Qeyri-rəsmi ünsiyyət- daha çevik və təbii rabitə qurulur,əsasən şəxsiyyətlərarası münasibətlərə yönəldilir və çox vaxt işin rifahına ən çox təsir edən biri olur.
İşgüzar ünsiyyətin dörd əsas funksiyası var:
1.İnstrumental, yəni müştərək əməli fəaliyyət (məsələn, birgə görülən kollektiv iş);
2.Sindikativ ünsiyyət- qoşulanların birliyi;
3.Özünü ifadəetmə- qarşılıqlı anlaşma və kommunikasiya;
4.Yayım- fəaliyyət imkanlarını yaymaq, dəyərləndirmə (məsələn, internetdə paylaşma).
Ünsiyyətin strukturu ünsiyyətdə bir-biri ilə əlaqəli üç aspekti vurğulamaqla xarakterizə olunur: kommunikativ, interaktiv, preseptual. Kommunikativ tərəf ünsiyyət quran şəxslər arasında məlumat mübadiləsindən ibarətdir.İnteraktiv tərəf ünsiyyət (hərəkət mübadiləsi ) arasında qarşılıqlı əlaqənin təşkilidir.Pereseptual ünsiyyətdə tərəfdaşlar tərəfindən bir-birini qavraması və bilməsi və bu əsasda qarşılıqlı anlaşmanın qurulması prosesi deməkdir.
İşgüzar ünsiyyətin kommunikativ nitq qaydaları bunlardır:
Müasir cəmiyyət iş məsələlərinin həllinin əksəriyəti elektron yazışmalara aiddir, bu zaman işgüzar ünsiyyətin aşağıdakı kommunikativ nitq qaydaları tətbiq olunur:
Bir-birinin iş məqsədlərinə hörmət və diqqətlilik;
İnformasiyanın sərbəst yazılması;
Savadlılıq və punktallıq.
İşgüzar ünsiyyətin əsas formaları və qaydaları arasında danışıqlar prosesinə təsir edən bir sıra maneələr vardır.