fikrincə Səməndər kimi cavanlar həm işə başqasının xoşbəxtliyini istər, qəlbində kin saxlamağı bacarmaz, yeri düşəndə əlindən gələn yaxşılığı da əsirgəməzdi, Tahir bu barədə fikirləşirdi ki, Cəmil Səməndərdən aralandı, dəs malını çarpayısının başından asanda bir az əvvəl baxdığı qəzetlərə gözü sataşdı. O, birdən hər şeyi unudub trestlərini xatırladı, Səməndə rə üz tutdu: — Hə, bİr danış görək buralarda nə var, nə yox? Usta Ramazanı gör məmisən? Trestdə İşlər necə gedir? Daha qəzetlərdə - bizi söymürlər? Səməndər, söhbətin dəyişdiyinə sevinmiş kimi o dəqiqə cavab verdi: - Trestimizə təzə müdir yollayıblar. Famili, gərək ki İsmayılzadə dir. Deyəsən bərk başlayıb. Hamı tərifləyir, balam... Dünən axşam usta Ramazan bura gəlmişdi. Səni xəbər alırdı. Dedim: “Bu gündə-sabahda qayıdar”; Qiyamət kişidir, balam... Qoca buruq ustası Ramazanın adı çəkiləndə, Cəmil en çox sevdi yi bir adama dair şad xəbər dinləyən kimi oldu və onun gözlərində se vinc qığılcımı parıldadı. Usta Ramazan Bakı mədənlərində çoxdan bəri tanınmış bir adam idi. Abşeron yarımadasında onun ayağı dəyməmiş bir yer göstərmək çətin idi. Nisbətən az təcrübəli buruq ustalarının işi çətinə düşəndə, onun yanına m əsləhətə gəlirdilər. O, torpağın sirrini öz ürəyinin sirri kimi bilirdi. Heç bir təhsili yox idi, amma uzun illərin təcrübəsi sayə sində Suraxanı neft təbəqəsini Ramam təbəqəsindən gözüyumulu fərqləndirə bilərdi. Onun barəsində qəribə bir əfsanə uydurmuşdular: guya ağır bir xəstəlikdən ölüm yatağına düşəndə yoldaşlarından xahiş edir ki, harada neft tapılmırsa, onu mütləq orada basdırsınlar. Xəbər alırlar: “N iyo?”, cavab verir ki, “Mənim ayağım dəyən yerə o dəqiqə neft axıb gəlir”. Həmin əfsanəni Ramazanın özünə söylədikləri zaman