ağarda-ağarda səssizcə güldü: - mərc gələndə bu şərti kəsməmişdik, de görüm su içmək olar, ya yox? Tahir əllərini havada oynadaraq rədd işarəsi verdi və çox yem əyə suyun mane olmadığından ziyadə, Səməndərin mərci uduza biləcəyi ehtimalı ilə razılaşa bilmədi: - İçmə, içmə! - deyə yerindən qışqırdı: Cəmil, Tahirin tamam əksinə, bu yolla mərci uduza biləcəyindən qorxuya düşüb etiraz etdi: - Yox, yox razı deyiləm! - Aşna, deyəsən daha boğazımdan ötmür... - deyə Səməndər yenə duruxdu, təngnəfas halda gözlərini Cem ilə zilləyib boynunu azacıq yana sarı əyərək, ondan mərhəmət diləyən bir ifadə ilə baxdı. - Vallah, mənim adım çıxıb. Yaxşı deyiblər ki, çaqqal var gödən da ğıdır, qurdun adı bədnamdır. Vallah, məmm köklüyüm çox yeməkdən deyil. Axı, mən hansınızdan çox yeyirəm? Ona görə belə kökəlmişəm ki, ürəyim tərtəmizdir. Cəmil, artıq qalib gəldiyinə zərrə qədər də şübhə etmədən, cəld bir hərəkətlə çarpayısının başından üz dəsmalım götürüb kəmər kimi belinə bağladı, yaşıl rəngli sabunqabını, sərt tüklü diş şotkasını və dördkünc diş paraşoku qutusunu götürüb otaqdan çıxdı. O geri qayıdan kimi Səməndərdən tez-tələsik soruşdu: - He, nə oldu? Səməndər kəsik-kəsik nəfəs ala-ala əllərini yuxan qaldırdı: - Qardaş, mən təslim! — dedi. Hamı gülüşdü. Cəmil əlini Səməndərin çiyninə qoyub dedi: - Günah səndə deyil. Ət də, çörək do çox yağlı idi. 23 < 2 V
Otağa sükut çökdü. Lakin üzlərdəki təbəssüm xeyli müddət silinib getmədi. Tahir gözlərini Səməndərdən çəkmir, onun rəhmdil, ürəyi saf bir ca^aıı olduğunu hiss edib, könlündə ona isinişməyə başlayırdı. Tahir elə uşaqlıqdan bu cür oğlanlarla dost olmağı arzulayırdı. Onun