Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə2/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   2   3   4   5   6   7   8   9   ...   382
Sechilmish eserleri II cild

şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə,
elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz
qırpırdı.
Vaqonun pəncərəsinə söykənmiş Cəm il, yanında duran Tahirə san
dönərək, əli ilə qabağı gösterirdi:
Bax, mən bu ulduzları deyirdim... Görürsenmi?
Tahir Bakını ilk dəfə görürdü. O, bəlkə də sərnişinlərin hamısın­
dan əvvəl pəncərəyə yanaşıb, ta uzaqlardan şəhərə baxırdı. Onun
qəribə bir sevinclə çırpınan ürəyi, elə bil, sinəsini yarıb çıxmaq istə­
yirdi. İndiyəcən, uca dağ başında laçın yuvası kimi yerləşən doğma
kəndlərindən, evləri cərgə ilə düzülmüş, balaca, yaraşıqlı vo göyçək
qəsəbələrindən başqa heç bir yeri görməmiş Tahir, işıqlar içində üzən
bu nəhəng şəhərə baxdıqca heyrətdən gözləri böyüyürdü. Ancaq o,
hələ də Bakının evlərini, binalarını aydın görmədiyindən, səbri tükən­
miş halda Cəmildən soruşdu:
- Bəs Qaraşəher hanı? Bayıl hansıdır?
Cəmil bir əlilə qara, qıvrım saçlarını yanakı daraya-daraya, o biri
əlilə uzaqları göstərdi:
- Bax, o yanda Qaraşəhər, bu yanda da Bayıl... Amma heyf ki, bu­
radan aydın görünmür.
Tahir, maraqlandığı yerləri elə-belə, xala xətrin qalmasın deyə
göstərən Cəmildən inciyən kimi olub, qeyri-ixtiyari onun qoluna
toxunanda, Cəmilin əlindəki yaşıl rəngli, uzun kauçuk daraq yerə dü­
şərək nəyə isə dəyib iki parça oldu. Tahir öz hərəkətinin nəzakətsiz-
Iiyini hiss edib qızardı:
7 O V


- Ay bağışla, - deyərək, tez aşağı əyilib darağın parçalarını gö­
türdü.
Cəmil isə ona acıqlanmaq əvəzinə qayğısız bir təbəssümlə gülüm­
səyərək, darağın yalnız bir parçasını aldı:

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin