getdikcə daha da enlənib ətə dolan cüssəsinə, zəhmli, möhkəm ad dımlarına baxanda, onun özünü işə vermədiyini, vaxtında yeyib-içdi yini, müntəzəm yatıb-durduğunu zənn edir, hər zaman başqalarının hesabına ad qazandığını, yalnız normal həyat tərzi sayəsində hər vaxt belə gümrah və gülərüzlü olduğunu düşünürdülər. Neft sahəsində uzun zamandan bəri çalışan yaşıdlarından və yaxııı dostlarından biri, bu gün ondan əlborcu qazıma borusu istəm əyə gələndə, Qüdrətdən bunun da səbəbini soruşdu: - Axı bir de görüm necə edirsən ki, həm işə trestin də qabaqda olur, özün do hamımızdan cavan qalırsan? ismayılzadə, dostunun ciddi bir eda ılo, gözlərini düz Qüdrətə zilləyib verdiyi bu suala da, həm işə dolğun yanaqlarını, xüsusən bo zumtul dodaqlarını bürüyən x ə fif və azca istehzalı kimi görünən bir təbəssümlə cavab verdi: - Çünki, mənim bəxtim gətirir... Hər şeydən artıq riyazi haqq-hesab sevən neft istehsalında saç ağartmış dostu, Qüdrətin xurafata inanan bir adam olmadığım gözəl bilirdi, ona görə də bu söhbetin zarafata çevrilməsini istəməyib: - Mən sənin iş üsullarmla maraqlanıram, bir onlardan danışsa na! - deyə daha da ciddi təkid edəndə, Qüdrət yene zarafata saldı: - İş üsullarımdan nə danışım? Elə bir üsulum yoxdur. Ancaq güm rah olmağımın səbəbini deyə bilərəm. Mən də siz alan normanı alıram. Maaşım da həmin maaşdır. Canın üçün, sizin hamınızdan da az yatıram. On iki ildir bir defe də məzuniyyət alıb kurorta getməmişəm. Ancaq menə elə gəlir ki, hələ bu cavanlıq uzun müddət məni tərk etməyəcək. - Qüdrət gülümsündü. - Görünür bir qədər də arsızlığım var... - Yox, yox, sənin haqqında bunu en qəddar düşmənin d e deyə bilməz. Bu, arsızlıq nişanəsi deyil. Görünür bunun çox dərin səbəbi