mədən onların hesabına dolanır... Ancaq... - Qüdrət sükuta qərq oldu. Ehtiyac doğrudan da böyükdür. Müharibənin yaralarını sağaltmaq üçün təzə kəşfiyyata daha ciddi fikir verilməlidir! - Orada az danışmısınız, bir az da burada danışın!.. — deyə Tükəz- ban qan dəhlizdə dayanaraq əvvəlcə oğlunun, sonra da gəlinin üzünə baxıb, narazı halda başım bulayırdı. - Hamamı qızdırmışam, oğul, gəl bir vannaya gir, canın rahat olsun. - Can, ay ana, niyə yatmadın? - Qüdrət ayağa qalxdı və onun boy nunu qucaqlayıb qızının yanma apardı. - Sen narahat olma, hər şeyi özümüz elərik... Tükəzban qan deyinə-deyinə yerinə uzandı. Qüdrət yenə Lalənin yanına qayıtdı. Lalə qayınanasına haqq verdi: > 183
- Deyəsən biz doğrudan da bir tərəfli olmağa başlamışıq, Qüdrət. İstehsalat bizim intim hisslərimizə de hakim olub. Elə deyilmi? - Səncə bu mənfi haldır, yoxsa müsbət? Lalə ərinə birdən-birə cavab vermədi. Onun fikrincə belə söhbet lər, hor iki trestdə işlərin öz qaydasında getməməyindən irəli gəlirdi. “Qüdrət geri qalmasaydı, mən yerimdə saymasaydım, əlbəttə, bizim evdə də bu xüsusda danışmağımıza ehtiyac qalmazdı”. - Sən neco bilirsən, Qüdrət, anan haqlıdır, yoxsa haqsız? Qüdrət yeməklə məşğul olduğundan, arvadına yalnız sonradan- sonraya cavab verdi: - Başqa sahələrdə çalışan dostlarımıza fikir verirsenmi? Onlar hə mişə bizi quruluqda təqsirləndirirlər. Guya biz həyatın başqa nemətlə rindən lozzol almağı bacarmırıq. Amma mən belə hallarda “Polad necə bərkidi” romanının qəhrəmanını xatırlayıram. İnsan mənəvi cəhətcə yalnız o zaman həqiqi mənada zənginləşə bilər ki, onun həyat idealı