssisələrin iş növbələrindəki fəhlələrin, həm də kənd yerlərindəki və iri şəhərlərdən köçürülən müxtəlif əhali qruplarının mühafizəsi üçün nəzərdə tutulur.
Radiasiya əleyhinə daldalanacaqlar (RƏD) nüvə silahının zədələyici amillərindən olan nüfuzedici radiasiyanı, işıq şüalanmasını, radioaktiv şüalanmanı tam, zərbə dalğasının təsirini isə əhəmiyyətli dərəcədə zəiflətmək qabiliyyətində olan tikilidir. Sığınacaqlarda olduğu kimi RƏD də də hava təmizləyici qurğular, isitmə sistemi, su təminatı, rabitə əlaqələri, informasiya sistemləri quraşdırılır. Bu qurğular bəzən sülh dövründə əvvəlcədən inşa edilir, əsasən isə hər hansı fövqəladə və ya müharibə təhlükəsi yarandıqda tikilir.
RƏD üçün bir sıra tələblər mövcuddur. Onlar radiasiya səviyyəsinin lazımi dərəcədə zəiflətməsini (radiasiya səviyyəsinin 500-1000 dəfə azalması), kimyəvi təhlükəli obyektlərdə qəza vəziyyətində, müəyyən təbii fəlakətlərdə insanların həyatını xilas etməsini təmin etməlidirlər. Binaların hündürlüyü, bir qayda olaraq, 1,9 metrdən az olmamalıdır. Yeraltı sığınacaqları, zirzəmilərı və digər bənzər yerləri uyğunlaşdırarkən onların hündürlüyü 1,7 m-dək ola bilər. Böyük RƏD-lərdə iki ədəd giriş(çıxış) qapıları, kiçiklərdə isə (50 adama qədər tutumu olan) bir qapı quraşdırılmasına icazə verilir. Qapılar adi sadə qapılardan ibarət olmasına baxmayaraq onun kip bağlanması təmin edilməlidir. Sığınacaqlarda olduğu kimi ikimərtəbəli taxtlar (narlar) yrləşdirilmiş RƏD-də da hər adam başına norma üzrə 0,5 m2 sahə düşür.
RƏD-də havalandırma təbii və ya mexaniki üsulla təmin edir. Təbbi yolla havalandırma, quraşdırılmış hava boruları (bu zaman toz əlyhinə filtirlər də quraşdırılır) və ya tikinti zamanı inşa edilmiş hava şaxtaları ilə aparılır.
Su təchizatı - şəhər (rayon) su şəbəkəsindən. Şəhər (rayon) su təchizatı yoxdursa, adam başına gündə 2 litr həcmində içməli su tutumları quraşdırılır. İşıqlandırma şəhər (rayon) elektik şəbəkəsindən, qəza şəraitində isə akkumlyator batareyalarından istifadə etməklə həyata keçirilir.
Zirzəmilərin, binaların birinci mərtəbələrinin, yeraltı anbarların, tərəvəz dükanlarının və yeraltı məkanların RƏD kimi uyğunlaşdırılması üçün onların qoruyucu xüsusiyyətlərini, hermetikliyini və sadə havalandırma işlərini təmin etməkdən ibarətdir.
RƏD müəssələrin əsas və yardımçı binalarının, ictimai və yaşayış binalarının zirzəmi və yarımzirzımilərində, birinci mərtəbələrində, məktəb, kitabxana, kinoteatr, mədəniyyət evlərində, sanatoriyalarda, tərəvəz, ərzaq və .s ambarlarında yerləşdirilə bilər

Zirzəmilər.


Əhalinin fövqəladə hallar zamanı təhlükəsizliyini təmin etmək məqsədi ilə zirzəmi və digər dərinləşdirilmiş tikililərin sığınacaq səviyyəsinə qədər uyğunlaşdırılması sığınacaq fondunun artırılmasında böyük əhəmiyyət daşıyır.
Qoruyucu xüsusiyyətlərinə görə bu qurğuları uyğunlaşdırmaq üçün binaları seçərkən onların strukturlarının, qoruyucu xüsusiyyətlərinin, binaların tutumunun, habelə bina və qurğuların sanitar-texniki sistemlərinin layihə və tikinti normativ sənədlərin tələblərinə uyğunluğuna diqqət yetirilməlidir.
Zirzəmi və digər dərinləşdirilmiş tikililəri əhalini qorumaq üçün uyğunlaşdırarkən, konstruksiyalarının və arakəsmələrin radiasiya səviyyəsinə qarşı lazımi qoruyucu xüsusiyyətlərini təmin etməsi çox vacibdir.

Kütləvi qırğın silahlarından istifadə edilərkən əhali və mülki müdafiə qüvvələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM) və ya bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə qalmalı və xilasetmə işləri aparmalı olurlar. Kütləvi qırğın silahlarının təsirindən mühafizə məqsədilə əhalinin kollektiv mühafizə qurğularında yerləşdirilməsi və təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin