yer tapılmır.
O gündən sonra Dadaşlı təşkilat üzvü olanları da, bitərəf cavanla
rı da bu mühazirəyə yığmaq üçün dəymədiyi buruq qoymadı. İndi isə
çəx şaddı ki, salonda iynə salmağa yer yox idi.
- Buyurun, söz sizindir, yoldaş İskəndərzadə, - deyə nəzakətlə
Paşaya xitabət kürsüsünü göstərdi.
Paşa, cərgələrin qabağında qoyulmuş balaca stoldan bir az arala
nıb, düz Tahirin qənşərində dayandı. Onun tək əli bomboş idi. O biri
mühazirəçilər kimi notlarını əvvəlcədən yazıb gətirməmişdi.
- Mən bu gün cəbhədə gördüyüm İşlərdən danışmayacağam,
- deyə Paşa sakit bir səslə sözə başladı. - Lazım olsa, bu barədə son
ra sizə söhbət edərəm. Meni ən çox maraqlandıran müasir gənclərimi
zin əxlaqı məziyyətləridir... Əxlaq özü nədir?
Paşanın gözləri salondakılara deyil, hara İsə başqa bir nöqtəyə
dikilmişdi. Amma o bütün dinləyənləri birdən-birə ələ aldı:
- M ən Avropa ölkələrini bir dəfə də olsun görməmişdim. Onların
mədəniyyətindən danışılanda mən daima heyrətlə dinlərdim. Mənə
elə gəlirdi ki, hər bİr avropalı, bizdən on azı iki əsr irəlidədir. Ancaq
əsil həqiqətdə no gördüm? Gördüm ki, bu vaxta qədər bizi en adi bir
əfsanə ile aldadırlarmış. Mən gördüm ki, ən sadə bir azərbaycanlı da
tərifli avropalılardan qat-qat üstündür. Yaxşı avropalının gözü isə biz
də, bizim mədəniyyəti mizdədir. Mən qərb ölkələrində yaşayan xalq
lara baxanda, bizim gənclərə məhəbbətim birə yüz artdı. tndİ men hər
dəfə küçə ilə gedəndə, iclasa gələndə, buruqlara yolum düşəndə, hər
bir cavan oğlana, hər bir cavan qıza ürək döyüntüsü ilə baxıram. Vax-
tilə onların əxlaqında qüsurlu saydığım cəhət də indi m ənə xoş gəlir.
Biz çox vaxt onlann zahirən qaba görünən hərəkətlərinə baxıb deyi
rik: “Bu cavan nə pozğundur!” Amma biz yanılırıq! Biz çox tələsik
233 O V
|