- Paşa, - dedi, - mən səni öz evimizdə gözləyirdim. - M ən buna həmişə arxaym idim. - Görünür, arxaym deyilsənmiş... - Yox, yanılırsan... - Paşanın kirpikləri titrədi. O, gözlərini yerə dikdi. - Arxayın olmasaydım, sen məni bir də görə bilməzdin. Ancaq men... Nailənin qolları onun boynuna dolandı. Heç birindən səs çıxmadı. 230
Qüdrət İsmayılzadə cavan fəhlələrin ümumi yaşayış evi yanında yeməkxana açdırmışdı. İndi, əvvəlki kimi, tramvayla üç kilometrlik yol getməyə ehtiyac yox idi. Yeməkxana ümumi yaşayış evinin alt mərtə bəsində yerləşirdi. Həftədə bir dəfə axşamlar burada siyasi məşğələlər keçirilir, sonra də özfəaliyyət dəməyinin müsamirəsi olurdu. Bir gün Dadaşlı özü ile bərabər yeni bir mühazirəçi gətirib gəlib. Bu adamı cavanlar ilk dəfə görürdülər. Çünki onlar Bakıya, m ədənlə rə gələndə, hemitı mühazirəçi cəbhəyə getmişdi. Tahir, Səməndər, Cəmil, Bilondər vo bütün bayramlılar yeməkxananın ensiz uzun salo nunda, lap qabaq cərgədə oturub onu gözləyirdilər. Görünür, Dadaşlı təzə mühazirəçi haqqında bərk təbliğat aparmışdı. Mühazirəçi təşkilat katibi İlə bərabər içəri girəndə, hamının gözü ona zilləndi. Doğrudan da təzə mühazirəçi o birilərinə bənzəmirdi. Bunun döşləri hərbi or denlərlə dolu idi. Paqonlan olmasa da, libasına baxanda hərbi vəzifə dən yenicə qayıtdığı dərhal bilinirdi. Dadaşlı onu cavanlara təqdim edəndə, onların təzə mühazirəçiyə marağı daha da artdı. - Gəlməyənlər sonra peşman olacaqlar ha!.. - deyə o, salondakı- lara göz gəzdirdi, mühazirəyə toplaşmış cavanların sayından razı qaldığı halda, yenə də başını buladı. - G əlm əyənlər öz bəxtindən küs sünlər. Rayon partiya komitəsinin xahişinə görə bu gün sizə Paşa İsgendərzadə yoldaş “müasir gənclərin əxlaqi məziyyətləri haqqında”