- Canın sağ olsun, - dedi, - elə yaxşı oldu ki, iki bölündü. Biri sənin, biri də mənim... Enişə gələndə sürətini azaldan qatar, deyəsən, yavaş-yavaş gücdən düşüb, çalxalandı və aramla irəliləm əyə başladı. İndi bəzi evlər də, dəmiryolundan bir qədər aralı şığıyıb keçən elektrik qatan da aydın görünürdü. Cəmil pəncərədən çəkildi, stansiyaya çatdıqlarını Tahirə də söylədi. Vaqondakı adamlar əl-ayağa düşüb şeylərini yığışdırır, bezi sərnişinlər isə artıq qapıya doğru yönəlirdilər. Tahir, xalı kimi rəngbə rəng iplərdən toxunmuş balaca, dolu heybəsini çiyninə aldı. Cəmil isə qırmızı, taxta çamadanını götürdü. - Biz hazır! Dərziyə köç dedilər, İynəsini sancdı yaxasına. Amma heyf daraqdan. Günah məndə oldu. Cəmil... - Əşi, bəri gəl, bir daraq nədir ki, ondan ötrü bu qodər heyfsilənir sən? Onlar qapıda sıxlaşmış adamların dalınca addım-addım yeriyərək düşməyə hazırlaşanda, qatar birdən yenə çalxalanıb dayandı və İndi Tahirin gözləri qarşısında, bayaq uzaqdan gördüyü nəhəng şəhərin kiçik bir parçası aydın bir mənzərə kimi canlandı: morojna arabasını sürüyüb aparan ağ önlüklü, sarısaç, cavan bir qadın, yekə palma dib çəkləri,# dəmiryolçuların corgə ilə divardan asılmış iri, canlı şəkilləri və yeməkxanadan gələn şad musiqi səsləri - Tahirin ilk dəfə gördüyü və eşitdiyi səslər idi. Tahirlə Cəmil yerə düşəndə, eşikdə x ə fif v ə sərin bir meh əsirdi. Perronda gəzinən oğlanların, qızların qəhqəhəsi, ucadan yoldaşını səsləyən kəndlilərin və yükdaşıyan çağıran sərnişinlərin bağırtısı eşi dilirdi, Bu zaman Tahir aydın hiss edirdi ki, Bakının özü də belə səs li-küylü, izdihamlı bir şəhərdir və ehtiyatsızlıq edib Cəmildən ayn düşsə, adamlar içərisində itib aza bilər. Bu qorxu hələ Tahirin ca