M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə2/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   2   3   4   5   6   7   8   9   ...   76
İAK.Kitab.son

Fənnin vəzifələri. İşgüzar və akademik kommunikasiyanın vəzifəsi peşəkar fəaliyyətdə uğurlu rəqabət üçün zəruri olan dil vasitələrindən sərbəst və qrammatik cəhətdən savadlı istifadə etmək, elmi bilikləri tətbiq etmək, müxtəlif informasiya mübadiləsi aparmaq üçün kommunikativ səriştəliliyi formalaşdırmaqdır.Dərslikdə qoyulan əsas məsələ təhsil alanları ixtisasını sosial əhəmiyyətini, həyatını həsr edəcəyi peşəsinin məsuliyyətini dərindən dərk etməyə yönəltməkdir.
Fənnin tələbləri. Müasir təhsil ənənvi təhsildən əhəmiyyətli dərəcədə fərqlənir, ən mühüm tələbləri tələbələrin problemlərin müstəqil həllini tapmağa həvəsləndirmək, onları yaradıcılıq prosesinə cəlb etmək, bilavasitə tədris prosesində innovativ metodları stimullaşdırmaq, işgüzar və akademmik kommunikasiyada Azərbaycan dilinin rolu haqqında təsəvvür formalaşdırmaqdır.
İşgüzar kommunikasiya ilə bağlı ziddiyyətli anlayışlar vardır, bu da onun forma və mexanizmlərinin öyrənilməsini, təcrübədə istifadə edilməsini tələb edir.İşgüzar kommunikasiya fəaliyyət növlərindən biridir, aksiom-intensionallıqdır, yəni mövcud məqsəd və ya məqsədlərin əldə edilmiş nəticələrin üst-üstə düşməsi, bacarıq və vərdişlər sayəsində arzu olunanlara nail olmaqdır.

