Мцяллифдян


Şərabların  soyuq  steril  doldurulması



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə180/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   405
Şərabların  soyuq  steril  doldurulması  –  bütün  dünyada 


 

~ 259 ~ 


 

sınaqdan  keçən  və  geniĢ  tətbiq  olunan  üsuldur.Soyuq  doldurma 

üsulu  bir  neçə  mərhələdən  ibarət  olub,  onun  hər  hansı  birinin 

pozulması son məhsulun sterilliyiniin  və beləliklə də son nəticənin 

itməsinə səbəb olur. 

I mərhələ - üzümün seçilməsi; 

II  mərhələ  -  Ģərab  materiallarının  emalı,  iĢlənməsi  və 

saxlanması; 

III mərhələ - steril filtirasiya; 

IV  mərhələ  -  xüsusi  avadanlıqlarda  butulkanın  iĢlənməsi,  steril 

doldurma,  bağlanmanı  əhatə  edən  məxsusi  soyuq  ―steril‖ 

doldurma.   

 ĠĢin  prinsipial  sxemi  istehsal  xərclərinin  azaldılmasına, 

Ģərabların  əvvəlcədən  ciddi  Ģəkildə  soyuq  halda  orta  kizelqur 

yaxud filtr kardondan filtirasiyasını (bulanlıq yaradan kolloidlər az 

hərəkətli  və  iri  hissəciklərdir),  doldurulmazdan  əvvəl  18-20

0

C-yə 


qədər  qızdırılmasını  nəzərdə  tutur.  Soyuq  vəziyyətdə  Ģərabın 

filrasiyası Ģərab daĢı stabilləĢdirilməsindən sonra və ya eyni vaxtda 

aparıla bilər.  

Sonuncu  filtrasiyadan  sonra  doldurmaq  üçün  tam  hazır  olan 

Ģərab tutumlarda qısa müddətli saxlanır. Sonra ən azı 2 mərhələdən 

ibarət  olan  sonuncu  filtrasiya  aparılır.  BaĢqa  sözlə,  əvvəlcədən 

filrasiya  yaxud  cansızlaĢdırıcı  filtr  kardondan  və  membran  patron 

kartriclərdən keçirilməklə filtrasiya olunur.  

Süzücü  kartric  membranlarla  (Ģamlarla)  filtrasiya  tamamilə  və 

təminatlı  Ģəkildə  zərərli  mikroorqanizmlərin  Ģərabdan  kənarlaĢ-

dırılmasına zəmin yaradır (Ģəkil 12.2). Adətən ağ Ģərablar məsamə-

lərinin  diametri  0,45  mkm,  qırmızı  Ģərablar  0,65  mkm  olan 

membran Ģamlardan keçirilməklə filtrasiya edilir. 0,65 mkm məsa-

məli  membranlar  əsasən  mayaların  tamamilə  kənarlaĢdırılmasına, 

0,45  mkm  məsaməli  membranlar  isə  yüksək  bakteriya  yoluxma-

sının filtrasiyası üçün nəzərdə tutulur.  




 

~ 260 ~ 


 

   


 

 

Şəkil 12.2.  Süzücü membran şamları 

 

ġərab  materiallarının  saxlanma  müddəti  baĢa  çatdıqdan  və  o, 



tələb  olunan  emal  üsullarına  məruz  qoyulduqdan  sonra 

doldurulmaya verilə bilər (Ģəkil 12.3).  

 

 

 



Şəkil 12.3. Şərabların soyuq steril doldurulmasının təqribi sxemi 

 1-süzgəc;  2-steril  bina  (təqribən  4x6  m  ölçüdə);  3-ultrabənöv-

şəyi şüa mənbəyi; 4-təzyiq rezervuarları; 5-şərabın isti və soyuq-

la işlənməsini təmin edən pasterizator; 6, 7, 8-gözcüklərinin dia-

metri  müxtəlif  olan  süzgəclər;  9-butulkanın  steril  şəraitdə  SO

2

 

məhlulu  və  qazla  işlənməsit;  10-butulkaların  təmizlənməsi;  11-

doldurma; 12-tıxacı steril şəraitdə ötürən qurğu 

 


 

~ 261 ~ 


 

Doldurulma prosesinə verilən Ģərab sonuncu dəfə süzülür (1) və 

steril  binada  (2)  yerləĢən  təzyiq  rezervuarlarına  (4)  ötürülür.  Bina 

ultrabənövĢəyi  Ģüalandırma  mənbəyindən  (3)  istifadə  edilməklə 

steril  vəziyyətə  gətirilir.  Təzyiq  rezervuarından  Ģərab  avtomat 

pasterizatora (5) ötürülür. Əgər Ģərab isti doldurulacaqdırsa, burada 

48-50

0

C-yə  qədər  qızdırılaraq  sonrakı  proseslərə  verilir.  Soyuq 



doldurma  aparılacaqsa,  temperatur  20

0

C-yə  yaxın  nizamlanır. 



Sonra Ģərab dərin süzülməni təmin edən və məsamələrinin diametri 

0,8 mkm  (6), 0,6 mkm  (7) və 0,22 mkm  olan süzgəclərə ötürülür. 

Göründüyü  kimi,  sona  doğru  getdikcə  süzgəclərin  gözcüklərinin 

diametri  də  kiçilir  və  beləliklə  mikroorqanizmlərin  bütünlüklə 

mühitdən  ayrılması  təmin  olunur.  Sonra  Ģərab  qapalı  Ģəkildə 

doldurulmaya  (11)  ötürülür.  Doldurulmadan  əvvəl  butulkalar 

yuyulmaq və tam steril vəziyyətə gətirilmək üçün xəttə (9) verilir, 

maye və qaz SO

2

 ilə iĢlənir, təmizləndikdən (10) sonra duruldulma 



üçün  (11)  ötürülür.  Tıxac  steril  Ģəkildə  xüsusi  qurğunun  (12) 

köməyi ilə xəttə (11) ötürülür.  

Qeyd olunan xəttin üstünlüyü həm isti, həm də soyuq doldurma 

yolu  ilə  steril  Ģərab  alınmasını  təmin  etməsidir.  Bu  yolla 

doldurulan  Ģərablar  uzunmüddətli  stabilliyi  ilə  digər  Ģərablardan 

fərqlənir.  Ölkəmizdə  istehsal  olunan  Ģirə  və  Ģərab  məhsullarının 

dünya  bazarına  çıxarılmasında  belə  üsulların  tətbiqi  əsaslı  rol 

oynayacaqdır.  

ġərabın  filtirasiyaya  yaxĢı  hazırlanması  ilə  yanaĢı,  filtr 

sistemlərinin  xidmət  müddətini  uzatmaq  üçün,  doldurulmadan 

əvvəl onların bərpası və bunun düzgün aparılması vacibdir. Bərpa 

edilən  filtrin  və  membranın  səthinin  buğ  və  təmizləyici  məhlulla 

çirklənməməsi üçün filtrə uyğun xidmət qurulmalıdır. Çünki ilk və 

son  filtrasiyanın  katrici  yalnız  qaynar  su  ilə  iĢlənməyə  deyil, 

həmçinin  kimyəvi  bərpa  olunmaya  da  məruz  qoyulmalıdır. 

Filtrasiya qurğusunu katriclə planlaĢdırdıqda müəsissədə istehsalat 

Ģəraitini  nəzərə  almaq  lazımdır:  Ģərabın  aĢağı  axın  sürətində 

katricin xidmət müddəti artmıĢ olur.  

ġərabı soyuq doldurulmaya verməzdən əvvəl doldurma sexinin 

bütün avadanlıqları, istifadə olunan köməkçi materiallar, maĢın və 




 

~ 262 ~ 


 

cihazlar  istehsalat  gigiyenasının  metodları  ilə  müasir  tələblərə  

uyğunlaĢdırılmalıdır.  

Mikrobioloji  qeyri  stabillik  üçün  daha  böyük  təhlükəni  qalıq 

Ģəkərli  Ģərablar  törədir.  Sona  qədər  qıcqırmanın  baĢlanması  üçün 

nəzəri  olaraq  butulkada  bir,  təcrübi  olaraq  isə  5-10  maya 

hüceyrəsinin olması lazımdır. KəmturĢ, kəmĢirin və Ģirin Ģərablara 

mikrobioloji  stabillik  vermək  üçün  onlara  sorbin  turĢusu,  yaxud 

onun kalium duzu əlavə edilir.  

Mikroorqanizmlərin  çoxalmasının  qarĢısını  alan  amil  rolunu 

sərbəst sulfit turĢusunun miqdarı oynayıb, Ģəraba təzəlik və canlılıq 

verir. Rusiyanın müasir tələblərinə görə stabil Ģərablar istehsalında 

bu komponentin maksimum dozası 20 mq, AB ölkələrinə  görə isə 

40-50 mq təĢkil edir.  

Hazırda  bütün  dünyada  doldurulmazdan  əvvəl  saxlanma 

prosesində  karbon  qazını  müəyyən  qədər  itirmiĢ  Ģərablara  təzəliyi 

saxlamaq  və  boğaza  yığılan  hava  ilə  oksidləĢmədən  mühafizə 

etmək üçün karbon qazı vurulur. Soyuq steril doldurulmadan əvvəl 

filtr  və  doldurma  xəttini  0,5-1  bar  aĢağı  təzyiqli  buğla  (filtrin 

çıxıĢında  minimum  105

0

C  temperaturda)  sterilizə  etmək  lazımdır. 



Çox hallarda son  filtr və doldurma xətti eyni vaxtda sterilizə olu-

nur.  Paslanmayan  poladdan  olan  boru  ötürücüləri  və  cihazlar 

möhkəm  yuyulur  və sterilizə edilir.  Qaynaq  yerləri  yaxĢı sürtülüb 

hamarlanır  və  möhkəmləndirilir.  Köhnə  Ģlanqlar,  arakəsmələr  və 

plasmas  hissəciklərlə  problemlər  yarana  bilir:  rezin  çatlarında 

mikroorqanizmlər toplanır, Ģlanq və bərkidicilər arasında yığıntılar 

əmələ  gəlir.  Plasmas  hissələri  müntəzəm  dəyiĢilməlidir  (məsələn, 

doldurma və bağlanma blokunda yoluxma xüsusilə təhlükəlidir). 

Təzə 

butulkalar 



adətən 

etibarlı 

saxlanma 

zamanı 


mikroorqanizmlərlə  yoluxmur.  Orta  yaxud  böyük  olmayan 

müəssisələrdə  Ģərabı  doldurmazdan  əvvəl  butulkaları  vannalarda, 

yaxud sirkulyasiyalı sterilizatorlarda (SO

2

-nin sulu məhlulu, yaxud 



hidrogen  peroksid  doldurulur)  dezinfeksiya  etmək  olar.  Bu 

məqsədlə ozon generatorlarından istifadə etmək məqsədəuyğundur. 

Ġri  müəssisələrdə  ən  müasir  tələblərə  cavab  verən  buğ 

sterilizatorları  tətbiq  oluna  bilər.  Lakin  onların  çox  baha  olması 




 

~ 263 ~ 


 

qeyd olunmalıdır.  

Qablardan  təkrar  istifadə  yoluxma  mənbəyi ola  bilər.  Ona  görə 

də  onun  doldurulmaya  hazırlanması  kimyəvi,  qaynar  və  nəzarət 

dezinfeksiyalarını əhatə edir.  

Yoluxma  təhlükəsini  tıxaclar  da  törədə  bilər.  Onları  müsbət 

temperaturda  və  havanın  50%  nisbi  rütubətində  qapalı  Ģəkildə 

saxlamaq tələb olunur.  

ġərab  doldurmaq  üçün  qurğu  təmiz,  imkan  daxilində  asan 

təmizlənə bilən olmalı, ayrıca binada  yerləĢdirilməlidir. Doldurma 

sexinin  döĢəmə  və  divarlarında  çatlar  olmamalıdır.  Butulka 

sterilizatorundan  doldurma  aparatına  qədər  olan  yol  imkan 

daxilində qısa olmalıdır.  

Mikrobioloji nöqteyi-nəzərdən turĢ Ģərablar az problem yaradır. 

Qalıq Ģəkərə malik Ģərablar xüsusilə də pH göstəricisi yüksək olan 

hallarda  mikrobioloji  dəyiĢikliklərə  çox  meyilli  olur.  Təhlükə 

ondan  ibarətdir  ki,  Ģərabın  doldurulmasında  yol  verilən 

mikrobioloji  səhvlər  yalnız  bir  yaxud  bir  neçə  aydan  sonra  özünü 

biruzə verir və onlar sərbəst SO

2

-nin miqdarı az olan hallarda daha 



çox  meydana  çıxır.  Sulfit  turĢusu  tam  udulduqdan  sonra  qalan 

yaxud  yenidən  butulkaya  düĢən  mikroorqanizmlər  inkiĢaf  etməyə 

baĢlayır. MəĢhur Ģərabçılıq ölkələrində istehsalın son mərhələsində 

mikrobioloji  tədqiqatlar  üçün  membran  filtrlərdən  istifadə 

olunduqda  aĢağıdakı  mərhələlər  üzrə  mikrobioloji  analizlər 

aparılır: 

 

ġərabın emalından sonra onun saxlanmasında və davam edən 



yetiĢdirmədə  (mikroorqanizmlərin  filtrləmə  yolu  ilə 

fraksiyalara ayrılması ilə nəzarət olunmalıdır); 

 

Qıcqırmadan sonra doldurmaya qədər bütün qablarda; 



 

Ötürücü borularda və Ģlanqlarda (rezin borular); 



 

Son filtrasiyadan sonra qablarda; 



 

TəmizlənmiĢ butulkalarda və sterilizədən sonra butulkalarda; 



 

Doldurma klapanlarında; 



 

Doldurmanın vakuum aparatında, təzyiq yaratmaq və karbon 



qazı vurmaq üçün sıxılmıĢ qaz əlavə edənlə birgə; 


 

~ 264 ~ 


 

 



Bağlanmada və tıxac üçün qablarda; 

 



Hazır məhsul üzərində. 

Adətən  soyuq  doldurma  ağ  təbii  Ģərabların,  isti  doldurma  isə 

qırmızı təbii Ģərabların  doldurulmasında istifadə olunur.  

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin