MƏDƏNİYYƏt dünyasi



Yüklə 255 Kb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü255 Kb.
#7107

138 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVII buraxılış, Bakı, 2014 

 

МИР

 КУЛЬТУРЫ 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVII выпуск, Баку, 2014 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVII edition, Baku, 2014 

 

    FƏLSƏFƏ  



 

 UOT 2-5      



                                            Zəkiyyə Əbilova 

İlahiyyat üzrə fəlsəfə doktoru, dosent

 

 AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu                                               

Az  1001,  Bakı  ş.,  İstiqlaliyyət  küç.,  8

                                             

E-mail: rambler.ru@abilovazakiya 

 

ŞƏHİDLİK

 VƏ AXUND HACI AĞAMİRZƏ ƏBDÜLKƏRİM AĞA 

BADKUBİNİN

 

YARADICILIĞINDA

  ONUN TƏZAHÜRÜ 

 

 

 

Azərbaycanın cəsarətli oğulları Vətənimizi müdafiə edir   

                               və bu yolda Həzrəti- imam Hüseyn kimi şəhid olurlar... 

                                Biz qətlə yetirilmiş imam Hüseynin və onun silahdaşla- 

                                rının xatirəsi önündə baş əyirik. 

                                                       Heydər Əliyev.    

 

Xülasə:    İslamda  şəhidlik  ali  bir  rütbədir.    Kərbəla  hadisəsi  Axund  Hacı 

Ağamirzə  Əbdülkərim  ağa  Badkubinin  yaradıcılığında  geniş  yer  tutur.  Demək 

olar  ki,  o  bu  mövzuya  əsərlərindən  hər  birində  müraciət  etmişdir.  Hətta  onun 

İmam  Hüseynə  həsr  olunmuş  növhəsi  də  vardır.  Gülzari-Hüseyni  əsəri  isə 

bütövlükdə  Seyyidüş-  şühəda  və  onunla  birlikdə  islam  düşmənlərinə  qarşı 

mübarizə aparmış yetmiş iki şühədaya həsr olunmuşdur. 

 

Açar sözlər: Kərbəla,  Seyyidüş-şühəda,  Gülzari-Hüseyni,  Mədinə. 

 

Sözlükdə “Allah yolunda öldürülən müsəlman” mənasını ifadə edən “şəhid” 



kəlməsi    Qurani-Kərimdə  dörd  surədə  (Nisa,  69,  Əz-Zümər,  69;  Əl-Hadid  19) 

bu  mənada  işlənir.  “Bəqərə”  surəsinin  154-cü  ayəsində  buyurulur:“Allah 

yolunda  öldürülmüşlərə  (şəhid  olanlara)  “ölülər”  deməyin.  Əksinə,  onlar 

diridirlər.  Lakin  siz  bunu  dərk  etmirsiniz”.  Hz.  Peyğəmbərin  şəhidliklə  bağlı 

açıqlamaları  hədis  məcmuələrində  daha  çox  “Cihad”  bölümünün  başlıqları 

altında  bir  araya  gətirilmişdir.  Hədislərdə  şəhid  olanın  ağrısız  öldüyü,  qanının 



139 

 

damlasının  yerə  düşdüyü  anda  qul  haqlarından  başqa  digər  günahları 



bağışlanacağı, onun qəbir əzabı çəkməyəcəyi, cənnətə ilk girənlərdən olacağı və 

məqamını  görəcəyi,  əqrəbalarından  yetmiş  nəfərə  şəfaət  edəcəyi  vurğulanır.  O 

cümlədən,  Allah-Təala  yanında  yüksək  məqama  çataraq  ölən  qullar  içindən  

yalnız  şəhidlər  dünyaya  qayıdıb  təkrar  şəhid  olana  qədər  Allahın  dinini 

ucaltmaq  istəyəcəyi  ifadə  edilmişdir.  Digər  tərəfdən  bəzi  hədislərdə  Allah 

yolunda ölənlərdən başqa canı, malı, namusu uğrunda, və yaxud  vəba, taun və 

s.  bu  kimi  xəstəliklərdən  ölənlər,  şəhid  olmağı  arzu  edərək  yatağında  vəfat 

edənlər də şəhid sayılacaq (7, 428).    İmam  Əli  ibni  Musa Ər-Rza (ə) Əmirəl-

möminin  (ə)  haqqında  belə  nəql  edir:“    Həzrət  Əli  (ə)  insanlara  xütbə  

söyləyərək  onları  cihada  təşviq  edirdi.  Bir  cavan  ayağa  qalxaraq  ondan  Allah 

yolunda vuruşan mücahidlərin fəzilətləri haqqında danışmasını xahiş edir. İmam 

(ə)  cavabında  buyurur:  “Mən  atla  Peyğəmbərin  (s)  arxasında  gedirdim. 

Döyüşdən  qayıdırdıq.  Sənin  mənə  verdiyin  bu  sualı  mən  Peyğəmbərə  (s) 

verdim.  Peyğəmbər  (s)  buyurdu:  “O  zaman  ki,  döyüşçülər  döyüş  meydanında 

vuruşmağı  qərara  alırlar,  Allah  onları  cəhənnəm  atəşindən  azad  etməyi  qərara 

alır.  O  zaman  ki,  silahlanırlar  və  döyüş  meydanına  hazırlaşırlar,  mələklər 

onlarla  fəxr  edir.  O  zaman  ki,  həyat  yoldaşları,  övladları  və  qohumları  onlarla 

xudafizləşirlər, günahlarından azad olurlar. Bu zaman bir günün savabı əvəzinə 

onlara  min  zahidin  savabı  qədər  savab  yazılır.  Düşmənlərlə  üzbəüz  olanda 

onlara  yazılan  savabın  miqdarını  yer  əhli  dərk  edə  bilməz.  Döyüşmək  üçün 

meydana addım atdıqlarında nizələrlə, oxlarla döyüşdükdə və təkbətək döyüşdə 

mələklər  qanadları  ilə  onları  əhatə  edər.  Bu  zaman  səslənərlər:  “Behişt 

qılıncların  sayəsindədir”.  Şəhid  bədəninə  dəyən  qılınc  yarasının  ağrısı  yay 

günlərində  içdiyi  soyuq  sudan  da  yüngül  olar.  O  zaman  ki,  şəhid  atından 

düşmək  istəyər,  torpağa  çatmamış  behişt  huriləri  onu  qarşılamağa  tələsərlər. 

Allahın ona bəxş etdiyi nemətləri ona şərh edərlər”. 

Şəhidlərin    məqamlarının    əhəmiyyəti  haqda  çox  danışılmışdır.  Hər  bir 

millət  kimi  Azərbaycan  xalqı  da  öz  şəhidlərinə  xüsusi  ehtiram  göstərir.  Bu 

günün  gəncliyi  Mübariz  İbrahimovla  fəxr  edir  və  ona  bənzəməyə  çalışır. 

Mübarizin tarixi köklərə bağlanan bu şücaəti Azərbaycan xalqının  mərdliyinin, 

qorxmazlığının  bariz  nümunəsidir.  Xalqımız,  dövlətimiz  tərəfindən  onun  bu 

igidliyi  yüksək    qiymətləndirilmişdir.  Eyni  zamanda  Mübariz  İbrahimov  və 

onun  kimi  yüzlərlə  vətən  oğullarımızın  məqamları    Allah-Təalanın  yanında 

daha yüksəkdir. Belə ki, Allah-Təalanın şəhidlərə göstərdiyi ehtiram əvəzsizdir. 

Tarixdə  şəhidliklə  bağlı  bir  çox  salnamələr  yazılmışdır.  İslam  tarixində 

yazılmış  belə  salnamənin  ən  alisi  İmam  Hüseynin  (ə)  adı  ilə  bağlıdır. 

Azərbaycan  Respublikasının  mərhum  prezidenti  Heydər  Əliyev  cənabları 

Təzəpir  məscidində  Aşura  günü  ilə  bağlı  mərasimdə  söyləmişdir:”  İndi 

vətənimiz  faciəli  bir  dövr  yaşayır.Yağı  düşmən  torpaqlarımıza  hücum  edir.  

Azərbaycanın  cəsarətli  oğulları  vətənimizi  müdafiə  edir  və  bu  yolda  Həzrəti- 

imam  Hüseyn  kimi şəhid  olurlar...Biz  qətlə  yetirilmiş  imam  Hüseynin  və  onun 

silahdaşlarının xatirəsi önündə baş əyirik”. 

İmam Hüseynin islam dininin, əqidəsinin uğrunda şəhadət zirvəsinə çatınca 

apardığı  mübarizə  bir  sıra  islam  alimlərinin  əsərlərində  öz  əksini  tapmışdır. 

Kərbəla faciəsinin yazılı ədəbiyyatda işlənməsinin tarixi qədimdir. Ərəb, türk və 

fars  şairlərinin  yazdıqları  saysız-hesabsız  mərsiyə  və  ağılar,  məqtəl  əsərləri 

bunu  aydın  göstərməkdədir.  Ərəb  yazıçılarından  Əbu  Müxnəf  bin  Yəhyanın 

(VIII)  “Kitabu-məqtəli-Hüseyn”,  Əbu  Fərəc  İsfəhaninin  (897-967)  “Məqatilüt-



140 

 

talibin”,  Əbu  İshaq  İsfəhaninin  (XI)  “Nurul-ayn  fi  Məşhədil-Hüseyn”  adlı 



əsərləri  buna  nümunədir.  Türk  ədəbiyyatında  birinci  məqtəl  nümunəsi 

Qəstəmonlu  Şadinin  (1532)  “Dastani-məqtəli-Hüseyni”  əsəridir.  Yəhya  bin 

Baxşının  (1499)  “Məqtəli-Hüseyn”  əsəri  də    geniş  yayılmışdır.  Eləcə  də 

Laminin  (1532),  Hacı  Nurəddin  əfəndinin  (1530),  Çəlibudlu  Caminin 

“Səadətnamə”  (1534)  və  s.  məqtəl  nümunələri  vardır.  Azərbaycan 

ədəbiyyatında  ilk  məqtəl  əsəri  Məhəmməd  bin  Nəşatinin  (1524-1578) 

“Şühədanamə”sidir. 

O, 


Hüseyn 

Vaizin 


“Rövzətüş-şühəda” 

əsərini 


“Şühədanamə”  adı  altında  türk  dilinə  tərcümə  etmişdir.  Bundan  başqa 

Qumrinin, Racinin mərsiyə və ağıları da dini-ruhi əzab və əməllərin bədii inika-

sıdır 

Bu  mövzuya  müraciət  edən  müəlliflərdən  biri  də  Azərbaycanın  görkəmli 



din xadimi Axund Hacı Ağamirzə Əbdülkərin ağa Badkubidir. Əbdülkərim ağa 

Badkubinin  (1867-1961)  yaradıcılığı  onun  ömrünün  son  mərhələsinə  təsadüf 

edir.  Bunun  da  səbəbləri  vardır.  Başlıcası  odur  ki,  o  gəncliyini  təhsilə  sərf  et-

mişdir.  Vətənə  qayıtdıqdan  sonra  isə  rus  hökumətinin  təyin  etdiyi  “dindarlar” 

onun  ruhani  kimi  fəaliyyətini  həmişə  nəzarət  altında  saxlayırdılar.  Odur  ki, 

burada  elmi  yaradıcılıqla  məşğul  olmaq  qəti  mümkün  deyildi.  Sovetlərin 

gəlişindən  sonra  ruhanilərə  tutulan  divan  daha  amansız  oldu.  Hökumətə  can-

başla  qulluq  edənlər  öz  fəaliyyətlərini  daha  qabarıq  nəzərə  çatdırmaq  üçün 

“Allahsızlar”  cəmiyyəti  yaratmışdılar.  Bu  cəmiyyətin  başlıca  vəzifəsi  dinə  və 

dindarlara  qarşı  mübarizə  aparmaq  idi.  Belə  bir  dövrdə  ev  dustağı  olan  Hacı 

Ağamirzə Əbdülkərim ağa Badkubi  islamın  müxtəlif  mövzularından bəhs  edən 

altı əsər yazmış, bir əsəri isə tərcümə və şərh etmişdir. Bunlar aşağıdakılardır: 

1.Lisanül-müstəğisin – (Allahdan  kömək  istəyənlərin  dili) 1946; 

2. Halləlül-müşkilat –(Çətin anlaşılanların açıqlanması) 1948; 

3. İrşadüş-şəbab –(Gənclərin (doğru yola) istiqamətləndirilməsi) 1949; 

4. Gülzari- Hüseyni –(İmam Hüseyn bağçası) 1955; 

5. Sıratül-müstəqim –(Düz yol) 1955; 

6.İrşadül-mütəhəyyirin– (Tərəddüdlülərin istiqamətləndirilməsi) 1954; 

7. Mənəzilüs-salikin –(tərcümə) (Yolçuların dayanacaqları) 1947. 

Bunlardan  başqa  Hacı  Əbdülkərim  ağa  uşaqlar  üçün  “Adabül-ətfal”, 

“Şəriətül-ətfal”  və  “Əqaidüs-sibyan”  adlı  kiçik  həcmli  dərsliklər  də  yazmışdır 

ki,  onların  yeganə  əlyazma  nüsxələri  müəllifin  sağlığında  itmişdir.  Onun 

Azərbaycan, ərəb və farsca yazdığı bir neçə mərsiyə, qəzəl və rübaisi gözəl şeir 

təbindən xəbər verir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Əbdülkərim  ağa  Badkubi  əsərlərini 

yazarkən  yüzlərlə  mötəbər  mənbələrə  istinad  etmişdir.  Əsərlərin  sonunda 

müasir  şəkildə  ədəbiyyat  siyahısı  verməsə  də,  daxildə  bir  çox  mənbə  və 

müəliflərin  adlarını  çəkmişdir.  O  cümlədən,  İbn  Məğazli  Şafiinin  “Mənaqib”, 

Abdullah bin Əhmədin “Musnəd” və “Cəm beynəs-səhiheyn”, Xacə Nəsirəddin 

Tusinin  “ət-Təcrid”,  Əkbərinın  “Fəzayil”,  Mücahidin  ”Təfsirü-Mücahidin”, 

Təbərinin  “Mücahid”,  Ərdəbilinin  “Əqaidül-islam”  həmçinin,  “Məcməül-

bəyan”,  “Təfsirüs-Safi”,  “Minhəcüs-Sadiqin”,  “Ruhul-bəyan”,  “Kəşşaf”, 

“Təfsirül-kəbir”  kimi  əsərlərin,  eləcə  də  Sədi,  Şəms  Təbrizi,  Əbu  Firas 

Fərəzdəq, Şeyx Bəhai, Abdullah bin Məsud, Səd bin Əbi Vaqqas, Abdullah bin 

Abbas,  Cabir  bin  Abdullah  Ənsari,  Əbu  Hüreyrə,  Əbu  Səid  Xıdri,  Üns  bin 

Malik,  Əbu  Eyyub  Ənsari  və  s.  kimi  müəlliflərin  adları  çəkilir, 

yaradıcılıqlarından nümunələr verilir. Məsələn, “İrşadül-mütəhəyyirin” əsərinin 


141 

 

464-cü səhifəsində namazdan bəhs edərkən yazır: “Biharül-ənvar” ın 18-ci cildi 



bu  mətləbə  şahid  sidqdir.”  Badkubinin  bu  gün  də  mövcud  olan  dəyərli 

ədəbiyyat  topladığı  kitabxanası  onun  daim  inkişafda  olan  bir  alim  kimi 

dəyərləndirilməsinə  imkan  verir.  Belə  ki,  Əbdülkərim  ağanın  çox  səliqə  ilə  

mühafizə olunan  kitabxanasında islamın müxtəlif sahələrinə aid 1500-dən artıq 

kitab vardır. Bunların əksəriyyəti daşbasma nəşrləridir.   

Əbdülkərim ağa Badkubi gözəl xəttat olub. Bu onun əlyazmalarından  da 

görünür.  O,  Qur’anı  iki  dəfə  ayrı-ayrı  cüzlər  halında  əvvəldən  axıra  kimi 

köçürtmüşdür.  Öz  imzası  ilə  vəqf  etdiyi  həmin  nüsxələrdən  yalnız  biri  bu  gün 

onun kitabxanasında mövcuddur. 1881-ci ildə, 14 yaşında ikən köçürtməyə baş-

ladığı  bu  nüsxəni  bir  ilə  tamamlamışdır.    Birbaşa,  qaralamasız  yazdığı 

əsərlərinin  qələmini  də,  mürəkkəbini  də  özü  hazırlayırdı.  Deyilənə  görə,  yazı 

ləvazimatında heç bir süni maddədən istifadə etmirdi. Onun mürəkkəbinin əsası 

düyü  ləhimi  və  sobaların  bacasına  hopmuş  his,  qələmi  isə,  qamışdan  olurdu. 

Ahıl  yaşlarında  bunları  hazırlamaq  iqtidarında  olmadıqda  isə,  şikayətləndiyini 

görürük.  “Gülzari-Hüseyni”  əsərinin  müqəddiməsində  yazır:  “Sabiqdə  olan 

qələm  bu  zamanda  ələ  gəlməyib.  Hər  ələfdən  qələm  tərtib  verib  bir  kəlmə 

yazınca, islanıb xətt zaye  olar. Xülaseyi-maqsud budur ki,  hər yerdə xələl gör-

dün, qüsura aid etgilən” (1, 3) 

 Əbdülkərim  ağa  Badkubinin  yaradıcılığında  məqtəl  janrı-  Kərbəla 

müsibəti  mövzusu  xüsusi  yer  tutur.  Demək  olar  ki,  əsərlərinin  hər  birində  bu 

mövzuya  toxunan  müəllif    “Gülzari-Hüseyni”ni  sırf  İmam  Hüseyn  müsibətinə 

həsr  etmişdir.Əsər  dibaçə,  müqəddimə,  on  iki  bab  və  xatimədən  ibarət  olub 

şəriət  adabı,  islam  ehkamı  və  Hüseyniyyə  müsibətlərindən  bəhs  edir..  Çox 

güman ki, Əbdülkərim ağa bu əsərlərlə də tanış idi. 

 Müqəddimədə  əsərin  yazılma  səbəblərini  açıqlayan  Badkubi  qeyd  edir: 

“Hər  bisavad  bir  neçə  şeir  hifz  edib,  adını  rövzəxan  qoyub,  çıxıb  peyğəmbər 

minbərində  ağzına  hər  nə  gəldi  söyləyir.Təziyə  və  matəm  tutarkən  haram  olan 

işlər  görmək  şəriət  cəhətindən  qadağandır.  Məs:  yalan  sözləri  doğru  sözlərə 

qatıb əhli-məclisə oxumaq fasiqlikdir. Və ya bəzi şeirləri mahnı kimi oxuyanın 

işi haram, əcri batil, özü əhli - cəhənnəm olar” (1, 10). 

 Əbdülkərim ağa davam edərək yazır: “Bir qisim rövzəxanlar və məddahlar 

meydana  gəliblər  ki,  danışdıqları  yalan,  oxuduqları  əş’ar  və  qəsidələri  mahnı 

kimi 

oxuyub 


məclis 

əhlini 


ağladar 

və 


onları 

Allah 


tərəfindən 

mükafatlandırılacaqlarına  ümidli  edərlər”.  Badkubi  bunun  səbəbini  şəriətin 

sahibsiz,  əhli-dünyanın  dinsiz  olmağında  görür  və    qeyd  edir  ki,  təziyədarlıq, 

gərək şəriət yolu ilə olsun. O cümlədən, sinəni təbil kimi döyəcləmək, qəmə ilə 

başa  vurmaq,  zəncir  vurmaq,  libaslarını  soyunub  naməhrəmlər  qarşısında  ayaq 

üstə durub nərələr çəkərək sinə  vurmaq, bədəni  yaralamaq, şeirləri  mahnı  kimi 

oxumaq,  bunların  hamısı    əxlaqsızlıq,  vəhşiyanə  rəftar,  günah  işlətməkdir. 

Günahı böyük, əzabı şiddətlidir (1, 11). 

İmam  Həsən  və  Hüseynin  (ə)  dünyaya  gəlmələrini  və  onlara  ad 

qoyulmasını  müəllif  “Halləlül-muşkilat” əsərində  də təsvir  etdiyi  kimi, birinci 

babda  belə  şərh  edir:  “Həzrət  İmam  Həsən  (ə)  dünyaya  gələndə    Hz.Rəsul  (s) 

buyurdu: “Ya Əli, doğulan uşağa nə ad verəcəksən?” Buyurdu: “Ya Rəsulullah, 

sənə  sibqət  etmədim”.  Həzrət  (s)  buyurdu:  “Mən  də  Allah-Təalaya  sibqət 

etmərəm”.    Hz.Cəbrail  (ə)  nazil  olub  xitab  etdi  ki,  Allah-Təala  sənə  salam 



142 

 

yetirib. Buyurur: “Ya Məhəmməd, Əli səndən Hərunun Musadan olduğu mənzi-



lədədir.  Onun  oğlunu  Hərunun  oğlunun  adı  ilə  adlandır”.  Həzrət  buyurdu: 

“Onun öğlunun adı nədir?” Dedi: “Şəbər”dir. Hz. Buyurdu: “Ya Cəbrail, mənim 

dilim ərəbidir”. Cəbrail (ə) buyurdu: “Şəbər” ərəbcə Həsən deməkdir. O körpəni 

Həsən  adlandırdı.  İmam  Həsənin  (ə)  viladətindən  altı  ay  keçəndən  sonra 

Hz.İmam Hüseyn (ə) dünyaya gəldi. Onda Rəsuli-Əkrəm (s) Əliyə (ə) buyurdu: 

“Ya  Əli,  nə  ad  verirsən  bu  yeni  doğulmuş  uşağa?”  Buyurd“Sənəsibqət 

etmədin”.  Buyurdu:  “Mən  də  Allah-Təalaya  sibqət  etmərəm.  Cəbrail  (ə)  nazil 

olub vəhy  gətirdi  ki,  Allah-Təala buyurur ki, Əli səndən Hərunun Musadan  ol-

duğu mənzilədədir. Bu uşağı Hərunun oğlunun adı ilə adlandır.” Həzrət buyurdu 

ki,  onun  adı  nədir?  Dedi:  “Şubeyr”dir.  Buyurdu:  “Ya  Cəbrail,  mənim  dilim 

ərəbidir”.  Söylədi:  “Şubeyr”  ərəbcə  “Hüseyn”  deməkdir”.  Beləliklə,  o  körpəni 

Hüseyn adlandırdılar (1, 16; 2, 241). 

İmam Hüseyn (ə) Mədineyi-Münəvvərədə hicrətin dördüncü ili, pəncşənbə 

günü, Şabanın 3-də, bəzi rəvayətdə 5-də dünyaya gəlib. Künyəsi Əbu Abdullah 

və Əbu Əli, ləqəbləri Rəşidü-Tayyib, Vafiyyü-seyyid, Zəkiyyü-mübarək, Siftu-

şəhid və Səiddir.  Lakin Həzrət Seyyidüs-Şühəda (ə) nə Fatimədən (ə), nə qeyri 

övrətdən  süd  əmməyibdir.  Bəlkə  tamam  əti,  iliyi,  sümüyü,  bəlkə  cəmi-əzası 

Peyğəmbərin (s) bədənindən nəşvü-nüma tapıbdır (1, 23). 

İmam  Hüseynin  (ə)  möcüzələrindən  bəhs  edən  müəllif  Əbu  Xalid  Ka-

bilinin  “Xərayic”  kitabına  müraciət  edərək    dəlillər  gətirir.  Həmin  mənbədən 

Yəhya  bin  Ümmuttavilin  nəql  etdiyi  ölmüş  bir  qadının  dirilib  mirasını 

bölüşdürüb təzədən meyitlik halına keçməsi hadisəsi, Hərun bin Siddiqin Həzrət 

Sadiqdən (ə), Onun da atalarının rəvayət etdiyi Həzrət İmam (ə) qulamlarını bir 

xidmətə  göndərəndə  hansı  günün  uğurlu,  hansı    gününsə  uğursuz  olacağını 

qabaqcadan  hiss  etdiyi  və  dediyinin  həmişə  düz  çıxması  halları  maraqlıdır. 

Başqa  bir  mənbədən  köçürtdüyü  təvaf  zamanı  bir  qadınla  bir  kişinin  bitişmiş 

biləklərini  açması,  Səfran  bin  Məhranın  rəvayətinə  görə  iki  kişi  ilə  bir  qadının 

aralarındakı  uşağın  kimə  aid  olmasını      müəyyənləşdirməsi  halları  da  bu 

qəbildəndir.  O  cümlədən,  babalarını  ziyarət  etmək  üçün  gedən    Həsən  və 

Hüseyn  (ə)  Peyğəmbəri  (s)  yatmış  görüb  qaranlıq,  yağışlı  bir  gecədə  evlərinə 

qayıdarkən  azdıqlarına  görə  yolda  yatıb  qalırlar.  Peyğəmbər  (s)  dallarınca  ge-

dəndə,  bir  ilanın  qanadlarını  üzərlərinə  açıb  onları  qoruduğunu  görür.  Müfid 

Nişaburidən  edilən  bir  rəvayətdə  isə,  bayram  axşamı  Həsən  (ə)  ilə  Hüseyn  (ə) 

analarından  təzə  paltar  istədikdə,  əlacsız  qalan  Hz.  Fatimə  libaslarının  dərzidə 

olduğunu deyib onları aldadır. Bu vaxt qapı döyülür bir nəfər dərzi adı ilə gəlib 

uşaqlar üçün paltar gətirir (1, 28). 

 Əsərdə  Həzrət  Seyyidüş-Şühədanın  (ə)  əxlaq  və  ləyaqətindən, 

sadəliyindən,  insanların  mənsəbindən  asılı  olmayaraq  hamıya  eyni  münasibət 

bildirməyindən  də  bəhs  olunur.  Bunlarla  yanaşı  həmin  dövrlərin  tanınmış  elm 

və mərifət sahiblərinin hadisələrlə bağlı fikir və rəvayətləri də verilir.  

Səəd bin Abdullah Qummi  nəql edir ki, Hz. Qaim əleyhissəlamdan  ﺺﻌﯿﮭﻛ 

(1,  Məryəm,  1)  kəlməsinin  açmasını  soruşdum.  Buyurdu:  “Bu  kəlmə  qeyb 

xəbərlərdəndir  ki,  Cəbrail  (ə)  nazil  olub  əvvəlcə  onu  bəndəsi  Həzrət 

Zəkəriyyəyə (ə), sonra isə Həzrət Xatəmül-ənbiya (s) cənablarına bəyan edibdir. 

Rəvayətə  görə, 

 

ﺺﻌﯿﮭﻛ -  kəlməsindəki  ك  -  Kərbalaya  işarədir.   



ھ -  təmiz  ailənin 

143 

 

hərəkətidir.   



ى - Yəzid zalım,   

ع - atəş, susuzluq, ص - səbrə işarədir” (1, 52). 

Abdullah bin Fəzl rəvayət edir ki, Hz. Sadiqdən (ə) soruşdum: “Ya bin Rə-

sulullah, nə səbəbə aşura günü qəm, hüzn, nalə və ağlamaq günüdür? Nə səbəbə 

Hz.  Rəsul  (s)  vəfat  edən  günü,  Əmirəl-möminin  və  Fatimə,  İmam  Həsənin  (ə) 

vəfat günləri belə olmayıb?” Buyurdu: “O Həzrətin vücudu tamam Əhli-kəsanın 

vücudu  idi. O Həzrət şəhid  olduqda, daha Əhli-kəsadan bir kəs  qalmamışdı  ki, 

xalq onunla təsəlli tapsın. Onun getməyi bütün Əhli-kəsanın getməyi kimi oldu. 

Buna  görə  də  o  Həzrətin  şəhadəti  bütün  müsibətlərdən  şiddətli  oldu.  O  dörd 

nəfərin  hər  biri  öz  vətənində,  öz  evində  vəfat  ediblər.  Amma  Aşura  günü 

Kərbəlada  baş  verənlərin  Adəm  (ə)  zamanından  bu  günə  kimi  misli  görünmə-

mişdir.” ( 1, 64). 

Həzrətin Mədinədən Məkkəyə  köçməyinin səbəbini  qeyd  edərkən  göstərir 

ki,  Müaviyə  oğlu  Yəzidə  Məliki-Cahandar  ləqəbi  vermək  istəyirdi.  Lakin  üç 

nəfər  bufikirlə  razılaşmırdı:  1)  Abdulla  bin  Ömər,  2)  Abdulla  bin  Zübeyr.  3) 

Hüseyn bin Əli (1, 116). Müaviyənin vəfatından sonra oğlu Yəzid onun yerində 

xilafətə  keçmişdi.  Fasiq,  facir,  şərab  düşkünü,  zalim  və  elmsiz  bir  şəxs  olan 

Yəzid əslən xilafətə  layiq  deyildi. Əlbəttə, Hz. İmam  islama  düşmən  olan belə 

bir adamın xəlifə seçilməsinə razı ola bilməzdi (1, 134).   

  Məhərrəm  ayının  9-u,  pəncşənbə  günü  əsr  vaxtı  Ömər  Səəd  əsgərinə 

Həzrətin  üzərinə  hücum  əmri  verdi.  Elə  ki,  aşura  günü  oldu,  Seyyidüş-Şühəda 

öz  əshabını  müharibəyə  hazırladı.  Onlar  32  süvari,  40  nəfər  piyada  idilər”  (1, 

204).    Əbdülkərim  ağa  şəhid  olanların  sırasında  59  nəfərin  adını  sadalayır. 

Qalan  13  nəfərin  adları  isə  qeyri-məlum  səbəbdən  qeyd  olunmur.  Mir  Əhməd 

Əli  Ənsarianın  yazdığı  və  ingilis  dilinə  tərcümə  olunmuş  “İslamın  xilaskarı 

Hüseyn”  adlı  əsərdə  İmam  Hüseyni  şəhidlərin  şahı  (Seyyidüş-şühəda)  adlandı-

rılır  və  təqdim  olunan  siyahı  105  nəfərdən  ibarətdir  (5,  213).  “Hədiqətüs-

süəda”da isə əlli üç nəfərdən ibarət olan siyahı  təqdim edir ( 4, 249). 

“Gülzari-Hüseyni”nin on birinci babının onuncu fəsli Seyyidüş-Şühədanın 

bəlakeş  başının  dəfni  haqqındadir.  Bəziləri  deyirlər  ki,  Mədinədə  hakim  olan 

Ömər  bin  Səid,  o  mübarək  başı  Mədinədə  dəfn  etmişdir.  Mənsur  bin 

Cumhurdan rəvayət edilir ki, Yəzidin vəfatından bir gün sonra onun xəzinəsinə 

daxil  olub  bir  böyük  bağlama  görüb.  Açıb  içinə  baxanda  O  mübarək  başın 

şahidi  olur.  Onu  Şamda  Fərdövs  darvazasının  yaxınlığında,  Məşriq  tərəfdə, 

üçüncü bürcdə dəfn edirlər. Misir əhli qətiyyətlə O mübarək başın Misirdə dəfn 

olunduğunu  deyir.  Həmin  yerə  “Məşhədi-Kərim”  adı  verilmiş,  ustalıqla  bəzə-

mişlər.  Müqəddəs  günlərdə  onu  ziyarət  edirlər.  Şeyx  ibn  Nüma  buyurub  ki,  O 

mübarək  başı  şəhərlərdə  dolandırandan  sonra  Kərbəlaya  gətirib  cəsədinin 

yanında  dəfn  etdilər.  Digər  bir  fikrə  görə,  o,  Şamda-  Dəməşqdə  dəfn  olun-

muşdur.  Məscidi-Caminin  sol  tərəfində  bir  qəbir  çöküb.  Ona “Mədfənir-Rasış-

Şərif” (Şərəfli başın qəbri) deyirlər. Bəzi rəvayətlərə görə isə bir nəfər Əhli-beyt 

dostu o mübarək başı tapıb, götürüb Nəcəfi-Əşrəfdə Əmirül-Mömininin (ə) Ba-

layi-Sər tərəfində dəfn etmişdir (1, 277). 

Bütün bunlarla yanaşı, belə bir versiya da mümkündür ki, Kərbəla hadisə-

sindən  sonra  döyüş  meydanında  bir  neçə  mücahidin  kəsilmiş  başı  qala  bilərdi. 

Belə ki, “Həqiqətüs-süəda” yazır: “Həbib bin Müzahirin başını bir nəfər mindiyi 

heyvanın boynundan asıb Məkkəyə gətirir. Onunla rastlaşan şəhidin oğlu bunun 


144 

 

kimin  başı  olduğunu  soruşur.  “Bu  Həbib  bin  Müzahirin  başıdır”,  deyə  cavab 



verdikdə  oğlan  onu  öldürür  və  başı  dəfn  edir  (4,  247).  Bu  hadisə  yuxarıda 

söylənilən  fikri  təsdiqləməyə  imkan  verir.  Cəfəri  alimlərindən  çoxu  belə  bir 

qənaətə  gəliblər ki,  o  mübarək başı Kufəyə aparıb gəzdirərkən  ondan bəzi  mö-

cüzələr baş vermişdir. Şama apararkən də  bənzər hadisələrlə rastlaşıblar. Əhli-

beyt  Şamdan  qayıdanda  Həzrət  Seyyidüs-Sacidin  (ə)  Onu  özü  ilə  Kərbəlaya 

götürüb, cəsədinin yanında dəfn etmişdir. 

Bu dəhşəti bənzərı olmayan bir fəlakət kimi qarşılayan müəllif həmin gün 

Kərbəla səhrasındakı bütün canlı aləmin qəm dəryasına qərq olduğunu yazır. Bu 

zülmə yer də, göy də ağlayır. Hamı hüzn içindədir. Badkubi Seyyidüş-Şühədaya 

həsr etdiyi növhəsində bu anı belə təsvir edir:  

Öldürüb həm Qasimi, Abbasi, Övni-Cəfəri, 

Qanə qəltən etdilər nakam Əliəkbəri. 

Başıvi əfşan kəsib novki-cidaya vurdular, 

Yer təzəlzül etdi, aləm oldu məzlum, ya Hüseyn. 

Lakin  bu  hüznün  daxilindən  bir  səadət  parlamaqdadır.  Belə  ki,  məhz 

Hüseyn  öz  tökülən  qanıyla  haqq  olan  dinin  ehkamını  möhkəmləndirdi.    Qan 

qılınca qalib gəldi. 

Bütün 


varlığıyla  İmam  Hüseynin 

əməli  salehliyi,  paklığı 

və 

məzlumluğuyla  Allah-Təalaya  yaxın  olduğunu  qəbul  edən  növhəxan  qiyamət 



günü  günahlarının  bağışlanmasında  vasitəçi  olması  üçün  bu  dünya  ilə 

vidalaşarkən məhz İmam Hüseyni  başı üstünə çağırır: 

Gər şəfaət eyləsə məhşərdə mövla, yoxdu qəm, 

Gəl öləndə başım üstə, söylə:” Gəlləm”, ya Hüseyn. (3,145) 

Qeyd:  Əziz  Vətən  oğulları,  bu  gün  şəhadətə  çoxları  can  atır.  Lakin  onu 

uzaqlarda deyil, bircə addımlığımızda, işğal olunmuş torpaqlarımızın müdafiəsi 

uğrunda  da  qazanmaq  olar.  Əgər  gücümüz,  qüvvətimiz,  qeyrətimiz  vardırsa, 

onu  vətənimizin  müdafiəsi  uğrunda  sərf  etməliyik.  Yad  torpaqlarda  məqsədsiz 

aparılan  müharibələr  şəhadət  zirvəsini  fəth  edə  bilməz.  Körpələri:”  Ölmək 

istəyirəm.  Çünki,  cənnətə  gedəcəyəm.Orada  çörək  vardır  ”-deyən,  cavanları, 

ahılları  sonu  bilinməyən  bombardımanlar,  uçqunlar  və  səfalətdən  bezmiş  bir 

ölkənin  ərazisinə  soxulub  qruplar  halında  bir-birilə  vuruşmaq,  ölkənin  tarixi 

abidələrini yerlə yeksan etmək heç bir əxlaq normasına sığmadığı kimi, şəhadət 

zirvəsini  də  fəth  edə  bilməz.  Çünki,  şəhidlik  üçün  mərdlik,  mübarizlik,  ən 

nəhayəti isə, kişilik lazımdır.  

 

Ədəbiyyat

 



1.

 

Axund  Hacı  Ağamirzə  Əbdülkərim  ağa  Badkubi.  Gülzari-Hüseyni. 



Əlyazma. Müəllifin şəxsi kitabxanasında. 27 Rəcəbül-mürcəb,1949.316 s. ; 

2.

 



Axund  Hacı  Ağamirzə  Əbdülkərim  ağa  Badkubi.  Halləlül-muşkilat. 

Əlyazma. Müəllifin şəxsi kitabxanasında. 12 Zil-Qəədə 1948. 461s.; 

3.

 

Axund  Hacı  Ağamirzə  Əbdülkərim  ağa  Badkubi.  Lisanül-müstəğisin. 



Əlyazma. Müəllifin şəxsi kitabxanasında. 22 Zil-Qəədə 1946. 295 s.; 

4.

 



 Heydər 

Əliyev. 


Azərbaycan 

Respublikasının 

Prezidenti. 

Təzəpir  

məscidində çıxışdan. 20 iyun 1994-cü il.; 


145 

 

5.      Məhəmməd  Füzuli.  Hədiqətüs-süəda.  Tərtibçilər:  Ə.Səfərli,  M.Nağısoylu,  



N.Göyüşov.Bakı, Gənclik, 1993, 368 s.; 

 6.  Mir Ahmed Ali. Husain the Saviour of Islam. Ansariyan Pablications. Qum 

1991. 252 p.;  

7.  Salima Leyla Gürkan. Şehid.TDV İslam Ansiklopedisi. 38 c. İstanbul, 2010. 

588 s.                                                                                

                                                                                 Закия Абилова                                                                                   

 

Участь

  шехида  и  его  проявление  в  творчестве  Ахунд  Гаджи  

Агамирза

 Абдулькерим  ага  Бадкуби 

Резюме

  

 

Участь  шехида  –  высокое  положение  в  исламе.  Событие  в  Кербале 

занимает обширное место в творчестве Абдулькерим ага Бадкуби. Можно 

сказать,  что  он  обращался  к  этой  теме  в  каждом  из  своих  произведений. 

Также  у  него  имеется  новха  (стихотворение),  посвященное  имаму 

Хусейну.  Произведение  «Гульзари-Хусейни»  же  всецело  посвящено 

Сеййидуш-Шухада  и  72  шехидам,  сражавшимся    вместе  с  ним  против 

врагов ислама. 



Ключевые

  слова:    Кербела,  Сеййидуш-Шухада,  Гульзари-

Хусейни, Медина. 

 

 

Zakiya  Abilova 

Martyrdom and its manifestation in Akhund Hadgy Aghamirza 

Abdulkarim agha Badkuby`s creative activity 

Summary 

 

Martyrdom has high position in Islam. Abdulkarim agha Badkuby gave spesial 

place  to  Karbala  events  in  his  creative  activity.  Almost  in  all  his  works  he 

addressed  this  theme.  He  has  also  qot  a  poem  dedicated  to  Imam  Huseyn  (a). 

His work title “Gulzary-Huseyni” he dedicated to Seyyudush-shuhada and to 72 

men fought with him against the enemys of Islam and became marturs. 



Keywords: Karbala, Seyyidush-Shuhada, Gulzary-Huseyni, Madina. 

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi: 15.01.2014 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 21.01.2014 

Məqalənin çapa qəbul olunma tarixi: 13.02.2014 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə 

doktoru, dosent Tamilla Əhmədova  

ADMİU

-nun Elmi Şurasının 03 iyul 2014-ci il, 09 saylı qərarı ilə çap olunur. 

Yüklə 255 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin