- Kinoya, teatra tələsirlər. Bu saat Bakının yaxşı vaxtıdır. Yay teatrları ağzına kimi dolu olur. Tahir yaylığını çıxarıb, alnının tərini silə-silə dedi. - Yəqin istidəndir, hə? - Sentyabrda Bakının havası sərinləşir. Amma yarım ay bundan qabaq asfalt elə qızırdı ki, adamın ayağını yandırırdı. - Yəni elə isti olur? - Əlbəttə ki. Sənin ağlın bizim kəndə getməsin. Dağın kəlləsində, hər tərəfi də açıq. Buranın dənizi olmasa, yayda istidən adamın bağn çatlar. Təəccübdən Tahirin qaşları çatıldı. Bunun menasını özünə görə yozan Cəmil, “Tahir yəqin elə fikir eləyəcək ki, niyə bunu əvvəldən məno demirdi? Axı mən Bakını niyə pisləyirəm?" - deyə düşünüb əlavə etdi: - Sən ona nə baxırsan? Bir do görürsən yayın lap cır-cıramasında xəzri elə başlayır ki, axşamlar pencəksiz gozmok olmur. Tramvay, bir yarpağı belə tərpənməyən bağın yanından keçdikcə sürətini artırırdı. Uzun, enli v ə düz küçədə qızıl bayraqlar görünürdü. DÖrd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəman larının şəkilləri asılmışdı. H ələ Tahirin uzaqdan gördüyü işıq salxım ları titrəşdikcə, küçə rəng verib, rəng alırdı. Bu küçə ile gedib-gələn adamların sayı-hesabı yox idi. Tahir Cəmili dinləyə-dinləyə gah hündür evlərə, gah da müharibə cəbhələrində ad-san qazanmış qəhrə manların şəkillərinə baxırdı, Hər şey tez v ə sürətlə gəlib onun gözlə ri önündən keçirdi. Tramvayın sola burulduğu döngənin sağ tərəfində yüksəlmiş qəhvəyi binanı ve onun qarşısında böyük bir əzəm ətlə dal ğalanan msan dənizini görərkən, Tahirin gözləri yenə böyüdü: - Nizami kinosudur, - deyə Cəmil əlilə qəhvəyi binam göstərdi, - yəqin qəzetlərdə şəklini görmüsən. Tahir baxışlarını İnsan dənizindən ayırmayaraq: