Мцщазиря 1: верилянлярин моделлярини мцяййян едян ясас компонентляр



Yüklə 0,64 Mb.
səhifə8/14
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#2139
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Bilik anlayışı

Bilik– insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir.

Biliklər bu günkü sistemlərin əsas elementlərindən biridir və başa düşülmə vasitəsi olaraq bu sistemlərin intellektual funksiyasını təmin edir. Ümumiyyətlə, bilik - öyrənmək vasitəsi kimi qəbul olunur. Bilik mühəndisliyi baxımından bilik formalizə edilmiş informasiyadır.

"Bilik" kəlməsi proqramlaşdırmada yaxşı məlum olan "verilən" kəlməsi ilə bağlıdır.



Verilənlər- predmet sahəsinin (ayrı-ayrı faktları) obyektlərini, proseslərini və gerçəkliklərini xarakterizə edən ayrı-ayrı faktlar, həmçinin onların jahətləridir.

Verilənlərə əsaslanan bilik emprik yolla alınır.



Bilik - praktiki fəaliyyət və professional təjrübə nətijəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.

Bilik- yaxşı strukturlaşdırılmış verilənlərdir, verilənlər barədə verilənlərdir və ya metaverilənlərdir.

Biliklərin saxlanılması üçün BB lazımdır. BB-istənilən intelektual sistemin əsasıdır.

Demək olar ki, biliklər getdikjə strukturu mürəkkəbləşən verilənlərin müəyyən dərəjədə inkişafından alınırlar. Əgər proqramlaşdırmanın başlanğıj mərhələlərində verilənlərin ölçü vahidi maşın sözləri idisə, sonradan onlar mürəkkəbləşməyə başladılar. Sərbəst sayda komponentlər vektoru, sərbəst ölçülü matrislər, müxtəlif strukturlu jədvəllər meydana çıxdı. Çətin təşkil olunmuş fayl sistemləri və siyahı strukturları meydana çıxdı. Nəhayət, abstrakt tipli verilənlər meydana gəldi.

Eyni zamanda başqa dəyişikliklər də baş verir. Ənənəvi təşkil olunmuş verilənlərdə mövjud olmayan yeni keyfiyyət xarakterli jəhətlər yarandı. Aşağıdakı dörd xüsusiyyət bilikləri səjiyyələndirən əsas jəhətlərdir:

1. Daxili interpretasiya: EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir. Adlar sisteminin olması sistemə onun yaddaşında olan biliklərin mənbəyini göstərir, daha doğrusu, nə yerləşdirildiyini "bilməyə" imkan verir və yaddaşda olan sorğulara javab vermək bajarığını təmin edir.

2. Strukturlaşma. İnformasiya vahidləri lazım olduqda bölünərək daha kiçik vahidlər və ya birləşərək daha böyük vahidlər ola bilərlər. Bu əməliyyatlar üçün elementlərin sinfə mənsubiyyət münasibətini və "jins-növ" (rodo-vidovie) münasibətini bilmək lazımdır. Hər bir bilik vahidi başqasının strukturuna daxil ola bilər və hər bir bilik vahidi elementlərə ayrıla bilər. Başqa sözlə, ayrı-ayrı bilik elementləri arasında "bütöv-hissə", "jins-növ", "element-sinif" kimi münasibətlərin sərbəst təyin olunması mümkün olmalıdır.

3. Bağlılıq. Gerçəkliyin semantik və proqmatik əlaqələrini əks etdirən bilik vahidləri arasında ən müxtəlif jür əlaqələrin təmin olunması imkanı mümkün olmalıdır. Məsələn, iki və ya daha çox bilik vahidi arasında eyni zamanda "səbəb-nətijə", "dost olmaq", "sevmək", "oxşar olmaq" əlaqələrini göstərmək olar. Daha sonra bağlılığı struktur funksional, anlayış, hal, səbəb kimi ayırmaq olar. Yəni bu əlaqələr çox müxtəlif ola bilərlər.




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin