var. Ancaq nədir, bunu hələ də təyin edə bilmirəm. Qüdrət, fiziki əm əklə məşğul olan adamların eli kimi iri və bir azca da qaba elində tutduğu uzun müştüklü papirosunu damağına qoyub, avtomatik alışqanla yandırdı: - Bunun sirrini mən özüm yaxşı bilirəm, - dedi. - Mənim anam yaxşı nağıllar söyləyir. O nağıllardan biri çox mənalıdır. Əgər onu bütün qadınlara başa salsaq, kişilərin hamısı bundan fayda görər. Qüdrətin dostu, onun İrəli uzatdığı və sonra açıq halda yazı masa sının uc tərəfinə qoyduğu iri qutudan bir denə papiros götürdü, qaşla- 37 < 2 V
nnı azacıq yuxarı qaldırdı, sadəlövh tərzdə ve bir qodər do tələsik so ruşdu: - O necə şeydir? Danışmazsan? Qüdrət, burula-burula havaya qalxaraq, bir an gözlərinin qabağın da dumanlanan göyümtül papiros tüstüsünü üfürüb dağıtdı vo əsil mət ləbini indi söyleyəcəkm iş kimi, düşüncəli baxışlarını yerə dikdi: - Mənim İşimdəki müvəffəqiyyət ailəmdən başlanır, - dedi. - Həmin nağıl da elə bu fikri təsdiq edir. Mən onu anam kimi şirin danışmağı ba carmaram. O, qızım Şirmayının yaşım nəzərdə tutduğu üçün, sözləri elə bir ifadə ile danışır ki, üz-gözünə elə bir ifadə verir ki, nağıl qat-qat təsirli çıxır... Xülasə, ağıllı padşahlardan biri... - Qüdrət yenə gülümsə di (“belələri do olub” deyə arada elavo etdi). - Ho... padşah, rəiyyəti nin heyatı ilo tanış olmaq üçün vəzir-vüzərası ilə bərabər, şəhərləri, kəndlori gəzirmiş. Günlərin birindo qəribə bir hadisənin şahidi olur. Görür ki, cavan bir xarrat, mahnı oxuya-oxuya dəmir zindanın üstündə taxta yonur. Baltanı taxtaya nə qodər bərk endirirsə, balta bir dəfə də olsun zindana toxunmur. Şah vəzirdən soruşur: