aldatmağı heç ona yaraşan hərəkət deyil. Son günlərdə çox həvəslə oxuyurdu. Deyirəm bəlkə xəstələnib, usta? - Y əx, d ə olsaydı, mənə tel vurardı, xəbər verərdi. Qaçıb, bir də qayıtmaz. Yaxşı, heç insafdırmı, onun bu qədər yoldaşı ola, biri də onu başa salmaya? -- Ramazan yenə başını buladı. - Özünüz təşkilatlar uzun, hamınız da yekə oğlan... N iyə onun başına ağıl qoymamısınız? Qabaq cərgədə oturan gənclərdən biri, üzr istəyirmiş kimi, cavab verdi: - Biclik eləyib, aldadıb... Ramazan, dərsə mane olduğunu birdən xatırlayıb, Fikrətin qolun dan tutdu: - Məni bağışla, yoldaş incınar, Tahir sinəmə dağ çəkib, mənə yalan satıb, - deyə gəldiyi kimi do qaşqabaqlı sinif otağını tərk etdi. O evə qayıdanda, Nisa qarı oturub, əlində boz ipdən corab toxuya- toxuya radioya qulaq asırdı. Neftçilərdən danışırdılar. Ramazan, fikri dağınıq halda bir az dinlədi. Diktor onun yaxşı tanıdığı buruq ustası Volkovu tərifləyirdi: “Onun rəhbərliyi ilə cavan fəhlə İman Səfdər oğlu yeni sənətini mükəmməl öyrənmişdir!..” Ramazan radio aparatının işığmı söndürəndə, Nisa qarı ona acıqlı bır nəzər saldı: - A kişi, niyə söndürürsən? Qoysana qulaq asaq!.. - Qanım qaradır, ay arvad. Görmürsən nə deyir? 2 2 2 C H N
Bu hadisədən iki gün sonra Qüdrət Öz kabinetində oturub radio ilə yeni xəbərləri dinlerkən, qapı açıldı və onun yaxşı xatırladığı bir gənc içəri girməyə izin istədi. Qüdrət gözlərinə inanmadı: qarşısında Tahir Bayramlı dayanmışdı. - Hə, sənsən? - Bəli, mənəm, yoldaş İsmayılzadə, ancaq tək deyiləm, icazə verin yoldaşlarımı da çağırım... Qüdrətin qaşları təəccüblə çatıldı: - Onlar kimdir? Gəlsinlər.