M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə1/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
  1   2   3   4   5   6   7   8   9   ...   76
İAK.Kitab.son


M.Ə.Nağıyeva
M.K.Zamanova
A.S.Zamanova
R.E.Haqverdiyeva



AZƏRBAYCAN DİLİNDƏ
İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA

GİRİŞ
Dilin əsas vəzifəsi kommmunikativlikdir.İnsan kommunikasiya(ünsiyyət) prosesində dil vasitəsilə yalnız informasiya mübadiləsi etmir, eyni zamanda fikirləşir, onu əhatə edən təbiətin, varlığın sirlərini dərk edir.Bu dilin kommunikativ vəzifəsidir.Həmin vəzifə başlıca olub, dilin varlığını təyin edir.Kommunikativ vəzifənin rolu o dərəcədə böyükdür ki, dilin yaranması və inkişafı bu vəzifə ilə müəyyənləşdirilir.Alimlərin müəyyən etdiklərinə görə, insanın bütün vaxtının 70 faizini ünsiyyət təşkil edir.Kommunikativ proses sadəcə olaraq “məlumatların ötürülməsi” olmayıb, həmin məlumatların fəal mübadiləsidir.
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisində başlıca məqsəd, tələbələrdə müxtəlif mövzulara aid akademik mətnlər tərtib etmək, təqdimatlar hazırlamaq, şəxsi fikir və mülahizələrini yürütmək, fənlə bağlı kompentesiyalar(bilik,bacarıq,vərdişlər)inkişafetdirməkdir.Fənnin mənimsənilməsi ilə tələbələr işgüzar ünisiyyət və akademik yazı tələblərini öyrənmək bacarıqlarına sahib olacaq, nitq texnikasının komponentləri- sözlərin sənətkarlıq və ustalıqla tələffüz edilməsi, akademik yazının xüsusiyyətləri və növləri, onlardan istifadə etmə bacarıqları formalaşacaq.
Fənnin xarakteri. “ Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni özündə həm işgüzar kommunikasiyanı, həm də akademik kommunikasiyanı birləşdirir.İşgüzar və akademik kommunikasiya ünsiyyət sahəsində elmi-nəzəri, metodoloji və praktik materialları ümumiləşdirir, müasir mütəxəssislərin verbal və qeyri-verbal fenomeninə yazılı və şifahi nitq səriştəsinə istiqamət verir.
Kommunikasiya vasitələrinin inkişafı böyük biznesin yaranması, qloballaşma ilə sıx bağlıdır.Cəmiyyətin həyatında yeni texniki vasitələrin meydana gəlməsi ilə işgü- zar kommunikasiyanın rolunun radikal dəyişməsi bu proseslərin bütün aspektlə -rində elmi tədqiqatlara da yol açır.XX əsrin II yarısından başlayaraq bu və ya digər elmi fənn çərçivəsində və səlahiyyətləri hüdudunda kommunikasiyanın nəzəriyyəsi işlənməyə, formalaşmağa, sosial-maddi sistemin ən müxtəlif sahələrində elmi sta-tus almağa başladı.Kommunikasiya bir çox elmləri orqanik şəkildə özündə birləş-dirdi, müasir elmi biliyin kompleks və fənlərarası sahəsi kimi öz təsdiqini tapdı.
Fənnin məqsədi.Fənnin əsas məqsədi müasir Azərbaycan dilində işgüzar və akademik kommunikasiyanı , qloballaşma şəraitində Azərbaycan dili və ona göstərilən dövlət qayğısı ilə bağlı məlumatlara yiyələnmək, kommunikasiyanın forma və funksiyaları, səviyyələri barədə biliklərə sahib müasir tələblər səviyyəsində öyrənmək, kommunikativ ritorikanın nədən ibarət olduğunu, ədəbi dilin üslublarını, normalarını, aktiv və passiv leksikasını bilmək, rabitə və kommunikativ strategiyanı, yaradıcılıq texnologiyalarını mənimsəmək, diqqət, dinləmə, onun formaları və mədəniyyətinin kommunikasiya növü kimi mahiyyətini öyrənmək , danışıq etikası və müraciət etiketləri barədə məlumatlara yiyələnmək, işgüzar ünsiyyətdə məktubların elektron və onlayn kommunikasiyaları barədə bilikləri zənginləşdirmək, orfoqraiya və orfoepiya qaydalarına əməl olunmasınin mahiyyətini öyrənmək ,ictimai həyatda səmərəli davranışları, şifahi və yazılı ünsiyyət vərdişlərini formalaşdırmaq, mənimsətmək, bütün işgüszar resuslardan istifadə etməklə ümumi nitq mədəniyyətini yüksəltməkdir.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin