tünə bozardı:
- Axı men neyləmişəm?
- Daha bundan artıq neyləyəcəksən? Onu tənqid, bunu tənqid, ha
mım eləm isən özünə düşmən. Sədr narazı, briqadir narazı...
- Sədr narazı olsaydı, atını m enə verərdi?
- O da atayın xatirinə... - Gülşənəm arvad yönünü oğluna tərəf çe
virmədən cavab verdi və aşağı əyilib ocağı üfürməyə başladı.
Tahir əlini dizinə çırpıb gileyləndi:
- A kişi, sən öləsən, bu arvad mənim canımı boğazıma yığıb. Baş
layıb ki, tənqidi yerə qoy, özünə düşmən qazanma. N e var, nə var, bir
dəfə klubda saz çala-çala oxuyub, sədrə, briqadirə hecv demişəm.
- Axı onları neyin üstündə həcv eləyirsən? - deyə Cəmil maraq
landı.
- Əşi, o günləri komsomol iclası vardı. M ən deyirdim ki, hər
kənddən Bakıya işləm əyə könüllü gedir, bizdən niyə getməsin? Sədr
bundan xəbər tutan kimi bir baş gəlib bizə, başlayıb ki, sən mənim
düşmənİmsən, istəyirsən ki, mənim kadrlarımı dağıdasan. Men də de
yirəm ki, ay İmran dayı, elə, nöyüt də bizimdir. Dava vaxtı fəhlələrin
sayı azalıb. Bakıya kömək eləm əliyik, ya yox? Yaxşı, indi sen de
görüm, pis iş görmüşəm?
Cəmil dostunun tərəfini saxladı:
- Lap düz demisən, bu saat mədənlərdə fəhlə qüvvəsinə çox ehti
yac var.
Gülşənəm arvad təslim olmaq istəmədi, ocağı üfürməyə ara verib,
yenə çiyni üzərindən gah Cəmilə, gah da oğluna baxa-baxa dilləndi:
- O ehtiyacdan elə burada da var. Bakı nöyüt verirsə, biz də süd-
qatıq, yağ-pendir veririk.
- Ay ana, mənsiz də o süd-qatıq olacaq, - deyə Tahir mübahisəyə
yekun vurdu. - Elə, biri son özün. Təkbaşına iki kolxozun inəklərini
sağarsan. Mənim əvəzim ə də ot biçən tapılar. Uzun sözün qısası, ge
dirəm, vəssalam!
Bu söhbətdən sonra düz iki həftə, hər gün Cəm illə görüşən Tahir,
Dostları ilə paylaş: |