rəm, sağ ol. Bir bax, iap yazığım gəlir. Doğrudan da ceyran balası elə yazıq-yazıq boylanırdı ki, Tahirin gözü ona sataşanda, əlləri boşalıb yanına düşdü. - Yaxşı, qoyun siz deyən olsun, - deyə bir qədər sükut edərək ba şını buladı və bıçağını qatlayıb cibinə qoydu. Sonra gəlib balkonda qo yulmuş balaca yemək stolunun dalında Cəm illə yanaşı oturdu. - Hə, indi danış görüm, Bakıda nə var, no yox? N e vaxt senə qəhrəman adı verirlər? - O məndən asılı deyil ki? Tahir, sərt bir hərəkətlə əlini qaldırıb-saldı: Hər şey adamın özündən asılıdır. Doğrusu, men də yaman həvə sə düşmüşəm, C əm il Mən də neft qəhrəmanı olmaq istəyirəm. Dəniz buruqlan barədə çox oxumuşam. Sən də orada işləyirsən, elemi? Yax şıdır, hə? Men də bacararam? - Mən əvvəllər o qədər həvəsnən işləmirdim, amma indi Bakıdan ayrılmaq istəmirəm. Dəniz buruğu başqa aləmdir. - Mən getsəm, işə götürəri ərmi? - Tahir nəfəsini çəkmədən səbir sizliklə dostundan cavab gözlədi. - N iyə götürmürlər? Könüllü gedən cavanlara daha çox hörmət eləyirlər. - Ele isə mən de getdim! - deyə Tahir yenə əlilə havam yardı. Balkonun o başında yemək hazırlamaq üçün ocaq qalayan Gülşə nəm arvad çiyni üzərindən, qaşlan çatılmış halda oğluna baxdı. Onun narazılığını bünızə verən bu hərəkəti Tahirin də, Cəmilin də nəzərindən yayınmadı. Hər ikisinin xəyalından eyni fikir keçdi; “Buraxmayacaq”. Cəmil soruşdu: - Xala, niyə belə tərs-tərs baxdın? Gülşənəm arvad cavabında dedi: - Qəhrəman olmaq istəyən elə burada da olar. O xasiyyət ki, menim oğlumda var, hara getsə korlayacaq. 16
Tahir, dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üs