Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə181/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   405
12.4. Butulka 

üçün

 

tıxaclar

 

Tənqidlərə  baxmayaraq  təbii  (natural)  tıxaclar  Ģərabın 

bağlanmasında ən yaxĢı vasitə olmaqdadır. Malik olduğu üstünlük 

onun  çatıĢmazlığını  xeyli  üstələməsidir.  Əvvəla  o,  elastikidir, 

butulkanın  boğazındakı  istənilən  qeyri  bərabərliyə  uyğunlaĢır  və 

mayeni  axmağa  qoymur.  Onun  daxili  hissəsində  gərginlik  o 

dərəcədə  böyükdür  ki,  hətta  tıxacdan  butulkaya  hava  daxil  ola 

bilmir.  Digər  tərəfdən  tıxac  butulkanı  tıxac-qalpaq  yaxud  mantar-

tıxac kimi hermetik bağlaya bilmir. Məsamələrdən butulka və hava 

arasında mimumum hava mübadiləsi baĢ verir.  

Natural  tıxac  xırda  qapalı  məsamələrdən  ibarət  olub,  hava 

arakəsməsi  kimi  açılıb  –  yığılandır.  Bioloji  nöqteyi-nəzərdən 

söhbət ağacın məhv olmuĢ məsamələrindən gedir. Qabıq üzlükdən 

(ağac mumu), sellüloza və suberindən ibarətdir. Suberin özü tıxac 

substansiyası  olub,  yağ  sırası  turĢuları  və  mürəkkəb  efirlər  üçün 

keçilməzdir.  Məsamələr  yalnız  uzun  müddət  ərzində  daxilə  cüzi 

miqdarda  hava  buraxa  bilir  və  nə  qədər  ki,  onlar  öz  tamlığını 

saxlayır  (bu  isə  ən  azı  20-il  deməkdir)  bu  müddətdə  daxilə  hava 

keçmir.  Sonra  onlar  tədricən  parçalnır.  Ona  görə  də  ciddi 

istehsalçılar  25  ildən  sonra  köhnə  Ģərab  butulkalarında  tıxacları 

dəyiĢir və oraya tələb olunan miqdarda Ģərab əlavə edirlər. 

Tıxacın  hazırlanması  üçün  mantar  palıdından  istifadə  olunur 

(Ģəkil  12.4).  O,  yalnız  Aralıq  dənizi  ölkələrində  bitir  və  digər 

ağaclardan daha qalın tıxac qabığına malik olur.  

 



 

~ 265 ~ 


 

 

 



Şəkil 12.4. Portuqaliyada tıxac palıdından mantar tədarükü 

 

Cavan 20 illik ağaclar təqribən 15 kq, 50 illik ağaclar isə 45 kq 



tıxac verir. Tıxac təmizlənir və 6 aydan 24 aya qədər sakit saxlanır. 

Sonra  onu  qaynar  suda  biĢirərək  dezinfeksiya  edir  və  taninləri 

yuyurlar. Yalnız bundan sonra ondan butulka tıxacı kəsirlər.  

Mantar  tıxacların  müasir  sənaye  istehsalı  Ġspaniya  Kataloniya-

sında  meydana  gəlmiĢdir.  Hazırda  dünya  üzrə  əsas  istehsalçı 

Portuqaliyadır. Bu ölkədə tıxac palıdı plantasiyası altında 670 min 

hektar torpaq sahəsi vardır. Mantar tıxaclar həmçinin Ġspaniya (480 

min  ha.),  Əlcəzair  (394  min  ha.),  Marokko  (325  min  ha.),  Fransa 

(96800  ha),  Tunis  (94600  ha),  Ġtaliya  (95800  ha),  ABġ  və 

Yaponiyada istehsal olunur.  

Əkiləndən  yalnız 15 il sonra palıddan ilk mantar kəsilir. Lakin 

ilk  kəsim  tıxac  istehsalı  üçün  yararlı  olmur.  Yalnız  növbəti  qat 

istifadə  üçün  yararlı  olur  ki,  onun  da  yetiĢməsi  9  il  davam  edir. 

