Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


dı. Ayaqlarında gödək dabanlı, sadəcə qara tufli vardı



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə282/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   278   279   280   281   282   283   284   285   ...   382
Sechilmish eserleri II cild

dı. Ayaqlarında gödək dabanlı, sadəcə qara tufli vardı.
Paşa dalı qapıya san oturduğu üçün onu görmürdü. Ayaq səslərini
eşidəndə dönüb geriyə baxdı. İxtiyarsız olaraq yerindən qalxdı və qa­
dına tərəf getmək istədi, amma kəsik qolu yadına düşəndə ayaq sax­
ladı.
- Sabahınız xeyir, deyə qadın Ramazandan yaşınaraq gözlərini
yerə dikdi.
- Yaxın gəl, qızım Nailə, utanma! - deyə qoca ayağa qalxıb gəli­
nmə yanaşdı, onun boynunu qucaqladı, bu dəfe özünü saxlaya bilm ə­
di, uşaq kimi hönkürdü, lakin öz-özündən utanıb ağlamağına tezcə də
ara verdi. - Ananın südü sənə halal olsun, bala! - dedi.
Paşanın səbri tükənirdi. O, arvadının hər şeydən tez xəbər tutma­
sının, tez də ürəyini açıb söyləməsini arzu eləyirdi. Əgər Nailənin
üzündən narazı göründüyünü azacıq olsa da hiss etsəydi, bu qədər yo­
lunu gözlədiyi üçün ona təşəkkürünü bildirər: - “sən məni şikəst ikən
sevməmişdin, indi ixtiyar senindir” deyərdi.
Ramazan ürəyində qövr edən dərdi elə bil göz yaşının köməyilə
azaldıb bir qədər yüngülləşdi, yavaş və ağır addımlarla eşiyə çıxdı.
Nailə ərinin üzünə baxdı. Onların gözü bir-birine sataşdı. Sanki
heç birinin tərpənməyə taqəti yox idi, yenə də həmişəki kimi məsum
bir qız utancaqlığı ilo durmuş Nailə, ilk hərəkəti ərindən gözləyirdi.
Paşanın dərdi isə get-gedə dağ kimi ağırlaşırdı. Elə bil ayaqlan yerə
mıxlanmışdı. O da ilk sözü Nailədən gözləyirdi.
İçəridəki sükut elə gorgin, elə həyəcanlı idi ki, onların her biri
ayrı-aynlıqda öz ürəyinin döyüntüsünü belə eşidirdi.
İnsan ne qədər səbir edə bilərdi? Cəbhədə hər şeydən çox təmkin­
li və səbirli olmağa öyrənmiş Paşa üçün bu o qədər de çətin deyildi.
Ancaq Nailə? Yox, o, dörd illik intizardan sonra daha dözə bilməzdi.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin