sahildən iki-üç kilometr aralan mayıncaya qədər geri qayıtmağa razı olmurdular. - Bəri gel, Tahir, - deyə Cəmil yenə dostunu çağırdı. - Qayıqda çalıb-oxuyanlar da var. Bu zaman doğrudan da tar-qaval səsi gəldi. Tahir özü də çalıb- oxumağı sevdiyindən, bu səsi eşidən kimi yumşaldı v ə Cəm illə bəra bər körpüyə sarı yönəldi. Qayıqdakıların hamısı cavanlardı. Qızlar, oğlanlar yanaşı oturmuş dular. Tarzən ilə kamançaçı məharətlə çalır, qaval vuran oğlan isə boğazım antlayıb oxumağa hazırlaşırdı. Qayıqda oturmuş gənclər arasında gedən söhbətdən onlann çoxu- sunun dörd ildən bəri yalnız ilk defo deniz seyrinə çıxdığı hiss olunurdu. Günəş parça-parça ağanşan buludlar arasından süzüb çıxdıqca, hava daha da istiləşir, hamı qayığın tez yola düşməyini arzulayırdı. Tahirin fikri-zikri yenə trestdə idisə də, yeni düşdüyü bu aləm, hər dəqiqə, hər an onun könlünə yaxınlaşırdı. Qayığa nıinən cavanlardan biri, başına ağ kəlağayı örtmüş qızla
yanaşı oturan uzun, arıq oğlanı görəndə qışqırdı: 34
- Ay ya Allah, Mehman, ya Allah, balam, bütün Bakı bu gün sendən danışır!.. - dedi və cibindən qəzetin son nömrəsini çıxarıb, əlinin arxası ilə qəzetə döyə-döyo sözünə davam etdi: - Şəklini gör mürsən? Ustam da tərifləyirlər, səni də... Daha bundan sonra qabağın da durmaq olar? . - Yox əşi... Axı mən... deyən anq oğlan qızın yanında utana-utana gözlərini yerə dikdi. (Onların hər ikisinin utancaq görkəmindən yeni cə evləndikləri hiss olunurdu). Tahir bu söhbəti lap əvvəlindən dinləyir, qəzetdə gördüyü şəkillə oğlanı müqayisə edərək, ürəyində baş qaldıran qibtə hissindən h əyə canlanırdı. “ö da elə mən yaşdadır. Allahın altında məni də işə götü