Mantar  palıdı  orta  hesabla  170  il  yaĢayır  və    köhnəldikcə  daha 

keyfiyyətli  xammal  verir.  Mantar  tıxacın  keyfiyyəti  Ģərab 

istehsalında  çox  vacib  əhəmiyyətə  malikdir.  Xüsusi  maĢınlar 

tıxacları vahid səthə düĢən məsamələrin sayına görə qruplara ayırır 

və  baĢdan-  baĢa  açıq  məsaməli  olanları  çıxdaĢ  edir.  Daha  yüksək 




 

~ 266 ~ 


 

keyfiyyətli tıxaclar təbii adlandırılır və dünyanın ən yaxĢı Ģərabları 

üçün  istifadə  olunur  (Ģəkil  12.5).  Qalan  tıxaclar  tıxac  tozu  ilə 

iĢlənir. 

 

 

Mantar  tıxaclar  istehsalı  kifayət  qədər  uzun  prosesdir. 



Ağaclardan  mantarı  iyul-avqustda  kəsir  və  qurutmaq  üçün  6-7  ay 

saxlayırlar. Sonra mütəxəsislər tıxac üçün yararlı mantarı ayırır və 

onu  1  saat  müddətində  biĢirirlər.  BiĢmiĢ  mantarı  tıxac  hazırlayan 

çarxlara  verirlər.  SortlaĢdırır,  yuyur,  və  dezinfeksiya  edirlər, 

tıxaclar  doldurmadan  əvvəl  qaynar  suya  batırılır,  Ģərabda  spirtdə, 

yaxud  konyakda  yuyulur.  Butulka  bağlandıqdan  sonra  elə  yığılır 

ki,  (yanı  üstə) Ģərab tıxacın  bütün  daxili  hissəsini örtsün. Butulka 

belə  vəziyyətdə  illərlə  saxlana  bilər.  Tıxacla  Ģərabın  qarĢılıqlı 




 

~ 267 ~ 


 

təsirindən  çox  Ģey  asılıdır.  Əgər  tıxac  tutqunlĢır,  quruyur  və 

xallarla  örtülürsə  deməli  Ģərabı  daha  saxlamaq  və  xüsusilə  də 

içmək olmaz.  

Natural  tıxacların  çatıĢmazlığı  onların  baha  və  qüsurlu  ola 

bilməsindədir.  Ġkinci  halda  tıxaclar  Ģərabın  iyini,  çox  hallarda  isə 

dadını  pisləĢdirir.  Ġctimai  iaĢə  müəssələrində  qonaqlar  belə 

Ģərablardan imtina edə bilərlər. ġərab ticarətçiləri isə ―xəstə‖ Ģərabı 

qutuda 3 və daha çox butulka bu vəziyyətdə olmadığı halda dəyiĢə 

bilmirlər. Hazırda 5% tıxacın qüsurlu olmasına yol verilir. Təəssüf 

ki,  belə  qüsurlar  xaricdən  bilinmir.  ġərabın  iyi  dəyiĢir  və  acı-

çürümüĢ iy meyvə ətrini üstələyir. Tıxacın aĢağı hissəsindən həmin 

iy  Ģəraba  keçir.  ġərabçı  tıxac  qüsuruna  qarĢı  demək  olar  ki, 

gücsüzdür. 

Tıxac  dadının  meydana  gəlməsinə  səbəb  Armillaria  mellea 

göbələyidir.  Bu  mantar  tıxacı  ağacında  əmələ  gələrək  məsamələri 

dağıdır.  Lakin  müasir  tədqiqatlarla  müəyyən  olunmuĢdur  ki,  xoĢa 

gəlməz iyin səbəbi, həmçinin Ģərab zirzəmilərində olan göbələklər 

və baktyeriyalardır. Onlar artıq bağlanmıĢ və  yetiĢməyən Ģərabları 

yoluxdura bilir.  

Tıxacların  ən  yaxĢısı  və dəyərlisi bütöv  tıxaclardır. Onlar daha 

yüksək elastiklik və uzun ömürlülük təminatı verir. Çox saylı xırda 

hissəciklərdən  yapıĢdırılmıĢ  yaxud  qalıqlardan  sıxılaraq  yığılmıĢ 

tıxaclar  bərk  olur  və  sadə  Ģərablar  üçün  istifadə  olunur  (Ģampan 

Ģərabları istisna olunmaqla).  

Butulkalarda Ģərab istehsalının ilbəil artması ilə əlaqədar olaraq 

istifadə olunan palıd tıxacı tükənmək üzrədir. Bu ona gətirib çıxarır 

ki, tıxac istehsalçıları pis, yaxud da aĢağı keyfiyyətli mantarı ciddi 

sortlaĢdırmırlar. Nəticədə ―xəstə‖ tıxacların və buna uyğun olaraq 

Ģərabların miqdarı yüksəlmiĢ olur.  

Təbii  tıxac  dənəvərlərinin  xüsusi  yapıĢqanla  yapıĢqanlanma-

sından  hazırlanan  ―aqlomerirovanlaĢdırılmıĢ‖  tıxaclar  da  vardır. 

Dünyada  istehsal  olunan  Ģərabların  3%-dən  çoxu  tıxacla  bağlı 

meydana  çıxan  problemlərlə  əlaqədar  olaraq  çıxdaĢ  edilir.  Elit 

Ģərabların  bağlanması  üçün  olan  tıxaclar  aqlomerirovanlaĢdırıl-

mıĢdan  5  dəfə  artıq  qiymətə  baĢa  gəlir  və  lazım  olan  keyfiyyəti 




 

~ 268 ~ 


 

təmin  edə  bilmir.  Ona  görə  də  (xüsusilə  də  20  ABġ  dolları 

dəyərində  olan  Ģərablar  üçün),  yüksək  texnoloji  materiallardan 

hazırlanan  süni  tıxaclar  daha  çox  tətbiq  olunur.  Onlar  bir  sıra 

Ģübhə  doğurmayan  rəqabət  üstünlüklərinə  malik  olub  (axıtmır, 

qurumur,  Ģəraba  kənar  iy  vermir,  qəlpələnmir),  Avstraliya,  ÇAR, 

Bolqarıstan, Çili və bir çox digər ölkələrdə istifadə olunur. 2000-ci 

ildə  nüfuzlu  Wine  Spectaror  jurnalının  ənənəvi  sorğusunda  iĢtirak 

edənlər-  mantar  tıxacdan  sintetikə  keçmək  lazımdırmı?  sualını 

cavablandıran  zaman-  onların  səsi  təcrübi  olaraq  2  yerə 

bölünmüĢdü.  Sintetik  tıxacların  artan  populyarlığı  göz  qabağın-

dadır.  Bunu  bir  çox  faktlar  təsdiq  edir.  Belə  ki,  dünyanın  məĢhur 

Ģirkətlərindən  olan  Supreme  Corq  2001-ci  ildə  müxtəlif  ölkələrin 

600  Ģərab  zavodu  üçün  100  mln,  Amerikanın  Neocorq 

Technologies  Ģirkəti  -  ABġ  müĢtəriləri  üçün  100  mln,  Numorock 

isə  -  xarici  tərəfdaĢlarına  400  mln-dən  çox  sintetik  tıxac  istehsal 

etmiĢdir.  Bəzi  məlumatlara  görə  ABġ-da  buraxılan  Ģərabların 

təqribən  8  %-i,  digər  Ģərab  istehsalçı  ölkələrdə  isə  4  %-i  sintetik 

tıxaclarladır.  

Hazırda  yüksək  təzyiqli  polietilendən  və  digər  polimer 

materiallarından hazırlanan tıxaclar geniĢ yayılmıĢlar.  

Ordinar  Ģərabları  və  tiraj  qarıĢığı  doldurulmuĢ  Ģampan 

butulkasını  hermetik  altlıq  və  metal  qalpaqdan  ibarət  olan  tıxacla 

bağlamağa  icazə  verilir.  Altlıq  material  kimi  mantar  tıxacdan, 

yaxud  polimer  materialından  və  altlıqlı  metal  qalpaqdan  ibarət 

tıxacdan  istifadə  olunur.  Ġstifadə  etməzdən  əvvəl,  onları  su  ilə 

yuyur,  0,5  faizli  sulfit  turĢusu  ilə  dezinfikeksiya  edirlər.  Markalı 

Ģərablar  ağac  və  polietilen  tıxaclarla,  metal  qalpaqlarla  bağlanır. 

Ordinar  Ģərablar  ağac  və  polietilen  tıxaclarla,  «Alka»  tipli 

alüminium  qalpaqla  bağlanır.  Ordinar  tünd  və  ətirləĢdirilmiĢ 

Ģərabları mantar-tıxaclarla bağlamağa icazə verilir (Ģəkil 12.6).  

 



 

~ 269 ~ 


 

    


 

         

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin