nından çıxmamış, şəhər üzərində göz qamaşdıran, qüvvətli bir işıq parıldadı. Tahir, səmada rəng verib-rəng alan bu fişənglərə gözünü zillorken, harada isə toplar guruldayıb onu səksəndirdi. Hər tərəfi lər zəyə gətirən bu yaylım atəşi elə bil, Tahiri bərk silkələdi. O, geniş açılmış gözlərini səmadan çəkməyib yerində dondu, döyükmüş halda udqundu, ulduz kimi axıb haradasa sönən axırıncı fişəngə baxdı və göy üzü zil bir qaranlığa batanda tələsik: - Haradasan, Cəmil? - dedi. Yenidən atılan fişənglər yenə qaranlığı parçaladı. Tahir Cəmilin qolundan yapışdı: - Bu nədir belə? Cəmil özü də heyrət v e təəccüb içində baxırdı. Şəhər üzərində süzən belə saysız-hesabsız işıqları vağzal tərəfdən o da birinci dəfə görürdü. Dalında yekə bir kisə aparan yükdaşıyan Tahirin böyrünə toxunub, ağır addımlarla gedə-gedə öz sevincini gizlədə bilməyib deyirdi: - Bu gün də yapon gorbagor olub... Bir-birini təbrik edib ucadan gülüşən insanların sifəti, geyimi və hərəkəti yalnız Tahirə deyil, Bakım yaxşı tanıyan Cemilə də yeni və qəşəng görünürdü. Sanki hamı bir-birini daha çox sevm əyə, öz ürək sözünü daha səmimi deməyə hazırdı. Stansiyanın işıqlan altmda fərəhlə parıldayan üzlor, qüvvətli yay lım atəşinin xəbər verdiyi böyük səadətlər hamıya pay düşdüyünü, elə bil, bir daha təsdiqləyirdi. O qüvvətli və zəhmli sevinc atəşi bir do gurladı. Tahir yenə başı nı yuxan qaldıraraq, gözlərini Fişənglərə zillədi. Yalnız kino şəkillə rində v ə qəzetlərin birinci səhifəsində gördüyü salam atəşi büsatını o yalnız indi həqiqi mənada təsəvvürünə gətirirdi. Səmada uçuşan fişənglərin əfsanəvi rənginə baxanda, Cəmilin bütün yol uzunu Bakıya dair söylədiyi nağıllarla əsil həqiqət arasında böyük bir fərq