M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə70/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   66   67   68   69   70   71   72   73   ...   76
İAK.Kitab.son

Nümunə:
Arayış
Verilir Ağayev Hüseyn Qalib oğluna ona görə ki, həqiqətən o, Bakı Dövlət Universiteti “Hüquq” fakültəsinin ikinci kursunda oxuyur. Arayış Qusar rayon Hərbi Komissarlığına təqdim etmək üçün verilir.
BDU-nun rektoru: (imza) E.S.B.
“Hüquq” fakültəsinin dekanı:(imza) Z.H.Ə.


ƏMR
"Əmr" sözü ərəb mənşəli olub iş, sərəncam mənasındadır, bir işin görülməsi üçün verilən hökm, göstərişdir. Bu əməli yazı forması idarə, müəssisə, təşkilat və s. rəhbərinin rəsmi sərəncamıdır.
Əmr müəssisənin xüsusi əmr blankında çap olunur. Vərəqin birinci sətrində əmr verən müəssisənin adı göstərilir. İkinci sətirdə böyük hərflə "Əmr" sözü yazılır. üçüncu sətirdə sol tərəfdən əmrin verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd edilir. Altında aşağıdan əmrin verilmə səbəbi və ya məqsədi açıqlanır. Ondan aşağıdakı sətirdə vərəqin ortasında "əmr edirəm" sözləri gəlir. Sonra əmrin məzmunu verilir. Əmrin aşağı hissəsində əmrin əsası yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və atasının adlarının baş hərfləri və soyadı göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayanın və əmri verməyə razılığı olan şəxsin imzası qeyd edilir. Əmrin icrası ilə bağlı qurumlara göndərilməsi haqqında göstəriş olur.
İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə qəbul etmə, işdən xaric etmə, müəyyən iş tapşırma, komissiya yaratma, tədbir keçirmə və s. kimi əmrlər vardır.
Nümunə:
Əmr

10 sentyabr 2017-ci il Bakı şəhəri, №20


Rüstəmov Vahid Əli oğlu hərbi xidmətini başa vurduğuna görə "İqtisadiyyat" şöbəsinin “Mühasibat uçotu” ixtisasının II kursuna bərpa edilsin.


Əsas: Tələbənin təqdim etdiyi arayış və ərizəsi.
Direktor: (imza) A.A.S
Əmri hazırladı:
Şöbə müdiri: (imza) A.A.S.


ƏRİZƏ
"Ərizə" ərəbcə "ərz" sözündən olub "bir şey bildirmə", "şikayət etmə", "xahiş" mənalarında işlənir. Məzmununa görə ərizənin iki növünə təsadüf olunur:
1. Şikayət xarakterli ərizə
2. Xahiş məqsədilə yazılan ərizə
Ərizələr müxtəlif məzmunlu olsa da, formaca eynidir. Ərizənin yazılış forması belədir:
1. Ərizə vərəqin sol tərəfindən 4-5 sm yer buraxılmaqla ortadan yazılır. Nisbətən sağda, abzasdan böyük hərflə təşkilatın adı və ya müraciət edilən şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş hərfləri və soyadı yönlük halda qeyd olunur;
2. Sonrakı sətirdə abzasdan ərizə verən öz kimliyini, adını və soyadını bütövlükdə çıxışlıq halda göstərir;
3. Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.
4. Təzə sətirdən, abzasdan qısa, aydın və məzmunlu şəkildə ərizəçinin istəyi, fikri şərh olunur;
5. Ərizənin sonunda ərizəçi şəxsi imzasını qoyur, aşağıdan sol tərəfdən ərizənin yazılma tarixini (gün, ay və ili) göstərir.


Nümunə:
Azərbaycan Dillər Universitetinin rektoru
prof. S.İ.Seyidova
İngilis dili və Regionşünaslıq faküləsinin I kurs
tələbəsi Məmmədov Əli Məmməd oğlu tərəfindən


Ərizə
Masallı rayonunda atam xəstədir. Ona baş çəkmək üçün mənə üç günlüyə (24-26 fevral) icazə verməyinizi xahiş edirəm.
İmza: Məmmədov Ə.M.
Tarix: 22.02.2021.



Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin