Tahir suda parıldaşa-parıldaşa qaçışan xırdaca balıqlan belə aydın
görürdü. Dənizdən rütubətli meh əsir, sahilin bürküsündən darıxmış
adamlar dərindən nəfəs alındılar. Tar-kamança səsi get-gedə daha da
ucalır, Qarabağ şikəstəsi deyən cavan xanəndənin mahnısı dəniz üzə
rindən yüksələrək, ta uzaqlara qədər işləyirdi.
- Cəm il, ay Cəmil, usta Ramazan indi buruqda olar, hə?
Cem il Tahirin sualını eşitmədi. Otıun bütün diqqəti xanəndədə idi.
Tahir isə onun oxumağını bəyənmədiyi üçün, yalnız öz fikirləri ilə
məşğul idi: “Hər şey adamın özündən asılıdır. O, altı ayda ad çtxardıb,
mən bir ayda çıxardaram”.
Tahir fikirli-fikirli uzaqlara baxanda, qarşıdakı adanı gördü:
- Ora haradır? - deyə Cəmildən xəbər aldı.
- Nargin adasıdır. Gecələr orada mayak yanır. G əlib-gedən paro
xodlara yol göstərir. Tozə binaları görürsən? İndi orada göyçək bir
qəsəbə salmır. İnqilabdan əv vəl ora dustaqları göndərərlərmiş.
Qayıq dairə vurub Bayıla tərəf döndü. O yanlarda deniz buruqlan
qaralırdı.
- Sizin buruq hansıdır. Cəmil?
Yene Cəmildən səs çıxmadı. Xanəndə zile çəkdiyindən, hamısının
göziuonda idi. Birdən alqışlar qopdu. Tahir yenə səbir edə bilmədi, bu
dəfə Cəmilin böyründən yavaşca dürtmələdİ:
- Gecikirik ha...
Qayığı sürən oğlan da, onun tələsdiyini duymuş kimi, əlindəki sü
kanı tez-tez hərləməyə başladı. Qayıq geriyə döndü.
...Onlar sahilə yetişəndə artıq saat ikiyə işləyirdi.
- Görəsən trest müdiri nə deyəcək, Cəmil?..
6
Qüdrət İsmaylzadenin qırx yaşı tamam olmuşdusa da, üzdən cavan
görünürdü. Bəziləri buna təəccüb də edirdilər. Xüsusən müharibə
dövründə gecəli-gündüzlü mədənlərdən ayrılmayan adamlar, onun
həm işə dolğun vo gülümsər sifətini görəndə, qara, qıvrım saçlarına,
36 < 3 V
Dostları ilə paylaş: |