Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə281/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   277   278   279   280   281   282   283   284   ...   382
Sechilmish eserleri II cild

prostoy olurdu.
- Niyə ki?
- T əzə boru, tozə balta yox, köhno do remont istoyirdi. Çatışdır-
maq olmurdu. Gözlə ki, gözləyəsən. Əşi, bunlar düzələr, Əhməddən
xəbər-etər yoxdur ki?
- Əvvəllər mənə yazırdı.
- Elə bizə də yazırdı, sonradan arası kəsildi.
Paşa, qardaşının ölümünü birdən açıb söylədi:
- Hissələrinə yazıb soruşdum. Yoldaşlarından biri cavab verdi ki,
kəşfiyyata gedəndə mühasirəyə düşüb, axırıncı qumbara İlə həm düş­
məni, hem də özünü məhv eləyib.
Qocanın rəngi kətan kimi ağardı. Yalnız indi səhvini başa düşən
oğlu, cəbhədə əsgər üçün adi bir şey olan bu ölüm-dirim hadisəsinin
arxada necə ağır təsir etdiyini ilk dəfə indi görürdü.
- Ancaq bunuanama deməyəsən, ata. Bilirəm, onun üz-gözündə
salamat yer qalmayacaq.
Ramazanın başı sinəsinə enmişdi. O susur, boğazında nə isə ilişib
qalmış kimi, tez-tez udqunurdu.
Nİsa yemək düzəldib gətirəndə, aralıqdakı gərgin sükutun fərqinə
vardısa də, bunun səbəbini başa düşməyib yenə mətbəxə keçdi. “Eh,
görünür alnımıza belə yazılıbmış”, deyə düşünüb yenə köksünü ötür­
dü:” Bu Nailə harada qaldı? Yazıq uşaq elə sevinəcək ki...”
Paşa isə atasına baxdıqca, onun qəhər boğduğunu aydın hiss edirdi.
- Sən özün başa düşürsən, ata, - deyirdi. - Bu dava bizə çox baha
tamam oldu.
- Bilirəm, oğul, bilirəm. Sən elə fikir eləm ə ki, mən təkcə öz ba­
lalarımın dərdini çəkirəm. Qızıldan qiymətli oğlanlarımız getdi. Özü
do beşi yox, onu yox. N ecə eləyoson, olan-olub, keçən-keçib.
229


Bu anda qapı ağzında bir qadın göründü. O, tünd rəngli parçadan
don geyinmiş, başına kəlağayı örtmüş, qara saçlarını ortadan ayırmış­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin