oxuyan olmayacaq. Səməndər bu kitab söhbətindən lap təngə gəldi. - Eh, bəsdi, mən ölüm. Oxudum oldum sən, bunun xeyri nədir, axı? - Xeyri? Çox xeyri var. Əgər kitab oxusaydın, bilərdin ki, çox ye məyin cibə ziyam var. Bunu deyib şaqqıltı ile gülən Cəmil, nəhayət stolun arxasından qalxıb Tahirə yanaşdı: - Tez ol, çörəyini ye! Bu gün trestə gedək, senin m əsələni danı şaq, - dedi və tumboçkanın aşağı gözündən bozumtul çəkmə şotkası nı çıxarıb, bayırda çəkməsinin tozunu aldı. O içəri girəndə, Səməndər təzə bir xəbər də söylədi, - H ə Cəmil, dünən Lətifəni gördüm. Parkda gəzirdi. Lap yaxından baxdım, yaman xoşuma gəldi, balam. Ancaq yanında bir oğlan da vardı. Deyəsən qız böyük yerdən yapışıb. Əşi, sən fəhlə babasan, olın qabar lı, üst-başın da mazutlu. O yəqin incinardan-zaddan axtarıb tapar. Cəmil, dostunun bu yersiz zarafatını bəyənmədi. Lətifə barədə heç də düşünmədiyini və ona qarşı könlündə ən cüzi bir meylin də olma dığım bütün otaqdakılara bir də hiss etdirmək istədi: - Əşi Lətifənin mənə nə dəxli? Allah vara lap gedib üzünü dənizə atsm. Amma mənim fəhləliyim ə, nahaq sataşırsan ha? Bu il fəhləyəm, canıma cəfa basıb oxuyaram, beş-altı ildən sonra olaram mühəndis. Bunun da bir çətinliyi var? H ələ heç on səkkiz yaşım tamam olmayıb... > E > 26 C 2 V
- O, duruxdu və Səməndərin sözləri Tahiri həvəsdən salmasın deyə əlavə etdi: - Mədəndə işləməyin bir faydası da budur ki, sən bir yerdə ayaq döymək istəsən də olmur, gərək öyrənəsən, irəli gedəsən. Bura da işlər qəribə qurulub; sən istəsən də, istəməsən de oxumağa, öyrən m əyə məcbursan; Süffədəkİ ət parçalarından birini götürüb yağlı çörəklə yeyən tahir Cəmilin yavaş səslə, lakin inam v e ehtirasla dediyi bu sözləri dinlə