Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə173/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   405
12.2. Butulkal

arın yuyulması və yoxlanması

 

ġərab  doldurulmazdan  əvvəl  butulkanın  yuyulması  vacib 

texnoloji  proseslərdəndir.  ġərabın  keyfiyyətini  saxlamaq  üçün 

butulkanın  lazımi  mikrobioloji  təmizlikdə  olması  mühüm  Ģərtdir. 

ĠĢlənmiĢ  butulkada  qalan  tıxac  izi,  ləkələr,  süzücü  materialın 

qırıntıları hazır məhsulun çıxdaĢ edilməsinə səbəb olur. 

Bioloji  baxımdan  davamsız  təbii  Ģərablar,  mikroorqanizmlərin 

iĢtirakı ilə qıcqırır və bulanır. Ona görə də boĢ butulkalar müxtəlif 

vasitələrlə sterilizə olunur. Butulkaların yuyulmasının səmərəliliyi, 

yuma  üsulundan  və  texnoloji  rejimdən,  butulkaların  çirklənmə 

səviyyəsindən təzə və ya iĢlənmiĢ olmasından asılıdır. 

Ġstehsala təzə butulkalar itkilərin yerini doldurmaq və həmçinin 

məhsul  buraxılıĢını  artırmaq  məqsədilə  daxil  edilir.  ġampan 

zavodlarında əsasən yüksək davamlı, təzə və az miqdarda 0,4 litrlik 

iĢlənmiĢ butulkalardan istifadə olunur. Təzə butulkalar iĢlənmiĢlərə 

nisbətən  az  çirklənmiĢ  olur.  Lakin  bununla  belə,  onların  daxili 

səthində  çox  vaxt  yapıĢıb  qalmıĢ  ĢüĢə  və  ĢüĢə  tozu  rast  gəlinir  ki, 

onları  adi  vasitə  və  üsullarla  təmizləmək  olmur.  Belə  butulkaya 

doldurulmuĢ Ģərabda (xüsusilə Ģampanda) nəzarət saxlanmasından 

sonra ĢüĢə qırıntıları tapılaraq həmin məhsulun çıxdaĢ olunmasına 

gətirib çıxarır. 

Peyno  üç  zavoda  buraxılmıĢ  butulka  partiyasından  (400  ədəd) 

istifadə  edərək  tədqiqat  aparmıĢ  və  müəyyən  etmiĢdir  ki,  onların 

30-40%-i  çirklənmiĢ  butulkalardır.  Peyno  təzə  butulkalarda  ĢüĢə 

qırıntıları da olduğunu müəyyən etmiĢ və istehsal olunduğu yerdən 

asılı  olaraq  39-60%  arasında  belə  çirklənmə  qeyd  etmiĢdir.Qeyd 

olunanları  nəzərə  alaraq  təzə  butulkaların  da  xüsusi  təmizlən-

məsinə nail olunmalıdır. 

ġərabçılıq sənayesində istifadə olunan butulkaların xeyli hissəsi 

ticarət  təĢkilatlarından  qayıdan  iĢlənmiĢ  butulkalardır.  Belə 

butulkalar  isə  həm  daxildən,  həm  də  xaricdən  çirkli  olmaqla, 

yuyulmadan  əvvəl  çirklənmə  səviyyəsinə  görə  sortlaĢdırılır.  Bitki, 

yaxud  mineral  yağlar,  kerosin,  sintetik  maddələr  və  s.  ilə 

çirklənmiĢ  butulkalar  –  çox  çirkli  qablar  kimi  qruplaĢdırılır.  Belə 




 

~ 253 ~ 


 

butulkaların  yuyulması  olduqca  çətin  olub,  çox  vaxt  onlar  çıxdaĢ 

edilirlər. 

Normal  çirklənmiĢ  qabların  daxili  səthində  tərkibinə  Ģəkər, 

ekstrakt  maddələri  və  üzvü  turĢular  daxil  olan  quru  Ģərab  qalığı 

ləkə  yaratmıĢ  olur.  Butulkanın  xarici  səthində  saxlanma  və  daĢın-

ma  Ģəraitindən  asılı  olaraq  toz,  ümumi  xarakterli  çirklənmədən 

əlavə,  yapıĢqanlanmamıĢ  etiket,  tıxaca  geydirilmiĢ  məftil  qalığı, 

yapıĢqan və s. təsadüf olunur. 

Butulkanın çirklənmə səviyyəsindən asılı olaraq, yuma üsulu və 

yuyulma  prosesinin  texnoloji  parametrləri  seçilir.  Belə  ki,  toz 

Ģəklində  az  çirkə  malik  təzə  qablar  üçün,  yuyulma  daxildən 

hidravlik  Ģprisləmə  və  xaricdən  yaxalama  ilə  məhdudlaĢdırılır. 

Normal  dərəcəli  çirklənmiĢ  qablarda  Ģprisləməyə  qədər,  daxildəki 

quru  maddələrin  qalığı  həll  edilməli,  xarici  səth  sabunla 

yuyulmalıdır.  

Çox  çirkli  qablar,  güclü  təsiredici  yuyucu  vasitələr,  bəzən  isə 

mexaniki  təsirlərlə  (fırça  ilə)  yuyulur.  Ümumiyyətlə,  yuma 

üsullarını iki qrupa bölmək olar: 

Mexaniki  üsul  -  isti  suyun  yuyucu  və  həlledici  xassələrinə 

əsaslanıb,  təzyiq  altında,  fırça  ilə  birlikdə  iĢləməklə  yuyulmadır. 

Az  məhsuldarlıq  (saatda  600  butulka)  tələb  olunan  yerlərdə 

əlveriĢlidir. 

QarıĢıq üsul - yüksək məhsuldarlıq təmin etmək üçün mexaniki 

təsirlərə  müxtəlif  (məhsulların)  kimyəvi  və  fiziki-kimyəvi  təsirlər 

əlavə 


olunur. 

Bu 


təmizlənmənin 

mexaniki 

səmərəsini 

yüksəltməklə, mikroorqanizmləri məhv edir.  

Butulkaları yumaq üçün müəyyən temperatura qədər qızdırılmıĢ 

qələvi  məhlulundan,  turĢu  və  müxtəlif  sintetik  maddələrdən 

istifadə  olunur.  Məhlulla  iĢlədikdən  sonra,  təmiz  su  ilə  yuyulma 

aparılır.  Yuyucu  vasitələr,  yuyulma  prosesini  tezləĢdirir  və  hətta 

bəzi məhlullar dezinfeksiyaedici təsirə malik olur.  

ġərabçılıq  sənayesində  natrium    və  kalsium  sodası  daha  geniĢ 

yayılmıĢdır.  Onlardan  hazırlanan  yuyucu  məhlulların  qatılığı  1,5-

3%  arasında  dəyiĢir.  ġərab  butulkalarını  2%-li  xlorid  və  5%-li 

sulfat turĢusu məhlulları ilə yuduqda nəticə olduqca səmərəli olur.  



 

~ 254 ~ 


 

Yeyinti  sənayesində sintetik, səthi fəal maddələrdən də istifadə 

olunur.  Bu  yuyucular,  ayrıca  və  yaxud  natrium  sodası  məhluluna 

əlavə  kimi  tətbiq  oluna  bilər.  Sonuncu  üsul,  mövcud  maĢınlarda 

iĢlənmiĢ  butulkaların  yuyulma  müddətini  qısaltmaqla,  maya 

dəyərini aĢağı salmıĢ olur. 

Butulka  yuyan  maĢınları  prosesdən  asılı  olaraq  iki  qrupa 

bölürlər:  Ģprisləmə  ilə  yuyan  maĢınlar;  isladıb  yumĢaldan  və 

sprisləmə ilə yuyan maĢınlar. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin