fikirləşirdi ki, dava qurtardı, daha başının altına yastıq qoyub yata 32 C H V .
bilərsən. Amma, bizim usta demişkən, əsil kişi bu dünyada yox, o dünyada yatar. Tahir dinm əz-söylənm əz dinləyir, gün işığında dünənkindən qat- qat əzəm ətli görünən şəhər üzərində təəccüb və heyrətdən böyümüş gözlərini dolandırır, udqunurdu. - Bəs Bayıl ham? - deyə o, Cəmildən soruşanda, dostunun bu sua la gülməyi tutdu: - İndi biz Bayılın düz orla sındayıq! - dedi. - Buradan bu yana m ə dənlər başlayır, bu yanda gördüyün hündür evlər də Bayılın üstündə dir. Təpənin döşündəki tək ağacı görürsənmi? Bax, o püstə ağacı usta Ramazanın lıəyətindədir. O ağac, sahibindən ikiqat qocadır, düz yüz iyirmi yaşı var, amma püstəsinə SÖz ola bilməz. Mən bir dəfə ustanı çağırmağa getmişdim. Gördüm bütün ağac qıpqırmızıdır. Yaxından baxanda elə bil ağacın üstündə mərcan dənələri asılıb... İndi yəqin usta meyvəsini dərib. Abşeron doğrudan da qəribə yerdir. Susuzluqdan yerin bağrı çatlayır, amma elə meyvələr yetirir ki, elə bil möcüzədir. Üzümünə, əncirinə nə deyirsən? ...Gəl, trest müdirimiz qayıdanacan tramvaya minib şəhərə gedək. Tahirin könülsüz addımladığını görəndə, Cəmil bunun səbəbini xəbər aldı: - Yoxsa şəhərdən gözün doyub? N ə belə tez? - Yox canım, yaxşı olardı ki, əvvəlcə biləydik, görək məni qəbul eləyirlər, ya yox. Cəmil dostunun belə ürəkdən işləmək istədiyinə sevindi: - O barədə arxayın ol, - dedi, trestdə razı olmasalar, ustanın özü nə deyərik, o saat düzəldər. Bilirson necə nüfuzu var? Bir sözünü iki eləməzlər. Tahirin ürəyi yenə də rahat olmadı. Tramvaya minib şəhərin mər kəzində, Azəm eft binası yanında yerə düşüncəyə qədər bu xüsusda hə