Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


Deməli, Paşa cəbhədən qayıtmışdı. Buna səbəb kim idi? İllərdən



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə278/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   274   275   276   277   278   279   280   281   ...   382
Sechilmish eserleri II cild

Deməli, Paşa cəbhədən qayıtmışdı. Buna səbəb kim idi? İllərdən
bəri əl boyda kağız da yazmamış bir oğul haradan və necə gəlmişdi?
Ah, ana! Sən ne qədər böyük mexluqsanmış!.. İndi sən Allaha dua
edir, “kərəminə qurban” deyirsən, bütün möcüzələri onun adına yazır­
san. Sən öz yenilməz qüdrətini hiss etmir, gözlərində illər boyu yanan
o həsrətin qədr-qiymətini bilmirsən. Halbuki Paşam sağ-salamat qay­
taran son özünsən.
- Yaxşı, arvad, ağlama görək!.. A y rəhmətliyin qızı, uşaq gəlib çı­
xanda da ağlayırsan?
Nisa ərinin sözlərini eşitmədi. Hıçqırığının səsi bütün otağı bürü­
müşdü.
226 < 2 V
- Yaxşı, biz də burada bir kişiyik, ya yox?
Qoca Ramazan, deyəson birdən-birə müharibədən əvvəlki m əzə­
li xasiyyətlərini yadına salıb, oğlunu şad ürəklə qarşılayırdı.
- Bu oğulu əkəndə biz de zəhmət çəkmişik, ya yox?
Amma bu zarafatları dinləm əyə Nişanın həvəsi yox idi. Onun ğöz
yaşlan Paşanın sinəsindən axıb gedirdi.
- Yaxşı, ana can, yaxşı, menəm, gəlmişəm. Daha göz yaşı nə
üçündür?
Bu anda qannın əlləri Paşanın çiynində, sonra da yan-yörəsində
gəzm əyə başladı. Əlbəttə, onun heç bir qəsdi yox idi. H ələ də gözlə­
rinə inanmadığı üçün oğlunun bədənini əlləşdirir, yəqinlik hasil etmək
istəyirdi. Ancaq birdən elə bil onu ildırım vurdu. Əli toxunan yerləri
görmədiyi halda, Paşada nəyin isə yoxluğunu hiss edib duruxdu. Əlini
bir də o yerə vurdu. Ürəyinə daman o uğursuz şübhə bütün varlığını
sarsıtdı.
Paşanın sağ qolu yox idi.
O, anasını nəzakətlə özündən aralayıb atasına doğru gedəndə ar­
xadan geniş açılmış gözlədlə baxan Nisa yanılmadığını görüb yerində
dondu. Amma bir söz demədi. Bəlkə də dem əyə dili gəlmədi. Əslinə

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin