- Görmüşəm, - dedi, - amma qəzet hara, bu hara? •- Yəqin təzə film göstərirlər. İndi ora bilet tapmaq hər oğulun hü nəri deyil. İki salonu var, Biri yay binasıdır, o biri də qış. Bu saat İkisi də doludur, amma bu kino-teatr bütün şəhərin yaraşığıdır. 12 C 2 V
Bakı hər dəqiqə Tahirin nəzərində böyüyür, binaların əzəm əti daha da artır, tez-tez dolub-boşalan tramvay irəlilədikcə, elə bil, Tahir də dənizin dayaz sahilindən üzüb get-gedə lap dərinlərinə düşür, onun tə əccübü yavaş-yavaş vahiməyə bənzəyən bir hisslə əvəz olunurdu. Tahir bu aləmin gözəlliyini başqasına da sevdirmək üçün sadə, tez-tez işlənən, adi sözlərin kafi olmadığını yalnız indi başa düşdü və ürəyində yenə Cəm ilə haqq verdi: “Bakını özün görməsən, deyilənlər həmişə azlıq eləyəcək". 2
Cəmil kəndə məzuniyyətə gedəndə, ata-anası ilə görüşəndən sonra, hamıdan əvvəl Tahiri xatırladı: bir yerdə oxuyub, bir yerdə boya-başa çatmışdılar. Tahirin anası Gülşənəm arvad onu birmərtəbəli daş evin eyvanın da qarşıladı. - Xoş gəlm isən, ağnn alım, həmişə son gələsən! Gülşənəm arvad Cəmilin boyuna-buxununa tamaşa edəndə, onun bir ildə azı bir daban uzandığını görüb sevindi. - Deyəsən Bakı sənə düşüb, qadan ürəyimə... - dedi. Əfini çənəsinə dayamış Gülşənəm arvad, başım azacıq yana san əyib heyran-heyran baxırdı. Cəmil gülümsəyən gözlərini Tahirin ana sından çəkmir, bir illik aynlıqdan sonra yenə həmin tanış evin qaba ğında dostunun anasilə görüşdüyünə sevmirdi. Bu sevinc Gülşənəm arvadın da üzündən aydın oxunurdu. O da kirpiklərini qırpmadan Cem ilə baxırdı. Ele bil onun doğma balası uzaq səfərdən qayıtmışdı. Cəmilin döşündəki bəzəkli qalstuk, alma kimi yumru yanaqlarına və qabarıq kimi görünən enli sinəsinə çox yaraşır