Deməli, Paşa cəbhədən qayıtmışdı. Buna səbəb kim idi? İllərdən bəri əl boyda kağız da yazmamış bir oğul haradan və necə gəlmişdi? Ah, ana! Sən ne qədər böyük mexluqsanmış!.. İndi sən Allaha dua edir, “kərəminə qurban” deyirsən, bütün möcüzələri onun adına yazır san. Sən öz yenilməz qüdrətini hiss etmir, gözlərində illər boyu yanan o həsrətin qədr-qiymətini bilmirsən. Halbuki Paşam sağ-salamat qay taran son özünsən. - Yaxşı, arvad, ağlama görək!.. A y rəhmətliyin qızı, uşaq gəlib çı xanda da ağlayırsan? Nisa ərinin sözlərini eşitmədi. Hıçqırığının səsi bütün otağı bürü müşdü. 226 < 2 V
- Yaxşı, biz də burada bir kişiyik, ya yox? Qoca Ramazan, deyəson birdən-birə müharibədən əvvəlki m əzə li xasiyyətlərini yadına salıb, oğlunu şad ürəklə qarşılayırdı. - Bu oğulu əkəndə biz de zəhmət çəkmişik, ya yox? Amma bu zarafatları dinləm əyə Nişanın həvəsi yox idi. Onun ğöz yaşlan Paşanın sinəsindən axıb gedirdi. - Yaxşı, ana can, yaxşı, menəm, gəlmişəm. Daha göz yaşı nə üçündür? Bu anda qannın əlləri Paşanın çiynində, sonra da yan-yörəsində gəzm əyə başladı. Əlbəttə, onun heç bir qəsdi yox idi. H ələ də gözlə rinə inanmadığı üçün oğlunun bədənini əlləşdirir, yəqinlik hasil etmək istəyirdi. Ancaq birdən elə bil onu ildırım vurdu. Əli toxunan yerləri görmədiyi halda, Paşada nəyin isə yoxluğunu hiss edib duruxdu. Əlini bir də o yerə vurdu. Ürəyinə daman o uğursuz şübhə bütün varlığını sarsıtdı. Paşanın sağ qolu yox idi. O, anasını nəzakətlə özündən aralayıb atasına doğru gedəndə ar xadan geniş açılmış gözlədlə baxan Nisa yanılmadığını görüb yerində dondu. Amma bir söz demədi. Bəlkə də dem əyə dili gəlmədi. Əslinə