I FƏSİL
AZƏRBAYCAN DİLİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk,türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının cənub-qərb qolunu təşkil edir.Azərbaycan dili azərbaycan türkcəsi olaraq Azərbaycanda və eləcə də İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlıların ana dilidir.Bu dildən həmçinin vaxtilə İraqa köçmüş 200 minə yaxın insan ana dili kimi istifadə edir.Onlar özlərini kərkük və ya türkman adlandırırlar və əksəriyyəti İraqın Kərkük vilayətində yaşayırlar.Türkiyənin Qars Ərzurum Ərdəhan və Diyarbəkir vilayətlərində də azərbaycan kökənli türklər yaşayırlar.Hazırda dünyada Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir.”Kitabi-Dədə Qorqud” dastanının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda ünsiyyət vasitəsi kimi xalqa xidmət edən bu dilin yaşı “Kitabi-Dədə Qorqud” dastanının yaşından da qədimdir.
Azərbaycan yazılı ədəbi dilinin tarixi hələlik əldə olunan materiallara görə XIII əsrdən başlayır.Müasir Azərbaycan ədəbi dilinin 800 ilə yaxın tarixi iki böyük dövrə - qədim və yeni dövrə bölnür.Qədim dövr XIII-XVI əsrləri, yeni dövr isə XVII əsrdən başlayaraq sonrakı mərhələləri əhatə edir.
Qədim dövr Azərbaycan ədəbi dilinin işləndiyi areal öz miqyası ilə fərqlənir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil rolunu oynamışdır. Qədim dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən öz ekstralinqvistik ( dilxarici) və linqvistik (dildaxili) xüsusiyyətləri ilə seçilir. Əski dövr Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə fərqlənir. O dövrdə aparıcı janr olan poeziya ədəbi dilə külli miqdarda alınma sözlərin gəlməsinə səbəb olmuşdur.İkinci dövrdə isə realist şeir məktəbinin və realizm ədəbi metodunun yaranması və formalaşması alınma sözləri ədəbi dildən sıxışdırıb çıxarır.Digər tərəfdən isə əski Azərbaycan ədəbi dilinin Osmanlı türklərinin dili ilə müştərək olan bir sıra sözləri ( şimdi ,şöylə ,şu, buldu, sakın, kəndi və s.) XX əsrin əvvəllərində artıq işləkliyini itirir. Bu türk ədəbi dilləri sahəsində ayrılma (diferensiasiya) hadisəsinin başa çatmasının nəticəsi idi.
Əski dövr Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və .fars dillərinin sintaktik modelinə uyğun olmuşdur: fəsli-gül(gül fəsli), tərki-təriqi-eşq ( eşq təriqinin yolu), daxili-əhli- kamal (kamal əhlinə daxil) və s.Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir.İkinci dövrdə isə tamamilə əksinə olaraq təyin edən söz təyin olunan sözdən əvvəl işlənir.
Məsələn; Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?(M.Füzuli) XVəsr
Ağıl yardımçım olsaydı yar eşqini tərk etməzmidimi ? İxtiyarım olsaydı rahatlığı seçməzmidimmi?
Sürmə çəksin gözlərinə qaşına,
Gündə yüz yol mən dolanım başına.
Zakirtək yanmağa eşq atəşinə,
olan dövr.
XX əsrdə Azərbaycan ədəbi dilinin inkişafında üç m
Cürəti var isə pərvanə gəlsin.(Qasım bəy Zakir) XİX əsr
Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.Əski dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:
1.Ədəbi dilin təşəkkül mərhələsi ; XIII-XIV əsrlər
2.Klassik şeir dili mərhələsi; XV-XVII əsrlər
Yeni dövr Azərbaycan dilinin inkişafı isə üç mərhələdən keçir:
1.Ədəbi dilin xəlqiləşməsi mərhələsi-XVIII əsr
2.Milli dilin yaranması və inkişafı mərhələsi-XIX əsrin sonu XX əsrin birinci yarısı
3.Müasir mərhələ-XXəsrin birinci yarısından bugünə qədər eyl özünü göstərir:
1.Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli.Bu özünün bariz əksini Molla Nəsrəddin jurnalının yazılarında və mollanəsrəddinçilərin bədii əsərlərində (C.Məmmədquluzadə Ə.Haqverdiyev Ö.F.Nemanzadə Ə.Nəzmi və.s) göstərir.
2.Daha çox Osmanlı (türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dili yaratmaq meyli.Bu daha çox Füyuzat jurnalı və Həqiqət qəzetinin yazılarında, eyni zamanta romantizm ədəbi cərəyanın maarifpərvər yazıçılarının əsərlərinin dilində özünü göstərir(H.Cavid Ə.Hüseynzadə M.Hadi və s.).
3.Hamı tərəfindən anlaşılan ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli .Heç bir dialekt təsirini qəbul etməyən bu dili Abdulla Şaiq, Abbas Səhhət, C.Cabbarlı, Seyid Hüseyn kimi şair və yazıçılar yaratmışlar.Ədəbi dil sahəsindəki bu vəziyyət XX əsrin 30-cu illərinədık davam etmişdir.
Azərbaycan ədəbi dilinin tarixində bundan sonrakı mərhələ sovet dövrü ilə başlayır.Azərbaycanda sovet hakimiyyəti dövründə də dil sahəsində aparılan işlər mühüm əhəmiyyət kəsb etmişdir.Azərbaycan dili,onun tarixi, dialektləri geniş surətdə tətbiq edilmişdir.Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu(Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran ,Muğan şivələri) ; 2) qərb qrupu ( Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti ,Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri)
Azərbaycanda yaşayan azsaylı xalqların dilləri İran dilləri ( talış,tat, kürd dilləri) və İber-Qafqaz dilləri ( udin, ingiloy, buduq ,qrız xınalıq dilləri) qrupuna daxildir.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifatı baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir.Flektiv dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri özümlü, leksik və qrammatik mənası olan müstəqil sözlərdir.Qrammatik mənaları və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.
Bütün xalqlarda olduğu kimi Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə birgə olmuş, onun taleyini yaşamış, zaman-zaman təzyiqlərə məruz qalmış, üzləşdiyi problemlərlə qarşılaşmış, xalqın ən ağır günlərində onun milli varlığını, mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir.


Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin