minik maşınlarım gördü. Yarımdairə halında düzülmüş bu maşınları hündür vağzal binasından düşən güclü fənər işıqlan par-par parılda dırdı. Tahir qeyri-ixtiyari ayaq saxlayıb, heyrət içindo, bir xeyli onla ra baxdı: “Yəqin hər adama biri düşür” - deyə fikrindən keçirdi. Bu anda qabaq tərəfdən bir-birinin arıdınca dabanbasaraq gələn iki maşın Tahirin gözlərinə işıq saldı ve dövrə vurub o biri maşınlara yan aldı. Tahir son pillədən yeddi-səkkiz addım belə aralanmamışdı ki, yenə həmin yolla gələn bir “QAZ” tez-tez siqnal verərək, düz onun çən ə sinin dibində dayandı. Maşının təkərlərindən gurultuya bənzər bir səs çıxdı. Üstüörtülü “QAZ”ın taxta qapısını açıb, zənci kimi, qara sifətini və qıvırcıq saçını göstərən şofer, yoğun səsilə qışqırdı: - Eyy, qulağına pambıq tıxamısan? Tahir bu sözləri eşitsə də, özünə götürmədi və döyükmüş halda yan-yövrəsinə boylandı. - Oşi, çəkil də! - deyə şofer daha da ucadan qışqırdı, kəndçi ki kəndçi! Bu anda kənardan Tahirə sarı yönələn Cəmil, dostunun qolundan tutub özünə tərəf çəkdi. - Sənə deyir eyy!.. Tahirin alnını tər basdı: 10
- Bu işıq zəhrimar gözümü lap qamaşdırıb, - deyə əlini alnına çəkdi. - Pah atonnan, bütün dünyanın maşınlarım yığıb bura gətiriblər ki... Cəmil kəsik-kəsik gülorək, yanakı tərzdə dostunun üzünə baxdı: - Davadan qabaq, - dedi, bundan on qat çox imiş. H ələ bunlar nadir ki? Onlar səkiyə çıxdılar və tramvay dayanan yerə tərəf yeriməyə başladılar. Küçədə iyno salmağa yer yox idi. Maşınlar şütüyür, adam lar sağa-sola axışırdılar. Tahirlə Cəmil onlara toxuna-toxuna gəlib tramvayın duracağına çatdılar, Cəmil, vağzaldan əlli-altım ş addım aralı görünən bağın dövrəsinə