kəmər kimi dolanmış yallar gelen və relslərdən keçon adamları bas mamaq üçün, aramsız cingildəyən tramvayı göstərib dedi: - Buna da minə bilərik, amma bu yandan gedəndə yolumuz xeyli uzanır. Bİr də, şəhərin ən yaxşı küçələrini gürmok olmur. Bu saat o biri tramvay gələcək. Gözləyək. Tahirin nəzərləri, m üxtəlif dillərdə danışa-danışa böyründən tez- tez ötüb-gedən ve harasa tələsən qızların, oğlanların üzünə dikilirdi. - Bura bax, Cəmil, görəsən Bakıda nə qədor adam olar, hə? - deyə, Tahir xəbər aldı. Bu gözlənilməyən suala Cəmilin gülməyi tutdu. “Aşnam yamanca qarıxıb!” - deyə düşündü və dodaqlarındakı təbəssümlo dostunu pərt eləməmək üçün, qəsdən fikirli görünməyə çalışdı. - N ə qədər? Davadan qabaq... Tahir onun sözünü kəsdi: - Hə, yadıma düşdü, dərsdə oxumuşuq. Bır milyona yaxındır, ho? Onlar tramvayın dayanacağına çatanda, növbə gözləyən adamların sayı birdən-birə artdı. Cəmilin göstərdiyi üç vaqonlu tramvay uzaqlaş dı və o, bağın böyründə gözdən itən kimi, bir başqası onun qabağın dan bəriye doğru şığıyıb gəldi. Tahir onun qabağındakı şüşədə “3” rəqəmini aydm görüb soruşdu: - Buradan gedəndir? No tez qayıtdı, ə? - Yox, həmin nömrədir. İki tərəfə işləyir, - deyə Cəmil, dostunun nabələdliyini yeno üzə vurmamaq üçün, yavaşcadan, az qala pıçıltı ilə cavab verdi. Tahir Cəmilin ardınca vaqona mindi. Heybəsini çiynindən düşü rüb, vaqonun dal tərəfindəki balaca meydançada Cəmilin çamadanı ilə yanaşı, dibə söykədi. H C 2 V
Tramvay hərəkətə gələndə, içəridə adamların çoxluğundan nəfəs almaq olmurdu. Cəmil əlilə adamları göstərib, Tahiri başa saldı: